• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi yeni böyük hədəflərə hesablanmış addımdır ŞƏRH

Siyasət

18-12-2023, 09:43

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi yeni böyük hədəflərə hesablanmış addımdır ŞƏRH
17.12.2023 [18:51]
Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi yeni böyük hədəflərə hesablanmış addımdır ŞƏRH
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi və bu qərarın yekdilliklə qəbulu milyonların sevgisini, xalqın inamını, etimadını özündə əks etdirən addım kimi dəyərləndirildi
Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Hansı sahəyə nəzər salsaq bu reallıqların diktə etdiyi yenilikləri, təkmilləşməni görürük. Bu gün ölkəmiz növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi və bu qərarın yekdilliklə qəbulu, eyni zamanda, milyonların sevgisini, xalqın inamını və etimadını özündə əks etdirən addım kimi dəyərləndirildi. Növbədənkənar prezident seçkilərini, İlham Əliyevin yekdilliklə Prezidentliyə namizəd irəli sürülməsini şərtləndirən amillər, təbii ki, bugünkü reallıqlarımızdır.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, 2003-cü ildən başlanan böyük yolun davamı Azərbaycanı tarixi Zəfərinə qovuşdurdu: “Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev böyük inamla və uğurla ölkəmizi strateji hədəflərə doğru aparır. Bu siyasi kursun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılması və inkişafını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin genişləndirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tuturdu. Ötən 20 ilin uğurlarının təhlili fonunda böyük əminliklə və qürurla qeyd edə bilərik ki, Heydər Əliyev siyasi kursuna əsaslanan hər bir vəd konkret əməli işə söykənir”.
Prezident İlham Əliyevin son 20 ildə Azərbaycanın strateji inkişaf konsepsiyasını uğurla həyata keçirdiyini vurğulayan Vüqar Rəhimzadə əlavə edib: “Sözügedən konsepsiyaya uyğun olaraq iqtisadi tərəqqi hər bir inkişafın əsası kimi dəyərləndirilərək bu sahədə biri-birindən əhəmiyyətli addımlar atılır. Bu müddətdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramı qəbul olunub. Ötən dövrdə ölkədə yüzminlərlə yeni iş yeri açılıb, işsizliyin və yoxsulluğun səviyyəsi minimuma endirilib, sahibkarlığın və bütövlükdə özəl sektorun inkişafı diqqət mərkəzində saxlanılıb. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin uğurla reallaşdırılan strateji enerji siyasəti diplomatik münasibətlərdə mühüm amil kimi çıxış edib və xarici ölkələrin iqtisadi maraqları bizim milli dövlətçilik mənafelərimizlə tam uzlaşdırılıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Azərbaycan təşəbbüsçüsü və təşkilatçısı olduğu Cənub Qaz Dəhlizini, onun əsas seqmentləri olan TANAP, TAP kimi nəhəng enerji layihələrini icra edib. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin müddəti 2050-ci ilə qədər uzadılıb. Azərbaycanın enerji sektorunda əldə edilən gəlirlərin düzgün istiqamətləndirilməsi və onun xərclənməsində şəffaflığın təmin edilməsi məqsədilə yaradılan Dövlət Neft Fondunda toplanılan vəsaitlərin hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bütün bunlar da öz növbəsində ölkəmizin hərtərəfli inkişafını təmin edir. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşıb. Ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətliliyini qoruyan iqtisadiyyata malik olması ilə liderliyini qoruyur. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin müəllifi olduğu və uğurla reallaşdırdığı təkmil iqtisadi inkişaf modelinin nəticəsidir”.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Məhz bütün bunların sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı, arzuolunan tərəfdaş kimi böyük nüfuz sahibi olub. Eyni zamanda, Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. “Belə bir fakt da qürurvericidir ki, bu gün ölkəmiz müxtəlif mövzularda beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərin yüksək səviyyədə təşkili və keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Bunu sübut etmək üçün təkcə Azərbaycanın son zamanlar ev sahibliyi etdiyi və ya fəxri qonaq qismində qatıldığı mötəbər beynəlxalq tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir.
Prezident İlham Əliyevin müdrik şəxsiyyət kimi təqdimatını milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, azərbaycançılıq məfkurəsinə ali münasibət, Vətən və xalq sevgisi tamamlayır. Xalqımız dünyanın ən xoşbəxt xalqıdır ki, Azərbaycan müasir tarixinin çox qısa bir zaman kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurdu və bu gün dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin parlaq Liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil ölkəmizin firavan gələcəyinə uzanan Zəfər yolunu inamla davam etdirir”, - deyə Vüqar Rəhimzadə bildirib.
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın, onun liderinin prinsipial mövqeyinin bir daha şahidinə çevrildi. Dünya ictimaiyyəti bir daha belə bir reallığın şahidi oldu ki, 30 il davam edən işğal dövründə güclənən, qüdrətlənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın və dövlətin maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən İlham Əliyev kimi yenilməz lideri var və Xalq-lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır. Məhz bu amillərin sayəsində Vətən müharibəsində qazanılan parlaq Qələbə Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə milli həmrəyliyi daha da möhkəmləndirdi. Azərbaycan xalqını qalib xalq kimi dünyaya təqdim etdi.
“Şübhəsiz, 20 ilin uğurlarını, İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirən amilləri bir açıqlama çərçivəsində tam şəkildə əhatə etmək mümkün deyil. Bu baxımdan ki, onların miqyası o qədər genişdir, sadalamaqla bitməz. Tarixi proseslər sübut edir ki, dövlətinə, xalqına xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən lider hər zaman dövrün tələblərinə uyğun islahatları ilə davamlı uğurları təmin etməyi bacarır. Son 20 ildə titanik fəaliyyəti ilə belə bir lider olduğunu sübut edən dövlətimizin başçısı İlham Əliyev özünün də dediyi kimi, xalqımızın gələcəyi ilə bağlı “Nəyi, nə vaxt və necə etməyi” çox gözəl bilir. Bu baxımdan növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı dövlətimizin başçısının Sərəncamı da özündə mühüm məqamları, çağırışları ehtiva edir. Təbii ki, bütün vədlərin, vəzifələrin icra edilməsi növbəti dövrün hədəflərinin müəyyənləşdirilməsini bir zərurətə çevirir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi ilə 2018-ci il prezident seçkilərindən sonrakı dövrün hədəflərinin reallığa çevrildiyi bir daha təsdiqlənir. Xalqımız 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərində yenidən qalib Prezidentinə yekdilliklə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq. Növbəti mərhələ Böyük Qayıdış proqramının uğurla başa çatması, həmçinin Qərbi Azərbaycana qayıdışımızla çoxəsrlik tariximizə yeni Zəfər salnaməsi kimi yazılacaq”, - deyən Vüqar Rəhimzadə fikirlərini yekunlaşdırıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

15-12-2023, 11:01

Əli Əhmədov: İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunmalıdır

Siyasət

15-12-2023, 16:07

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi 50 milyonluq azərbaycanlı kimliyinin tələbidir RƏY

Siyasət

15-12-2023, 11:05

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir

Siyasət

12-12-2023, 09:45

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İqtisadiyyat

6-10-2023, 11:32

İctimai şura üzvlüyünə namizədlərin qeydə alınması davam edir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 13:03
    “Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimi başa çatıb
  • Вчера, 13:00
    Biləsuvarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib
  • Вчера, 12:57
    Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb
  • Вчера, 12:53
    Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
  • 20-10-2026, 17:41
    QHT-lər üçün dövlət sifarişləri üzrə müsabiqə elan edilir
  • 20-10-2026, 17:37
    Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb
  • 20-10-2026, 17:34
    DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
  • 20-10-2026, 11:32
    Ali Məhkəmə: Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil
  • 20-10-2026, 11:30
    Bu gün Zəngilan Şəhəri Günüdür
  • 20-10-2026, 11:24
    Fərid Şəfiyev: Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır
  • 19-10-2026, 14:02
    Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım aksiyaları davam edir
  • 19-10-2026, 13:58
    Məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir nəfər həbs edilib
  • 19-10-2026, 12:10
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
  • 19-10-2026, 11:59
    Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
  • 18-10-2026, 12:35
    Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir
  • 18-10-2026, 11:01
    FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb
  • 18-10-2026, 10:57
    Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 17-10-2026, 11:20
    Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir
  • 17-10-2026, 11:14
    Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
  • 17-10-2026, 11:11
    Bu gün Füzuli Şəhəri Günüdür
  • 16-10-2026, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • 16-10-2026, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • 16-10-2026, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 16-10-2026, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 16-10-2026, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 15-10-2026, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • 15-10-2026, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • 15-10-2026, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • 15-10-2026, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • 15-10-2026, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 14-10-2026, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • 14-10-2026, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • 14-10-2026, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • 14-10-2026, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə