• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

COP29-un Azərbaycanda keçirilməsinə dəstək verməsi ölkəmizin beynəlxalq arenada nüfuzundan irəli gəlir -

Siyasət

18-12-2023, 17:04


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə dünya birliyinin dəstək verməsi ölkəmizin beynəlxalq arenada qazandığı etibar, hörmət və nüfuzdan irəli gəlir. Azərbaycan özünü beynəlxalq birliyin ləyaqətli üzvü kimi aparır və ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirləri yüksək səviyyədə həyata keçirir. COP29 konfransında ev sahibliyimizə Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirilməsindən 2,5 aydan sonra qərar verilməsinin və dünya birliyinin ölkəmizi dəstəklənməsinin böyük siyasi əhəmiyyəti var. Çünki Azərbaycan bu tədbirləri beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdi və öz ərazilərini təkcə qanunsuz erməni silahlılarından təmizləməklə yekunlaşdırdı. Bu antiterror tədbirlərindən sonra dünya birliyinin ölkəmizi dəstəkləməsi Azərbaycanın həyata keçirdiyi bütün addımların beynəlxalq hüquqa əsaslandığının göstəricisidir. Hətta ölkəmizlə düşmənçilik şəraitində yaşayan və 30 il ərazilərimizi işğalda saxlayan, o cümlədən üç il əvvəl döyüş meydanında acı məğlubiyyətə düçar olan Ermənistan da ilk dəfə olaraq öz namizədliyini Azərbaycanın xeyrinə geri götürdü.
Təəssüf ki, ermənidən çox erməni olmağa çalışan Fransa kimi ölkələr Azərbaycanın Qələbəsini həzm edə bilmirlər. Amma dünya birliyi deyiləndə 10-20 yox, 200-ə yaxın ölkə başa düşülür. COP29-un Azərbaycanda keçirilməsinə verilən dəstək dünya birliyi anlamının daha qlobal olduğunu bir daha təsdiq etdi.
Bu sözləri Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməklə böyük təcrübə qazandığını deyən deputat bildirib: “Dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına Azərbaycan 4 ildir ki, sədrlik edir. Ölkəmizin sədrliyi Qoşulmama Hərəkatına bir canlanma gətirib, qlobal əhəmiyyətli qərarların qəbul edilməsi ilə tarixə düşüb. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə bu hərəkatda institusionallaşma aparılaraq parlament və gənclər şəbəkəsi yaradılıb. O cümlədən COVID-19 pandemiyası ilə əlaqədar BMT-nin xüsusi sessiyası çağırılıb, vaksinlərin ədalətli bölünməsi və hamının əlçatanlığının təmin edilməsi sahəsində qərar qəbul olunub”.
Ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə də yüksək səviyyədə ev sahibliyi etdiyini deyən A.Badamov vurğulayıb: “Həmçinin ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçirilib. Beləliklə, bu sahədə qazandığımız təcrübələr gələn il COP29-un ölkəmizdə uğurla keçirilməsinə imkan verəcək. Tədbirlə əlaqədar 10 minlərlə qonaq Azərbaycana gələcək. Bundan əlavə, dünya dövlətlərinin liderləri də COP29-da iştirak edəcəklər. Bu tədbir Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə atdığı addımları dünya səviyyəsində tanıtmağına və bu sahənin inkişafına yeni investisiyaların cəlb olunmasına yol açacaq. Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, iqlim dəyişiklikləri ilə bağlı çağırışlara da çevik reaksiya verir. Belə ki, 2030-cu ilə qədər istilik effekti yaradan qazların həcminin ölkəmizdə 35 faizə qədər azaldılması nəzərdə tutulur. O cümlədən sürətlə bərpaolunan enerji sahələri yaradılır və 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin yaşıl enerji üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik götürülüb. Bu məqsədlə günəş və külək elektrik stansiyalarının yaradılmasına başlanılıb. Regionun ən böyük günəş elektrik stansiyası - gücü 230 meqavat olan Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. Ölkəmizdə yaşıl enerji sahələrinin genişləndirilməsi ilə əlaqədar təcrübəsi olan dünyanın aparıcı şirkətləri ilə sazişlər imzalanıb. Bununla bağlı isə yeni layihələrin həyata keçirilməsinə başlanacaq”.
O bildirib ki, bərpaolunan enerji istehsalının genişlənməsi elektrik enerjisinin istehsalı üçün istifadə olunan qaza böyük həcmdə qənaət olunmasına və Avropaya ixrac etməyimizə imkan yaradacaq. Məhz Avropaya ixrac etdiyimiz qazın həcminin artırılması istilik effekti yaradan kömürün yandırılmasının azalmasına töhfə verəcək. O cümlədən Azərbaycan istehsal etdiyi yaşıl enerjini Avropaya ixrac etməsi üçün yeni ixrac marşrutu üzərində işləyir. Ölkəmizin bərpaolunan enerji potensialının 200 qiqavat olduğunu nəzərə alsaq, bu generasiya gücünün formalaşdırılması Avropanın elektrik enerjisinin təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həlledici rolunu artıracaq.
“COP29 beynəlxalq konfrans kimi məsuliyyətli bir tədbirdir. Bu tədbirin keçirilməsinə az vaxt qalsa da, hazırlıq işləri yüksək səviyyədə təşkil olunur. Məsələ ilə bağlı ilk iclasın dövlətimizin başçısının rəhbərliyi ilə keçirilməsi bu tədbirin nə qədər məsuliyyətli olduğunun göstəricidir. Hesab edirəm ki, Azərbaycan COP29 tədbirini keçirməklə bu sahəyə də bir yenilik gətirəcək. Ölkəmizdə keçirilən bütün tədbirlər yeniliklərlə hər zaman beynəlxalq ictimaiyyəti təəccübləndirib. Bu tədbirdə də qlobal əhəmiyyətli təsiredici gücə malik qərarlar qəbul edilməklə Azərbaycan dünya tarixində yeni bir imza ilə fərqlənəcək”, - deyə A.Badamov əlavə edib.

Paylaş:
Digər xəbərlər

Siyasət

16-12-2023, 19:05

COP29 çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu bir daha təsdiqlənəcək -

Siyasət

15-12-2023, 16:10

Prezident İlham Əliyev: COP29-da on minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq

Siyasət

16-12-2023, 19:09

Azərbaycan əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik ölkədir

Siyasət

18-12-2023, 09:46

Fransa hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyib - BƏYANAT

Siyasət

2-11-2023, 11:58

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının həmsədri ilə görüşüb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
9-05-2026, 17:56
Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb
Son xəbərlər
  • Вчера, 12:39
    Mayın 31-i Ümumdünya Himayədar Ailə Günüdür
  • Вчера, 11:43
    Media: ABŞ-nin pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub
  • Вчера, 11:37
    ÜST:Tütün hər il 7 milyondan çox insanın ölümünə səbəb olur.
  • 30-05-2026, 13:35
    Kənd təsərrüfatı məhsullarının ixrac imkanları: Ənənəvi bazarlardan yeni bazarlara keçid
  • 30-05-2026, 12:25
    Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik
  • 30-05-2026, 12:20
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 30-05-2026, 12:18
    Qaxda 4 tondan artıq çətənə kolu məhv edilib
  • 29-05-2026, 16:18
    Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı
  • 29-05-2026, 11:41
    Qanunsuz yolla gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb
  • 29-05-2026, 11:38
    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib
  • 29-05-2026, 11:35
    Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir
  • 28-05-2026, 17:31
    Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 28-05-2026, 17:27
    Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
  • 28-05-2026, 17:25
    Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub
  • 28-05-2026, 17:22
    Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb
  • 28-05-2026, 17:20
    Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib
  • 28-05-2026, 17:18
    Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
  • 28-05-2026, 17:16
    Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
  • 28-05-2026, 14:31
    Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq
  • 28-05-2026, 10:38
    Cümhuriyyət xadimlərinin irsində 28 May istiqlalı: Mühacirət təfəkkürünün elmi-publisistik salnaməsinə bir nəzər
  • 28-05-2026, 10:15
    Dünya bazarında qızıl 64 dollar ucuzlaşıb
  • 28-05-2026, 09:46
    Azərbaycan Xalq Cümhuriyyəti şərəfimiz və qürur mənbəyimizdir
  • 28-05-2026, 09:37
    Azərbaycan nefti 102 dollara satılır
  • 28-05-2026, 09:35
    ABŞ Dövlət katibi: Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyini alqışlayırıq
  • 28-05-2026, 09:32
    İqor Jovkva: Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl dəstəkləyən strateji tərəfdaşımızdır
  • 28-05-2026, 09:27
    Müsəlman Şərqinin ilk respublikasından qüdrətli Azərbaycana
  • 27-05-2026, 15:30
    Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar
  • 27-05-2026, 13:54
    İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
  • 27-05-2026, 11:02
    Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb
  • 27-05-2026, 11:00
    Ağsuda oğurluq edən şəxs həbs olunub
  • 27-05-2026, 10:22
    Hacıqabulda oğurluq edən iki nəfər həbs olunub
  • 27-05-2026, 10:20
    Azərbaycanda Qurban bayramıdır
  • 27-05-2026, 10:16
    DGK: “Qarpız” yükündə 110 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
  • 26-05-2026, 18:04
    On dörd il əvvəl törədilmiş qəsdən adamöldürmə cinayətinin üstü açılıb
  • 26-05-2026, 18:00
    Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə