• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əsl xalq Prezidenti

Siyasət

13-01-2024, 11:36

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Əsl xalq Prezidenti
13.01.2024 [11:24]
Əsl xalq Prezidenti
Bakı, 13 yanvar.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına iki saatdan çox davam edən müsahibəsini müstəqilliyimizin bərpasından keçən 30 ilə bir baxış adlandırmaq olar. Prezident ölkəmizin bugünkü reallıqlarını məhz 1993-cü ildəki vəziyyətlə müqayisə etməyin düzgün olacağını bildirərək 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu, dövlətçilik prinsiplərinin bərqərar olunduğunu və ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğunu vurğuladı. 2003-cü ildə keçirilmiş prezident seçkilərinə toxunan dövlətimizin başçısı həmin seçkiləri ölkəmizin tarixində həlledici məqam adlandırdı. 2003-cü il seçkilərində İlham Əliyevin inamlı qələbəsi Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə zəmanət yaratdı və sonrakı bütün uğurlar məhz Heydər Əliyev strategiyasının qətiyyətlə həyata keçirilməsinın nəticələri kimi ortaya çıxdı. Prezident İlham Əliyev ötən ilin 20 sentyabr tarixini müasir tariximizin yeni dövrünün başlanğıcı adlandırdı.
Bu sözləri Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə əldə olunan uğurların hamısını tarixi uğurlar adlandıran deputat deyib: “Dünyanın qeyri-sabit zamanında, bir sıra ölkələrdə inqilabların silsilə şəklində baş verdiyi və ölkələri viran qoyduğu bir vaxtda böyük güc mərkəzlərinin hədəfində olan Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək və sürətli iqtisadi inkişafa nail olmaq heç də asan olmamışdı. Təxminən 30 il ərzində ölkəmizin müharibəyə cəlb olunması ilə onun inkişafını əngəlləməyə və öz asılılığına salmağa çalışan güc mərkəzlərinin cəhdlərinə baxmayaraq Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasətini yürütməyə və ölkəni salındığı labirintdən çıxarmağa nail oldu. 2020-ci ilin Vətən müharibəsinin özü dünya üçün gözlənilməz olduğu kimi, həmin müharibədə Azərbaycanın tarixi zəfəri də bir çox dövlətlər və beynəlxalq təşkilatlar üçün gözlənilməz oldu. Lakin Prezident Əliyev və Azərbaycan xalqı bu qələbəyə əmin idi. Bu tarixi zəfər son bir neçə əsrdə işğal olunmuş torpaqlarımızın özümüzə qaytarılmasının ilk nümunəsi idi. Bu Qələbəni Azərbaycan xalqı məhz Prezident İlham Əliyevin müdrik siyasəti və mahir diplomatiyası sayəsində qazandı. Ötən ilin 20 sentyabr tarixinə qədərki dövrü ölkə başçısı belə dəyərləndirdi: “Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”. Ölkəmizin bu günündən danışan Prezident Azərbaycanı “...həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə” adlandırdı. 2020-ci ilin 9 noyabr tarixli Üçtərəfli Bəyanatını, 2023-cü il aprelin 23-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin açılmasını və nəhayət həmin il sentyabrın 19-20-də separatçıların yuva saldığı Qarabağ ərazisində antiterror tədbirlərinin həyata keçirilməsini ayrı-ayrılıqda təhlil edən İlham Əliyev bu hərbi-siyasi hadisələri çağdaş tariximizin parlaq səhifələri adlandırıb”.
Cavanşir Feyziyev qeyd edib ki, müsahibədə Azərbaycanın dünya dövlətləri ilə münasibətləri, xüsusilə Fransa–Azərbaycan münasibətlərinin mahiyyəti, Böyük Qayıdışla bağlı görülmüş və görüləcək işlərin məzmunu, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması, imzalanması gözlənilən sülh müqaviləsi, gələcək qlobal və regional miqyaslı iqtisadi layihələr haqqında suallar da yer alırdı: “Verilən suallara özünəməxsus səmimiyyətlə cavab verən Prezident bütün suallara aydınlıq gətirdi və qarşıdan gələn növbədənkənar Prezident seçkiləri haqqında da öz mülahizələrini bölüşdü. Fevralın 7-ə təyin olunmuş seçkiləri ölkəmizin həyatında yeni dövrün başlanğıcı kimi xarakterizə edən ölkə Prezidenti bildirdi: “...Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi...”
Deputatın sözlərinə görə, son 20 ildə ölkəmizdə keçirilmiş prezident seçkilərinin xronologiyasına baxsaq görərik ki, hər bir seçki ərəfəsində prezidentliyə namizəd İlham Əliyev yeni və daha iddialı seçki proqramı ilə seçicilərinin qarşısına çıxıb və hər dəfə də müəyyənləşdirdiyi, bəyan etdiyi bütün proqramları artıqlaması ilə yerinə yetirib. “Son seçkilərdən sonra baş verən bütün hadisələr o qədər sürətli oldu ki, artıq prezidentlik müddətinin qalan iki ili üçün yeni hədəflərin müəyyənləşdirilməsinə ehtiyac yarandı. Bunu yerli telekanallara müsahibəsində də vurğulayan prezident yeni dövrün başlanğıcını elan etdi və ölkəmizin qədəm qoyduğu yeni dövr üçün xalqımızı yeni milli ideyanın müzakirəsinə dəvət etdi. Doğrudan da hər bir cəmiyyətin və dövlətin davamlı inkişafını təmin etmək üçün onun hər bir dövrə uyğun yeni milli ideyası olmalıdır. Prezidentin milli ideya məsələsini ümumxalq müzakirəsinə təklif etməsi o deməkdir ki, ölkənin idarə olunmasında ölkə başçısı ilə bərabər xalq da birbaşa iştirak edir və prezident bu iştirakın formal olmasını yox, faktiki olmasını arzulayır. Məsələyə belə yanaşma İlham Əliyevin əsl xalq Prezidenti olduğunun göstəricisidir”, - deyə Cavanşir Feyziyev vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

15-12-2023, 16:07

İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi 50 milyonluq azərbaycanlı kimliyinin tələbidir RƏY

Siyasət

11-01-2024, 21:56

Prezident İlham Əliyevin Azərbaycanın televiziya kanallarına müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzindədir

Siyasət

2-10-2023, 11:01

Heydər Əliyev öz andına, sözünə daim sadiq qaldığını nəinki bütün Azərbaycan xalqına, həmçinin bütün dünyaya nümayiş etdirdi

Siyasət

21-11-2023, 10:31

Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür

Gündəm / Siyasət

18-10-2023, 14:12

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 17:04
    Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • Сегодня, 17:00
    Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
  • Сегодня, 11:25
    Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq
  • Сегодня, 11:22
    Ağdam rayonunda mina partlayışı baş verib
  • Сегодня, 11:19
    Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?
  • Сегодня, 11:14
    Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür
  • Вчера, 11:08
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • Вчера, 11:06
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • Вчера, 11:00
    Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək
  • Вчера, 10:57
    Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub
  • 4-09-2026, 14:39
    Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
  • 4-09-2026, 14:34
    Təqsirləndirilən daha 2 şəxs ölkəmizə ekstradisiya edilib
  • 4-09-2026, 14:32
    Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
  • 4-09-2026, 14:28
    Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib
  • 4-09-2026, 14:24
    Prezident İlham Əliyev İtaliyanın Baş nazirini təbrik edib
  • 3-09-2026, 12:42
    Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında əməkdaşlıq üzrə “Yol xəritəsi” imzalanıb
  • 3-09-2026, 12:39
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 12:33
    Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir
  • 2-09-2026, 15:36
    Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • 2-09-2026, 15:33
    Əməkhaqqlarının artırılması həkimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmasına, motivasiyalarının yüksəlməsinə güclü təkan verir - RƏY
  • 2-09-2026, 15:29
    İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
  • 2-09-2026, 13:12
    Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb
  • 2-09-2026, 13:08
    Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb
  • 2-09-2026, 13:04
    Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir
  • 2-09-2026, 13:02
    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub
  • 2-09-2026, 13:00
    Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır
  • 2-09-2026, 12:57
    Prezident: Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət və dostluq ənənələrinə əsaslanır
  • 1-09-2026, 18:00
    Gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanıb
  • 1-09-2026, 17:55
    Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə və ödənişlər kimlərə şamil edilmir?
  • 1-09-2026, 17:43
    Prezident İlham Əliyev: Ermənistanla birlikdə yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq
  • 1-09-2026, 13:45
    13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində materiallar məhkəməyə göndərilib
  • 1-09-2026, 13:41
    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir
  • 1-09-2026, 13:38
    Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb
  • 1-09-2026, 13:30
    Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
  • 1-09-2026, 13:27
    Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə