• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir

Cəmiyyət

11-08-2026, 15:05

Bakı, 11 avqust.

Müasir dövrdə gənclərin dini bilik əldə etdiyi əsas mənbələrdən birinin rəqəmsal platformalar və sosial şəbəkələr olması bu mühitdə yayılan dini xarakterli məlumatların keyfiyyətinə və etibarlılığına diqqətin artırılmasını zəruri edir. Etibarlı məlumatlarla yanaşı, elmi əsaslardan uzaq, dini mətnləri təhrif edən və ya yanlış şərh edən məzmunların yayılması xüsusilə dini bilikləri kifayət qədər formalaşmamış gənclər üçün müəyyən risklər yaradır.

Azərbaycan İlahiyyat İnstitutundan bildirilib ki, sosial şəbəkələrdə yayılan dini xarakterli dezinformasiyalar insanlarda dini məsələlərlə bağlı yanlış təsəvvürlərin formalaşmasına, dini mövzuların manipulyativ şəkildə təqdim edilməsinə və cəmiyyətdə müəyyən fikir ayrılıqlarının yaranmasına səbəb ola bilər.

Qeyd olunub ki, dini mətnlərin kontekstdən kənar təqdim edilməsi, saxta sitatlardan istifadə, dini məsələlərin yanlış və manipulyativ şəkildə şərh olunması, eləcə də radikal məzmunların yayılması insanların dini məsələlərə münasibətinə mənfi təsir göstərə bilər. Bu risklərin qarşısının alınmasında əsas istiqamətlərdən biri cəmiyyətdə, xüsusilə də gənclər arasında dini savadlılığın artırılmasıdır. İnsanlar sosial şəbəkələrdə qarşılaşdıqları məlumatların mənbəyini qiymətləndirməyi, məlumatın doğruluğunu yoxlamağı və dini məsələlər üzrə etibarlı və akademik mənbələrə müraciət etməyi bacarmalıdırlar. Dini maarifləndirmənin əsas məqsədi gənclərə təkcə dini biliklərin çatdırılması deyil, həm də onlarda tənqidi düşüncə, informasiyanın düzgün təhlili və etibarlı mənbələri ayırd etmək bacarığının formalaşdırılmasıdır. Azərbaycan İlahiyyat İnstitutunda tədris prosesi məhz bu yanaşma əsasında qurulub. Tələbələrə klassik dini elmlərlə yanaşı, dinşünaslıq, fəlsəfə, tarix, psixologiya və digər humanitar sahələr üzrə biliklər verilir. Bu yanaşma gənclərin dini məsələlərə daha geniş və obyektiv baxış formalaşdırmasına, müxtəlif məlumatları müqayisəli şəkildə təhlil etməsinə imkan yaradır.

Dini maarifləndirmə yalnız auditoriya və tədris mühiti ilə məhdudlaşmır. Seminarlar, konfranslar, dəyirmi masalar, görüşlər və müxtəlif maarifləndirici layihələr vasitəsilə gənclərin sağlam dünyagörüşünün formalaşdırılmasına xüsusi diqqət yetirilir. Bildirilib ki, gənclərin dini maarifləndirilməsi sahəsində əsas problemlərdən biri sosial şəbəkələrdə məlumat bolluğu şəraitində düzgün və etibarlı mənbənin seçilməsidir. Xüsusilə dini mövzularda qısa, emosional və kontekstdən çıxarılmış paylaşımlar daha geniş auditoriyaya çatdığından, onların düzgün qiymətləndirilməsi gənclərdən müəyyən səviyyədə informasiya və media savadlılığı tələb edir. Bu baxımdan, gənclərin həm dini, həm də media savadlılığının artırılması, onlara müxtəlif məlumatları tənqidi yanaşma ilə qiymətləndirmək bacarığının aşılanması böyük əhəmiyyət daşıyır. Sağlam dini dünyagörüşünün formalaşdırılması, etibarlı dini biliklərin əlçatanlığının artırılması və gənclərin düzgün informasiya mənbələrinə yönləndirilməsi dini xarakterli dezinformasiyanın təsirlərinin azaldılmasına mühüm töhfə verə bilər. Bu istiqamətdə dövlət qurumları, təhsil müəssisələri, dini icmalar, media və cəmiyyətin digər institutları arasında əməkdaşlığın gücləndirilməsi də mühüm nəticələr verə bilər.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-12-2025, 12:45

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir

Cəmiyyət

15-01-2025, 19:27

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

Cəmiyyət

13-07-2024, 10:24

Dövlət Komitəsində ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüş keçirilib

Cəmiyyət

28-07-2025, 11:54

DSX-nin hərbi hissəsində dini radikalizmin fəsadları mövzusunda tədbir keçirilib

Cəmiyyət

21-01-2026, 16:48

Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • Сегодня, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • Сегодня, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • Сегодня, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • Сегодня, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • Вчера, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • Вчера, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • Вчера, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • Вчера, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 14-10-2026, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • 14-10-2026, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • 14-10-2026, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • 14-10-2026, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • 14-10-2026, 18:57
    İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
  • 13-10-2026, 17:08
    Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • 13-10-2026, 17:05
    YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb
  • 13-10-2026, 12:01
    Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov
  • 13-10-2026, 11:56
    Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
  • 13-10-2026, 11:54
    Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək
  • 13-10-2026, 11:51
    Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar
  • 13-10-2026, 11:49
    Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
  • 13-10-2026, 11:47
    Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
  • 13-10-2026, 11:43
    Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
  • 13-10-2026, 11:40
    Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:14
    Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • 12-10-2026, 11:12
    Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:10
    Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva
  • 12-10-2026, 11:07
    Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
  • 12-10-2026, 10:59
    Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür
  • 12-10-2026, 10:54
    Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
  • 12-10-2026, 10:47
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 12-10-2026, 10:31
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 16:19
    Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə