Bakı, 15 oktyabr.
Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkət hissəsində qalıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, nəticədə prospektdən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Hazırda polis tərəfindən zəruri işlər görülür.