Paytaxt yollarında sürət həddi endirildi, piyada zolaqlarının sayı artırıldı, yerüstü və yeraltı piyada keçidləri salındı, amma yol-nəqliyyat hadisələrinin sayı azalmaq bilmir.
Cari ilin doqquz ayı ərzində paytaxtın küçə, prospektlərində ölüm və xəsarətlə nəticələnən 320 yol-nəqliyyat hadisəsi baş verib. Bu heç də kiçik rəqəm deyil.
Piyadaların yol verdiyi qayda pozuntusu zamanı qeydə alınan qəzalara görə nə qədər protokol tərtib edilib? Piyadalar cərimələri ödəmirlərmi? Ödəyirlərsə, qayda pozuntuları niyə azalmır? Ümumiyyətlə, insanlar səhv olduğunu bildikləri addımı hansı məntiqlə, nə üçün təkrar-təkrar atırlar?
İş o yerə çatıb ki, piyadalar artıq yolda xidmət aparan Dövlət Yol Polisi əməkdaşlarını da görməzdən gəlirlər.