Bakı, 27 oktyabr.
Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Azərbaycanda 15 gündən artıq müvəqqəti olan xarici diplomatik nümayəndəliklərin, konsulluqların və beynəlxalq təşkilatların əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinə, eləcə də onlarla yaşayan ailə üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək.
Layihəyə əsasən, həmin şəxslərin qeydiyyatı elektron sistem vasitəsilə aparılacaq, Azərbaycanda müvəqqəti olma müddətləri isə yeni viza verilməsi yolu ilə uzadılacaq.