Bakı, 26 oktyabr.
Azərbaycanda səfərdə olan Niderland Krallığının xarici işlər naziri Tom Berendsen oktyabrın 26-da Şəhidlər xiyabanını ziyarət edib.
Qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.