• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün Dövlət Miqrasiya Xidmətinin yaranmasının 19 ili tamam olur

Cəmiyyət

19-03-2026, 11:39

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Bu gün Dövlət Miqrasiya Xidmətinin yaranmasının 19 ili tamam olur
19.03.2026
Bu gün Dövlət Miqrasiya Xidmətinin yaranmasının 19 ili tamam olur
Xidmət innovativ yeniliklərin tətbiqini, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılmasını daim diqqətdə saxlayır
Bakı, 19 mart.

Martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılmasının19 ili tamam olur.
Prezident İlham Əliyevin 2007-ci il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Dövlət Miqrasiya Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daim əhatə olunub və ölkəmizdə müasir tələblərə cavab verən Xidmət formalaşdırılıb. Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlətimizin başçısı bu istiqamətdə mühüm addımlarından biri kimi 2006-cı ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişafı, miqrasiya proseslərinin tənzimlənməsi, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin səmərəliliyinin təmini, miqrasiya müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi önəmli məsələlər yer alıb. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bununla əlaqədar olaraq Prezident İlham Əliyev 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilib.

Dövlət Miqrasiya Xidmətinin strukturuna aparatla yanaşı, 9 regional miqrasiya baş idarəsi (idarəsi), əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin istifadəsi üçün Bakı, Naxçıvan və Yevlaxda olmaqla 3 müvəqqəti yerləşdirmə mərkəzi, Təlim-tədris mərkəzi və tibb müəssisəsi daxildir. Bundan başqa, Azərbaycanın dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən beynəlxalq hava limanlarında Dövlət Miqrasiya Xidmətinin bölmələri fəaliyyət göstərir.

2008-ci il dekabrın 1-dən Dövlət Miqrasiya Xidmətinin üç dildə fəaliyyət göstərən 919 - Çağrı Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti tamamilə yenidən qurulub, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılıb.

Ötən il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 452 mindən çox müraciət daxil olub.

Miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq daha da genişlənir

Son dövrdə Azərbaycanın miqrasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da genişlənir. Ötən illərdə beynəlxalq əməkdaşlığın ikitərəfli və çoxtərəfli əsaslarla inkişaf etdirilməsi və möhkəmləndirilməsi, o cümlədən müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə məqsədyönlü addımlar atılıb. Dövlət Miqrasiya Xidməti son 19 ildə müxtəlif beynəlxalq təşkilatların, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, müvafiq dövlət orqanlarının, habelə Azərbaycanda olan, yaşayan, işləyən əcnəbilərin etibarlı tərəfdaşına çevrilib.

Belə ki, Azərbaycanın Mərkəzi Asiya regionunda beynəlxalq miqrasiya və qaçqınların müdafiəsi üzrə regional məşvərətçi platforma olan Almatı Prosesinə sədrliyinin yekunu olaraq ötən ilin aprelində Bakıda Prosesin 3-cü Nazirlər Konfransı keçirilib. Tədbir nəticəsində Azərbaycan tərəfindən Almatı Prosesində iştirak edən tərəflərlə məsləhətləşmələr çərçivəsində hazırlanmış və miqrasiyanın regional inkişafa töhfələrinin artırılması, iqlim dəyişmələrinin insanların yerdəyişməsinə mənfi təsirlərinin azaldılması, habelə miqrasiya üzrə məlumat mübadiləsinin genişləndirilməsi üçün əməkdaşlığı təşviq edən Bakı Bəyannaməsi qəbul edilib.

Azərbaycan, həmçinin BMT-nin Miqrasiya Şəbəkəsinin dəvəti ilə Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə “Çempion ölkələr” təşəbbüsünə qoşulan birinci ölkədir. Qeyd edək ki, bu təşəbbüs BMT-nin Miqrasiya Şəbəkəsi tərəfindən 2020-ci ilin sentyabrında təsis olunub.

Əməkdaşların peşə hazırlığı artırılır

Ötən 19 ildə idarəetmənin təkmilləşdirilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər görülüb. Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetiriblər. Ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə xidmətin qarşısına qoyulmuş tapşırıqların icrası təmin edilib. Ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət sayəsində Dövlət Miqrasiya Xidmətinin qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilən mobil bir quruma çevrilib.

Dövlət Miqrasiya Xidməti 19 illik fəaliyyətində daim dövlətimizin başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutur, göstərilən yüksək diqqət və qayğının müqabilində işini ən müasir tələblər səviyyəsində qurmağa çalışır. Bu illərdə qurum formalaşıb, güclənib, daha da inkişaf edib. Xidmət pandemiya dövründə bütün zəruri tədbirlər görməklə yanaşı, postpandemiya dövründə əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib.

Xidmətin təşkilatçılığı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün maarifləndirici görüşlər keçirilir. Miqrasiya qanunvericiliyi ilə bağlı Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya baş idarələrinin (idarələrinin) əhatə etdiyi rayon və şəhərlərdə çoxsaylı maarifləndirmə-məlumatlandırma tədbirləri, səyyar xidmətlər təşkil edilir. Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvafiq yaşama icazələrinin verilməsi prosedurları və qanunsuz miqrasiyaya qarşı mübarizəyə həsr olunan tədbirlər keçirilir.

Elektron xidmətlər üzrə yenilənmə işləri aparılıb

Dövlət Miqrasiya Xidməti innovativ yeniliklərin tətbiqi, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, habelə onlardan istifadənin daha da sadələşdirilməsini daim diqqətdə saxlayır. Ötən dövrdə Dövlət Miqrasiya Xidməti tərəfindən e-xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi məqsədilə bütün elektron xidmətlər üzrə yenilənmə işləri aparılıb. Bundan başqa, ötən il daha bir yenilik– Yüksəkixtisaslı Miqrant Portalı yaradılıb. www.pass.gov.az ünvanı ilə təqdim olunan portal iştirakçıların müraciətlərinin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında təmin edir.

Dövlət Miqrasiya Xidməti sosial layihələrin reallaşdırılmasını da diqqət mərkəzində saxlayır. Şəhid və qazi ailələri ilə bağlı tədbirlər, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Miqrasiya Məktəbi” layihəsi, əcnəbi və qaçqın statusu əsasında yaşayan aztəminatlı ailələrə istiqamətlənən fəaliyyət və digər sosial layihələr, təlimlər həyata keçirilir.

“ASAN Xidmət indeksi” üzrə mükafatlandırılma

Bu ilin fevralında Dövlət Miqrasiya Xidməti “ASAN Xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə dair təqdimatda ən yüksək göstəriciyə - 96,83 faizə malik olmaqla mərkəzi icra hakimiyyəti orqanları arasında birinci yeri tutub. Xidmət 2016-cı ildən qiymətləndirmə prosesinə qoşulmaqla bu müddət ərzində xidmət keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər nəticəsində mərkəzi icra hakimiyyəti orqanları arasında 5 dəfə birinci yerə layiq görülüb. Xatırladaq ki, qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

Dövlət Miqrasiya Xidmətində vətəndaşlara göstərilən xidmətlərin şəffaf və keyfiyyətlə həyata keçirilməsi, vətəndaş məmnunluğunun və rahatlığının təmin olunması prioritet məsələ kimi diqqət mərkəzində saxlanılır. Xidmətdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən daxil olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılır və müvafiq qərarlar qəbul edilir. İnzibati prosedurların minimuma endirilməsi, elektronlaşmanın geniş təşviqi, müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənəd qəbulunun optimallaşdırılması, icazə prosedurunun sadələşdirilməsi həyata keçirilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması, inteqrasiya yolu ilə cəmiyyətin inkişaf prosesinə cəlb edilməsi məsələləri hər zaman Azərbaycan dövlətinin diqqətindədir. Müxtəlif dinlərin və xalqların nümayəndələrinin birlikdə sülh şəraitində yaşadığı ölkəmizdə miqrasiyanın idarə edilməsi, miqrantların cəmiyyətə inteqrasiyası, onların rifahı, hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Dövlət Miqrasiya Xidməti tədbirlər həyata keçirir. Həmin tədbirlər bərabərliyin, müxtəlifliyin və inklüzivliyin təşviqi ilə miqrantların cəmiyyətə səmərəli inteqrasiyasına, onların hüquqlarının müdafiəsinə diqqətin artırılmasına, eləcə də miqrasiya sahəsində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

18-03-2025, 17:55

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşını təltif edib

Cəmiyyət

19-03-2024, 17:39

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17-ci ildönümü qeyd edilib

Cəmiyyət

10-02-2025, 10:51

Türkiyə Prezidenti Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edib

Cəmiyyət

11-12-2024, 20:56

Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili məsələsi BMqT-nin nümayəndəsi ilə müzakirə edilib

Cəmiyyət

26-07-2024, 21:52

Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
Вчера, 13:39
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
19-03-2026, 11:40
Qubada iki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
18-03-2026, 12:21
“TikTok”da narkokuryerlik edən şəxsdən 5 kiloqram marixuana aşkarlanıb
18-03-2026, 12:19
Binəqədi rayonunda baş verən yanğın söndürülüb –
17-03-2026, 12:19
Paytaxtın Xocalı prospektində yaşayış binasında yanğın baş verib
15-03-2026, 12:37
Zərdabda 8 kiloqram narkotik vasitə aşkarlanıb
Son xəbərlər
  • Сегодня, 14:56
    Sumqayıtda bayram tonqalında partlayış səbəbi ilə xəsarət alanlardan 7-si ambulator müalicə üçün evə buraxılıb
  • Вчера, 13:51
    Bu gün Xalq şairi Səməd Vurğunun doğum günüdür
  • Вчера, 13:50
    21 Mart - Beynəlxalq Novruz Günüdür
  • Вчера, 13:48
    Azərbaycan Beynəlxalq Nəqliyyat Forumuna sədrlik edəcək
  • Вчера, 13:42
    DİN: Ötən gün 47 cinayətin üstü açılıb
  • Вчера, 13:39
    Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
  • Вчера, 13:36
    Londonda Novruz bayramı təntənəli şəkildə qeyd olunub
  • Вчера, 13:33
    Azərbaycanın ABŞ-dəki səfirliyində Novruz bayramı münasibətilə rəmzi ağ qızılgül əkilib
  • 20-03-2026, 16:21
    Ortaq kökdən strateji birliyə: Novruz türk dünyasının siyasi və mənəvi inteqrasiyasının rəmzidir
  • 20-03-2026, 16:19
    Publik hüquqi şəxslərdə maaşlara vahid qayda tətbiq olunacaq - ŞƏRH
  • 20-03-2026, 16:17
    Xətaidə kanalizasiya kollektoru çöküb, bəzi evləri su basıb
  • 20-03-2026, 16:15
    Tibb ixtisaslı məzunlar üçün Azərbaycan Ordusunda yeni xidmət konsepsiyası tətbiq edilir
  • 19-03-2026, 17:39
    Baş Prokurorluğun əməkdaşları Qlobal Sammitdə iştirak ediblər
  • 19-03-2026, 17:36
    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 19-03-2026, 17:34
    Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
  • 19-03-2026, 17:31
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 19-03-2026, 11:40
    Qubada iki şəxsin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
  • 19-03-2026, 11:39
    Bu gün Dövlət Miqrasiya Xidmətinin yaranmasının 19 ili tamam olur
  • 19-03-2026, 11:36
    Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb
  • 18-03-2026, 20:38
    Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib
  • 18-03-2026, 20:35
    Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-03-2026, 20:32
    Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub YENİLƏNİB
  • 18-03-2026, 12:21
    “TikTok”da narkokuryerlik edən şəxsdən 5 kiloqram marixuana aşkarlanıb
  • 18-03-2026, 12:19
    Binəqədi rayonunda baş verən yanğın söndürülüb –
  • 18-03-2026, 12:17
    Ceyhun Bayramov Naxçıvana dron hücumlarının İran tərəfindən araşdırılmasının vacibliyini vurğulayıb
  • 18-03-2026, 12:15
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 17-03-2026, 15:43
    Tehran valisi 12 minə yaxın binanın bombardmandan zərər gördüyünü bildirib
  • 17-03-2026, 15:34
    Peşə tanınması üzrə imtahanda 18 nəfər müvəffəqiyyət əldə edib
  • 17-03-2026, 15:32
    Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər
  • 17-03-2026, 15:30
    Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər
  • 17-03-2026, 12:23
    Dövlət orqanlarında 158 vakant yer üzrə daxili müsahibə elan edilir
  • 17-03-2026, 12:22
    Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək
  • 17-03-2026, 12:20
    MM qadın hərbçilərlə bağlı qanunvericiliyə dəyişikliyi qəbul edib
  • 17-03-2026, 12:19
    Paytaxtın Xocalı prospektində yaşayış binasında yanğın baş verib
  • 17-03-2026, 12:17
    Probasiya nəzarətində olan şəxslərin əmək bazarına inteqrasiyası diqqətdədir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə