Bakı, 20 avqust.
Azərbaycanlı jurnalistlərin Özbəkistana səfəri çərçivəsində media nümayəndələri Daşkənddən Səmərqəndə yola düşüblər.
Jurnalistlər Daşkənd–Səmərqənd–Xivə marşrutu üzrə hərəkət edən sürət qatarı ilə təxminən 2 saat ərzində Səmərqəndə çatıblar. Qatarın sürəti 160–180 km/saat təşkil edib.
Azərbaycan media nümayəndələri Səmərqənd dəmir yolu vağzalında hərbi simfonik orkestr və milli çalğı ansamblı tərəfindən Azərbaycan və Özbəkistanın milli musiqilərinin sədaları altında qarşılanıblar.