• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur

Siyasət

Сегодня, 12:55

Bakı, 12 noyabr.

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətləri diqqət çəkən məqamlardan biri olub. Sammit çərçivəsində iki dövlət başçısının bir-birinə göstərdiyi diqqət, səmimi söhbətləri, yanaşı dayanması və qol-qola görüntülənməsi Azərbaycan-Türkiyə münasibətlərinin təkcə siyasi və diplomatik müstəvidə deyil, həm də şəxsi münasibətlər səviyyəsində yaxınlığını nümayiş etdirib.

Bu görüntülər sadəcə iki prezidentin beynəlxalq tədbirdə görüşməsi kimi qiymətləndirilməməlidir. Çünki Azərbaycan və Türkiyə arasındakı münasibətlərin arxasında onilliklər ərzində formalaşmış qarşılıqlı etimad, siyasi dəstək, ortaq maraqlar və tarixi qardaşlıq dayanır.

Şəxsi münasibətlər həmişə dövlətlərarası əlaqələrin mühüm dayağı olub. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış münasibətlər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur. Hər iki liderin qarşılıqlı səfərləri, müntəzəm görüşləri, beynəlxalq tədbirlərdə bir-birinə göstərdikləri diqqət və siyasi məsələlərdə apardıqları məsləhətləşmələr bu münasibətlərin davamlı xarakter daşıdığını göstərir. Bu yaxınlığın ən mühüm siyasi-hüquqi təzahürlərindən biri 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Şuşa Bəyannaməsidir. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı bu sənəd iki ölkə arasındakı münasibətləri rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəltdi.

Bəyannamədə siyasi, iqtisadi, müdafiə, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik məsələlərində qarşılıqlı dəstək və beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.

Azərbaycan-Türkiyə münasibətlərinin ən mühüm sınaqlarından biri 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi olub. Həmin dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ərazi bütövlüyünə və haqq işinə açıq siyasi və mənəvi dəstək nümayiş etdirdi. Türkiyənin dövlət başçısı müxtəlif beynəlxalq platformalarda Azərbaycanın mövqeyini müdafiə etdi. Prezident İlham Əliyev də Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın müharibə dövründə göstərdiyi dəstəyi dəfələrlə yüksək qiymətləndirib. Bu faktı 2024-cü il fevralın 19-da Ankarada iki prezidentin geniş tərkibdə keçirilən görüşü zamanı səsləndirilən fikirlər də təsdiqləyir. İlham Əliyev 44 günlük müharibədə qardaş Türkiyənin və şəxsən R.T. Ərdoğanın mənəvi-siyasi dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb. Bu baxımdan, Antalya sammitində müşahidə olunan səmimi münasibətlərin arxasında yalnız diplomatik protokol deyil, həm də çətin və taleyüklü məqamlarda formalaşmış siyasi etimad tarixi dayanır.

Liderlər Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş sammitə gələn Prezident İlham Əliyevi qarşılayıblar. Sammit iştirakçılarının birgə fotosu çəkilərkən iki prezidentin səmimi ünsiyyəti davam edib. Yayılan görüntülərdə R.T.Ərdoğanın İlham Əliyevə xüsusi diqqət göstərməsi, iki liderin yanaşı dayanması, söhbət etməsi və qol-qola görüntülənməsi ictimaiyyətin diqqətini cəlb edib. Bu məqamda mühüm bir detalı qeyd etmək lazımdır: dövlət başçılarının belə beynəlxalq tədbirlərdə davranışları həm şəxsi münasibətlərin, həm də təmsil etdikləri dövlətlər arasındakı siyasi əlaqələrin ictimai təqdimatının bir hissəsidir.

R. T. Ərdoğanın Azərbaycan Prezidentinə göstərdiyi səmimi münasibət Türkiyənin Azərbaycanla müttəfiqliyinə verdiyi əhəmiyyətin ictimai müstəvidə görünən ifadəsidir və bu münasibətlər qarşılıqlıdır. Prezident İlham Əliyev də Türkiyənin uğurlarını Azərbaycanın uğuru kimi qiymətləndirən, iki ölkənin birliyinin qorunmasını vacib hesab edən siyasi xətt nümayiş etdirir.

Azərbaycan və Türkiyə münasibətlərinin əsasını təşkil edən “Bir millət, iki dövlət” prinsipi bu gün konkret layihələrdə və strateji əməkdaşlıqda öz əksini tapır.

Energetika sahəsində əməkdaşlıq Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və TANAP kimi qlobal əhəmiyyətli layihələrin meydana gəlməsinə səbəb olub, iki ölkənin regional və beynəlxalq enerji təhlükəsizliyində rolunu artırıb.

Nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz onun davamı olan Zəngəzur dəhlizi layihələri Azərbaycan və Türkiyəni Avrasiya nəqliyyat əlaqələrinin mühüm iştirakçılarına çevirib.

Müdafiə və təhlükəsizlik sahəsində isə hərbi əməkdaşlıq, birgə təlimlər və müdafiə sənayesi sahəsində əlaqələr inkişaf etdirilir ki, bunlar da Şuşa Bəyannaməsinin əsas istiqamətlərindəndir.

Siyasi diplomatik sahədə isə hər iki ölkə BMT, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək və məsləhətləşmələr həyata keçirir. Bu əməkdaşlıq göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri geniş institusional, iqtisadi və təhlükəsizlik əsaslarına malikdir. 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən görüşdə də Prezident R. T. Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib. Prezident İlham Əliyev isə öz növbəsində Azərbaycanın bütün zamanlarda qardaş Türkiyənin yanında olduğunu əlavə edib.

Liderlərin səmimiyyəti iki ölkənin müttəfiqliyinin ictimai ifadəsidir. COP31-də İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi səmimi münasibətlər Azərbaycan-Türkiyə əlaqələrinin növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əlamətdar hadisədir. Azərbaycan və Türkiyə münasibətlərinin fərqləndirici cəhəti ondadır ki, bu əlaqələr tarixi, mədəni, dil və mənəvi yaxınlıqla yanaşı, konkret siyasi və iqtisadi maraqlara söykənir. Antalyadakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitindəki görüntülər də bu çoxşaxəli münasibətlərin simvolik ifadəsi kimi yadda qaldı. İki prezidentin səmimi ünsiyyəti bir daha göstərdi ki, Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq tədbirlərin protokol çərçivəsindən kənara çıxan, tarixi təcrübə və strateji müttəfiqlik üzərində qurulmuş münasibətlərdir. “Bir millət, iki dövlət” ifadəsi bu gün yalnız tarixi və mənəvi bağlılığın deyil, həm də siyasi iradənin, qarşılıqlı etimadın və ortaq gələcəyə yönəlmiş əməkdaşlığın ifadəsidir.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-07-2024, 10:23

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB

Siyasət

9-07-2024, 23:07

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti və diplomatiyası

Siyasət

5-06-2024, 10:37

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB

Siyasət

1-06-2026, 20:43

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib

Siyasət

27-08-2025, 10:37

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • Сегодня, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • Сегодня, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • Сегодня, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • Вчера, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • Вчера, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • Вчера, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • Вчера, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • Вчера, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • Вчера, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • Вчера, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • Вчера, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • Вчера, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • 8-11-2026, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • 8-11-2026, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • 8-11-2026, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • 8-11-2026, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 8-11-2026, 09:56
    TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
  • 8-11-2026, 09:53
    Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb
  • 8-11-2026, 09:49
    Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib
  • 8-11-2026, 09:08
    Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa
  • 8-11-2026, 09:03
    Bu gün Şuşa Şəhəri Günüdür
  • 7-11-2026, 10:08
    Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib
  • 7-11-2026, 10:04
    ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar
  • 7-11-2026, 10:01
    Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • 6-11-2026, 12:04
    Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə