Bakı. 9 noyabr.
Paytaxtın Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür.