Bakı, 17 avqust.
Bu ilin yanvar-iyul aylarında ölkədən 546 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,3 faiz çoxdur.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
İxrac olunan neft məhsullarının dəyəri isə 2,4 dəfə artaraq 423,6 milyon dollar olub.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə Azərbaycandan 336,7 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 173,5 milyon dollar olub.