• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz

Cəmiyyət

Сегодня, 12:26

Bakı, 13 avqust.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, tərəflərin birgə nikahdan 11 yaşlı uşaqları var. Tərəflərin nikahı pozulub və ananın yanında qalan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması qət edilib. Sonradan tərəflər arasında mediasiya sazişi bağlanıb.

Sazişə əsasən, ata iddiaçının onun valideynlik hüquqlarından məhrum olunması barədə tələbini qəbul etməyi və bu tələbə qarşı etiraz irəli sürməməyi öhdəsinə götürüb. Ana isə bunun müqabilində ata valideynlik hüquqlarından məhrum edildikdən sonra tərəflərin birgə nikahından doğulmuş uşağa münasibətdə ondan aliment və digər hər hansı tələb irəli sürməyəcəyini öhdəsinə götürüb.

İddiaçı cavabdehin atalıqdan məhrum olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət edib, cavabdeh birinci və apellyasiya icraatlarında iddia tələbini etiraf edib. Apellyasiya məhkəməsi cavabdehin valideynlik hüququndan məhrum olunması haqqında qərar qəbul edib.

Ali Məhkəmənin mövqeyi:

Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Hazırkı halda atanın öz valideynlik hüququndan imtina etməsi uşağın mənafeyinə toxunan məsələ olduğundan, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuniliyinə məhkəmələr tərəfindən qiymət verilməlidir. İş materiallarında olan Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən də görünür ki, valideynlik hüququndan məhrumedilmə uşağın mənafeyinə uyğun deyildir. Bu baxımdan etiraf uşağın mənafeyinə zidd olduğundan qəbul edilə bilməzdi.

İddiaçı ilə cavabdeh arasında bağlanmış mediasiya sazişi də etibarsız olmaqla, bu mübahisənin həlli baxımından əhəmiyyətsiz olub. Belə ki, sazişə əsasən cavabdehin özünün valideynlik hüququndan məhrum olunmasına razılığı uşağın saxlanılması üçün tələb olunan aliment ödəməkdən azad edilməsi müqabilində olub. Halbuki alimentdən bu şəkildə imtina, o cümlədən valideynin uşağına münasibətə şəxsiyyət hüququ olan valideynlik hüququndan könüllü surətdə imtinaya dair razılaşma qanunla qadağan edilmişdir. Belə ki, Mülki Məcəllənin 194.3-cü maddəsinə əsasən kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. Həmçinin həmin Məcəllənin 545.0.5-ci maddəsinə əsasən alimentlərin tutulması ilə bağlı öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir.

Şəxsiyyət hüquqları insanın maddi olmayan, mənəvi xarakterli və onun şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqlardır. Bu hüquqlar şəxsin əmlakı ilə deyil, onun şəxsiyyəti ilə bağlıdır. Sözügedən hüquqlar əsasən şəxsiyyətin müdafiə olunmasına yönəlir, yəni hüquq subyektinin şəxsiyyətinin üçüncü şəxslərin hüquqa zidd davranışlarından qoruyur. Bir qayda olaraq, bu hüquqlar pul ilə qiymətləndirilə, güzəşt edilə və vərəsəlik qaydasında ötürülə bilməyən mütləq hüquqlardır. Əmlak hüquqlarından fərqli olaraq, şəxsiyyət hüquqlarının özgəninkiləşdirilməsi və ya hər hansı başqa üsulla digər şəxslərə ötürülməsinin mümkünsüzlüyü təsbit edilir. Bu qayda onların hüquqi xarakterindən – şəxsiyyətin ayrılmaz hüquqları olduqlarından irəli gəlir. Digər şəxsiyyət hüquqları kimi ailə həyatına hörmət, habelə qanunla şəxsə mənsub olan valideynlik hüququ özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla digər şəxslərə güzəşt edilə bilən hüquq deyildir. Şəxsin şəxsiyyət hüququna qanunsuz müdaxilə edildikdə, həmin şəxs pozulmuş hüququnun müdafiəsi üçün qanunlarda nəzərdə tutulan müvafiq müdafiə üsullarından istifadə edə, o cümlədən məhkəməyə müraciət edə bilər.

Valideynlik hüququ ata və ananın öz övladlarını böyütmək, tərbiyə etmək, onların hüquq və mənafelərini qorumaq sahəsində bərabər səviyyəli təbii hüquq və vəzifələrini əhatə etməklə uşağın baxımı, təhsili və ünsiyyəti ilə bağlı əsas aspektləri özündə birləşdirir. Bu baxımdan valideynlik hüququ uşağın üstün mənafeyini müdafiə etməyə yönəldiyindən, valideynlərdən birinin həmin hüquqdan yerinə yetirməli olduğu əmlak (aliment) öhdəliyinin əvəzində könüllü şəkildə imtina etməsi yolverilməzdir və qəbul edilə bilməz. Yəni şəxs valideynlik hüququndan yalnız qanunla müəyyən edilmiş halların mövcudluğu sübuta yetirildiyi halda, özü də məhz uşağın üstün mənafeləri üçün məhkəmə qaydasında məhrum edilə bilər. Valideynə qanunla verilmiş hüquqlar yalnız valideynin şəxsi maraqları üçün deyil, eyni zamanda, uşağın beynəlxalq müqavilələr, Azərbaycan Respublikası Konstitusiyası və Ailə Məcəlləsi ilə qorunan mənafeyinin təmin edilməsi məqsədi daşıyır. Buna görə də valideyn həmin hüquqlar üzərində sərbəst sərəncam verə və ya valideynlər arasında bu hüquqlarla bağlı uşağın mənafeyinə uyğun olmayan razılaşma imzalana bilməz.

Valideynlik hüququndan məhrumedilmə ən son ölçüdür və uşaqların hüquq və mənafelərinin başqa yolla qorumağın mümkünsüz olduğu hallarda tətbiq olunur. Uşaqlarına münasibətdə qanun valideynlərdən heç birinə üstünlük hüququ verməmiş və beləliklə də bu qəbildən olan işlərə baxarkən məhkəmə ilk növbədə uşağın mənafeyini üstün tutmalı, mübahisəni valideynlər arasındakı ziddiyyətli münasibətlərinə əsaslanaraq uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidir.

Nəticədə Ali Məhkəmənin qərarı ilə cavabdehin şikayəti təmin olunub, iddiaçının cavabdehə qarşı valideynlik hüququndan məhrumetmə barədə iddiası rədd edilib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-04-2026, 12:11

Alimentə görə hansı hallarda mənəvi zərər tutula bilər? – Ali Məhkəmə açıqladı

Cəmiyyət

29-03-2024, 14:44

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Cəmiyyət

12-01-2024, 10:51

Bu ildən Azərbaycanda alimentin minimum miqdarı nə qədər müəyyənləşdirilib? – ŞƏRH

Cəmiyyət

14-05-2026, 11:19

Alimentin tutulması nə vaxtdan hesablanır? – Hakimdən açıqlama

Cəmiyyət

13-01-2026, 12:16

Ali Məhkəmə: Bankın müflis elan olunması ödəniş tapşırıqları üzrə öhdəliklərin icrasını aradan qaldırmır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 12:32
    Birinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb
  • Сегодня, 12:26
    Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz
  • Сегодня, 12:21
    Qlobal logistika Naxçıvanda mərkəzlənir: Azərbaycanın təhlükəsizlik və dəhliz strategiyası – TƏHLİL
  • Вчера, 12:23
    DİN: 46 kiloqram narkotik vasitənin dövriyyəsinin qarşısı alınıb
  • Вчера, 12:21
    Prezidentin Naxçıvan səfəri: Muxtar respublikanın kompleks inkişafında və strateji rolunun artırılmasında yeni mərhələ - TƏHLİL
  • Вчера, 12:17
    Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 11-08-2026, 15:22
    ABŞ, Ermənistan və Azərbaycanın Birgə Bəyanatı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 11-08-2026, 15:05
    İlahiyyat İnstitutu: Dini dezinformasiyanın qarşısının alınması üçün dini savadlılığın artırılması vacibdir
  • 11-08-2026, 14:55
    Külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 10-08-2026, 13:23
    Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?
  • 10-08-2026, 13:18
    Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
  • 10-08-2026, 13:15
    Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb
  • 9-08-2026, 13:03
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 12:59
    Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür
  • 8-08-2026, 13:48
    Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır
  • 8-08-2026, 13:46
    Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi
  • 8-08-2026, 13:38
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 7-08-2026, 15:20
    Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
  • 7-08-2026, 15:18
    Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • 7-08-2026, 15:14
    Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL
  • 7-08-2026, 14:05
    Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
  • 7-08-2026, 13:58
    Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
  • 7-08-2026, 13:55
    Media və Yayım Şurası yaradıldı - Fərman
  • 6-08-2026, 15:56
    Bu gündən məktəb direktorlarının işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
  • 6-08-2026, 15:53
    Xərçəng hüceyrələrinin immun sistemindən yayınma mexanizmi aşkar edilib
  • 6-08-2026, 15:49
    TƏBİB: Azərbaycanda tibb işçilərinin paylanmasında regionlar üzrə ciddi fərqlər mövcuddur
  • 6-08-2026, 15:44
    Dövlət Komitəsi vahid aylıq müavinətin təyin edilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib
  • 6-08-2026, 15:42
    Azərbaycanın və Ukraynanın xarici işlər nazirləri ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər
  • 6-08-2026, 15:39
    Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
  • 5-08-2026, 18:09
    İyirmiyə yaxın yeni hərbi infrastruktur Hava Hücumundan Müdafiə bölmələrinin istifadəsinə verilib
  • 5-08-2026, 18:06
    QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsi sahəsində vahid rəqəmsal ekosistem formalaşacaq
  • 4-08-2026, 15:56
    Dövlət Proqramının qaliblərinə xaricdə təhsil prosesi ilə bağlı məlumat verilib
  • 4-08-2026, 15:53
    Baş prokuror paytaxtın Nəsimi rayonunda vətəndaşlarla görüşüb
  • 4-08-2026, 15:50
    İsmayıllıda 10 tondan çox çətənə kolu məhv edilib
  • 4-08-2026, 15:40
    AHİK: Süni intellektin tətbiqi əsassız ixtisarlara səbəb olmamalıdır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə