Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi invaziv kardioloq İlqar Tahiroğlu Ümumdünya Gömrük Təşkilatı (World Customs Organization) tərəfindən 2026-cı il Beynəlxalq Gömrük Günü münasibətilə “Certificate of Merit” (“Fəxri Xidmət Sertifikatı”) ilə təltif olunub.
İlqar Tahiroğlu bu yüksək mükafatın onun üçün yalnız şəxsi nailiyyət deyil, eyni zamanda, təmsil etdiyi qurumun, çalışdığı kollektivin və gündəlik peşəkar fəaliyyətinin qiymətləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi başda olmaqla, bütün kollektiv İlqar Tahiroğlunu bu mükafat münasibətlə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, peşəkar fəaliyyətində yeni uğurlar və nailiyyətlər arzulayır.