• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Siyasət

Сегодня, 17:18

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
ŞƏRH
Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH
15.11.2026.
Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH
Bakı, 15 noyabr.

Prezident İlham Əliyevin İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirak etmək məqsədilə Dublinə səfəri, baş tutan ikitərəfli görüşlər ölkəmizin beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artdığını bir daha nümayiş etdirdi. 50-yə yaxın dövlət və hökumət başçısının qatıldığı və əsas mövzusu “Avropa - güclü, təhlükəsiz və əlaqəli” olan toplantının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları, əlçatan enerji, təhlükəsizlik və müdafiə dayanırdı.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.

Onun sözlərinə görə, qeyd olunan istiqamətlərin müzakirə mövzuları olaraq müəyyənləşdirilməsi müasir çağırışlar fonunda diqqət çəkir.

“Eyni zamanda, bu mövzuların Azərbaycanın prioritetləri (enerji daşıyıcılarının, o cümlədən təbii qaz, bərpa olunan enerjinin istehsalı və nəqli, Orta Dəhliz və regional sülh və s.) ilə də müəyyən mənada uzlaşdığını deyə bilərik. Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev açılış plenar sessiyasında və “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirak etdi. Dövlət başçımız dəyirmi masada çıxışında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə ölkəmizin mühüm töhfə verməsinə, bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna diqqət çəkərək, o vaxtdan bəri ölkəmizin Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırdığını, bunun Azərbaycanın ixracının demək olar ki, yarısını təşkil etdiyini ölkəmizin qaz təchizatını artırmağı planlaşdırdığını, bu xüsusda yeni yataqların kəşf edildiyini bildirirərək, eyni zamanda, gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını vurğulayıb. Prezident İlham Əliyev Yunanıstana və İtaliyaya istiqamətlənən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırdığımızı diqqətə çatdıraraq, hazırda yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəmərinin tamamilə dolu olduğunu və onun genişləndirməsinin vacibliyini qeyd edib”, - deyə Zaur Şükürov qeyd edib.

Deputat vurğulayıb ki, sammit çərçivəsində Prezident İlham Əliyevin gün ərzində ümumilikdə on ikitərəfli - doqquz dövlət və hökumət başçısı və Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşlərinin keçirilməsi və bu görüşlərin məhz qarşı tərəflərin müraciəti əsasında baş tutması, heç şübhəsiz ölkəmizin artan roluna verilən önəmin göstəricisidir: “Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə humanitar yardım, elektrik avadanlığının təchizatında ölkəmizin mühüm rolu, Moldova Prezidenti Maya Sandu ilə enerji təhlükəsizliyi, ticarət və kənd təsərrüfatı, Bolqarıstanın Baş naziri Rumen Radevlə qaz ixracı və elektrik enerjisi dəhlizi məsələləri, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə Cənub Qaz Dəhlizi və TAP infrastrukturunun genişləndirilməsi, Çexiyanın Baş naziri Andrey Babişlə ticarət və investisiya əlaqələri, o cümlədən Azərbaycandan Çexiyaya neft təchizatı, Rumıniya Prezidenti Nikuşor Danla strateji tərəfdaşlığın dərinləşdirilməsi, Xəzər–Qara dəniz enerji və nəqliyyat layihələri, müdafiə sənayesi, Litva Prezidenti Gitanas Nauseda ilə siyasi əlaqələr, iqtisadiyyat, enerji və Aİ–Azərbaycan münasibətləri, Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh gündəliyi, həmçinin nəqliyyat və tranzit əlaqələri, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası, gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi və transsərhəd çaylar üzrə işçi qrupların yaradılması, Aİ Şurasının Prezidenti Antonio Koşta ilə uzunmüddətli qaz müqavilələri, maliyyələşmə, bərpa olunan enerji, Orta Dəhliz və Naxçıvan dəmir yolu və Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə Azərbaycan-Britaniya münasibətlərinin inkişaf tarixi, mövcud durumu və perspektivləri müzakirə edildi, Prezident İlham Əliyev və Baş nazir Endi Börnhemlə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul etdi”.

Dublin Sammitinə qədər Prezident İlham Əliyevin ASB-nin səkkiz sammitindən beşində iştirak etdiyini deyən Zaur Şükürov 2028-ci ilin may ayında ASB Sammitinin Azərbaycanda keçirilməsi nəzərdə tutulduğunu sözlərinə əlavə edib.

“Dublin Sammiti çərçivəsində xüsusilə diqqət çəkən hadisə Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu. Bu sənəd tərəflər arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır. Üç bölmədən ibarət olan Bəyannamənin Preambulasında tərəflərin 1994 və 1998-ci illərdə qəbul etdiyi birgə bəyannamələrə istinad olunmaqla, BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına, sərhədlərin toxunulmazlığına, suverenliyə və ərazi bütövlüyünə sadiqlik təsdiqlənir. Sənəddə həmçinin, 2025-ci il 8 avqust Vaşinqton Sülh Zirvəsində imzalanmış Bəyannamənin əhəmiyyəti vurğulanır, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması alqışlanır.

“Müdafiə və Təhlükəsizlik” bölməsində regional sülh və sabitliyə dəstək üçün uzunmüddətli əməkdaşlıq, yüksəksəviyyəli təmasların davamlılığı, təlim və potensialın artırılması, müdafiə sənayesində əməkdaşlıq imkanlarının araşdırılması, hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi və məhkəmə-hüquq sahəsində tərəfdaşlıq nəzərdə tutulur.

“Ticarət, İnvestisiya və Artım” bölməsi ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, bərpaolunan enerji, infrastruktur və xidmətlər üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, Orta Dəhlizin inkişafına dəstəyi əhatə edir. Buraya təmiz enerji keçidi, yaşıl maliyyələşdirmə, aşağıkarbonlu texnologiyalar, maliyyə və kapital bazarlarında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı da daxildir. Bu sahədə əsas platforma kimi Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya qeyd olunur.

“Təhsil və İnnovasiya” bölməsi ali və peşə təhsilini, rəqəmsal və texniki bacarıqları, dövlət sektoru üçün təlimləri, süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri sahələrində universitet, tədqiqat institutu və sənaye tərəfdaşlığını, insanlararası mübadilələri əhatə edir.

Vurğulanmalı olan vacib məqamlardan biri, BMT Nizamnaməsinə, sərhədlərin toxunulmazlığı prinsipinə, suverenliyə və ərazi bütövlüyünə, o cümlədən 2025-ci il 8 avqust Vaşinqton Sülh Sammitinin Bəyannaməsinə, Azərbaycanla Ermənistan arasında sülh prosesinə BMT Təhlükəsizlik Şurasının daimi üzvünün siyasi dəstək nümayiş etdirməsidir və bu mövqenin sənəddə təsbit edilməsi ölkəmiz üçün mühüm diplomatik nəticədir. Bəyannaməyə əsasən, tərəflər hər il Strateji Tərəfdaşlıq görüşü keçirərək üç istiqamət üzrə irəliləyişi nəzərdən keçirəcək və prioritetləri müəyyən edəcək”, - deyə deputat vurğulayıb.

Zaur Şükürovun sonda qeyd edib ki, Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi: “Ölkəmiz üçün səfərin mühüm nəticəsi kimi, Avropa İttifaqı ilə enerji dialoqunun yeni mərhələyə keçməsi, Böyük Britaniya ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə qalxması, Ermənistanla sülh gündəliyi çərçivəsində praktiki layihələrlə bağlı müzakirələr aparılması xüsusi olaraq qeyd edilməlidir”.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-07-2024, 10:23

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB

Siyasət

1-06-2026, 20:43

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib

Siyasət

9-07-2024, 23:07

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti və diplomatiyası

Cəmiyyət

12-11-2025, 11:42

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il keçir

Siyasət

5-06-2024, 10:37

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 17:18
    Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH
  • Сегодня, 17:14
    Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır
  • Вчера, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • Вчера, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • Вчера, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • Вчера, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • Вчера, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • Вчера, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • 13-11-2026, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • 13-11-2026, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • 13-11-2026, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • 13-11-2026, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 13-11-2026, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • 13-11-2026, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə