• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli iradənin tarix yazdığı gün

Siyasət

Сегодня, 11:29

Azərbaycan Dövlət İnformasiya Agentliyi
SİYASƏT
Milli iradənin tarix yazdığı gün
17.11.2026.
Milli iradənin tarix yazdığı gün
17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycan xalqının azadlıq iradəsinin təntənəsidir
Bakı, 17 noyabr.

Azərbaycan xalqının milli özünüdərkinin oyanmasında, azadlıq və müstəqillik ideyalarının geniş vüsət almasında mühüm mərhələ olan 17 Noyabr - Milli Dirçəliş Günü tariximizin ən əlamətdar günlərindən biridir. Bu gün xalqımızın milli birliyini, azad yaşamaq istəyini, öz taleyini müstəqil müəyyənləşdirmək əzmini və dövlətçilik iradəsini təcəssüm etdirir. 1988-ci ilin noyabrında Bakının əsas meydanında başlanan kütləvi etiraz aksiyaları təkcə ictimai-siyasi hadisə deyil, həm də Azərbaycan xalqının milli oyanışının, tarixi yaddaşının və istiqlal mübarizəsinin yeni mərhələsinin başlanğıcı idi.

Milli Dirçəliş Gününün tarixçəsini xatırladaraq, 1988-ci ilin noyabrında Bakıda başlanan xalq hərəkatının yaranma səbəblərinə, gedişinə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolda oynadığı mühüm rola nəzər salınır. Həmin tarixi hadisələrin mahiyyəti, milli azadlıq ideyalarının formalaşması və xalqımızın müstəqillik uğrunda mübarizəsinin əsas mərhələləri Milli Dirçəliş Gününün tarixi əhəmiyyətini bir daha aydın şəkildə nümayiş etdirir.

Milli oyanışdan doğan azadlıq hərəkatı

1980-ci illərin sonlarında keçmiş Sovet İttifaqında dərin siyasi və ictimai proseslər gedirdi. İttifaq dövlətinin ayrı-ayrı respublikalarında milli hüquqlar, öz müqəddəratını təyin etmək və siyasi müstəqillik məsələləri getdikcə daha kəskin şəkildə gündəmə gəlirdi. Azərbaycanda da milli maraqların müdafiəsi, sərhədlərimizin qorunması və xalqın hüquqlarına hörmət edilməsi tələbləri cəmiyyətin əsas çağırışlarına çevrilmişdi.

1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində ağacların kəsilməsi və ərazidə tikinti işlərinin aparılması ilə bağlı yayılan məlumatlar Azərbaycanda böyük narazılıq doğurdu. Qarabağda baş verən hadisələrə, milli maraqlara etinasız münasibətə və yaranmış gərginliyə etiraz edən yüz minlərlə insan Bakının əsas meydanına toplaşdı. Noyabrın 17-də başlayan mitinqlər qısa müddətdə geniş xalq hərəkatına çevrildi. Meydanı dolduran insanların tələbləri yalnız konkret hadisəyə etirazla məhdudlaşmırdı. Burada Azərbaycanın ərazi bütövlüyünün qorunması, milli hüquqların müdafiəsi, xalqın iradəsinə hörmət edilməsi və ölkənin gələcəyinə dair qərarların xalqın maraqları əsasında qəbul olunması kimi məsələlər əsas tələblər sırasında yer alırdı. Meydanda müxtəlif sosial təbəqələrin nümayəndələri bir araya gəlir, öz mövqelərini bildirir, milli həmrəylik və azadlıq ideyalarını ifadə edirdilər.

Noyabrın 17-dən dekabrın 4-dək davam edən kütləvi mitinqlər Azərbaycanın ictimai-siyasi həyatında dönüş nöqtəsinə çevrildi. Mənbələrdə 18 gün fasiləsiz davam edən “meydan hərəkatı” kimi xatırlanan bu hadisələr xalqın milli iradəsinin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyırdı. İnsanlar milli hüquqların qorunmasını, ədalətin təmin olunmasını və respublikanın taleyinə dair məsələlərdə xalqın söz sahibi olmasını tələb edirdilər.

Bakının mərkəzində başlanan etiraz aksiyaları tədricən daha geniş coğrafiyaya yayıldı. Milli azadlıq ideyaları cəmiyyətin müxtəlif təbəqələrini birləşdirən əsas qüvvəyə çevrildi. Xalqın yaddaşında dərin iz qoyan “meydan hərəkatı” azadlıq və müstəqillik uğrunda mübarizənin mühüm mərhələsi kimi tarixə düşdü.

Təzyiqlərə baxmayaraq, sarsılmayan xalq iradəsi

Baş verən hadisələr keçmiş Sovet İttifaqının rəhbərliyində ciddi narahatlıq yaratmışdı. Kütləvi etirazların genişlənməsi və milli azadlıq çağırışlarının güclənməsi qarşısında sovet hakimiyyəti güc tətbiq etmək yolunu seçdi. Dekabrın 3-dən 4-nə keçən gecə meydana qoşun yeridildi, mitinq dağıdıldı və Bakıda fövqəladə vəziyyət elan edildi. Lakin inzibati tədbirlər və güc tətbiqi xalqın azadlıq istəyini aradan qaldıra bilmədi. Bu hərəkat Azərbaycan cəmiyyətində milli özünüdərkin güclənməsinə, dövlətçilik düşüncəsinin möhkəmlənməsinə və müstəqillik ideyasının daha geniş yayılmasına ciddi təsir göstərdi.

Hərəkatın rəmzlərindən biri də Azərbaycanın üçrəngli bayrağı idi. Sovet hakimiyyəti dövründə uzun illər milli dövlətçilik rəmzlərindən uzaqlaşdırılmış xalq öz tarixi kimliyini, dövlətçilik ənənələrini və istiqlaliyyət ideallarını yenidən açıq şəkildə ifadə etməyə başladı. Bakının əsas meydanının sonradan Azadlıq meydanı adlandırılması da həmin dövrün ictimai-siyasi mahiyyətini əks etdirən əlamətdar hadisələrdən biridir.

Milli Dirçəliş hərəkatı xalqın yalnız etiraz etmək iradəsini deyil, həm də öz gələcəyini müəyyənləşdirmək əzmini ortaya qoydu. O vaxt səsləndirilən çağırışlar zaman keçdikcə müstəqil dövlət qurmaq ideyası ilə daha sıx bağlandı. Beləliklə, 1988-ci ilin noyabrında başlayan proseslər Azərbaycanın dövlət müstəqilliyinə aparan tarixi yolun mühüm başlanğıcına çevrildi.

Üçrəngli Bayrağın yenidən qəbul olunması - milli dövlətçiliyə doğru tarixi addım

Milli dirçəliş prosesinin mühüm siyasi nəticələrindən biri Azərbaycanın dövlətçilik rəmzlərinin bərpası istiqamətində atılan addımlar oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyası bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin sessiyada muxtar respublikanın dövlət rəmzləri məsələsi müzakirə edildi. Müzakirələrin nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası ilə bağlı qərar qəbul olundu və onun dövlət bayrağı kimi qəbul edilməsi üçün Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. Bu, milli dövlətçilik ənənələrinin bərpası və müstəqillik ideyasının siyasi müstəvidə möhkəmlənməsi baxımından mühüm hadisə idi.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qəbul etdiyi üçrəngli bayraq xalqımızın azadlıq, milli kimlik və dövlət müstəqilliyi ideallarının rəmzi idi. Onun yenidən dövlətçilik gündəminə gətirilməsi Azərbaycan xalqının tarixi irsinə bağlılığını nümayiş etdirirdi. Həmin tarixi sessiyada çıxış edən Ulu Öndər Heydər Əliyev xalqın birliyinin, torpaqların qorunmasının və siyasi-iqtisadi müstəqillik uğrunda mübarizənin vacibliyini vurğulayaraq deyirdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”.

Bu mövqe milli dirçəliş ideyalarının dövlət müstəqilliyi məqsədilə birləşdiyini göstərirdi. Naxçıvanda atılan addım sonrakı siyasi proseslərə mühüm təsir göstərdi.

Milli dirçəlişdən dövlət müstəqilliyinə

1988-ci ildə başlayan milli azadlıq hərəkatı sonrakı illərdə daha da gücləndi. İctimai-siyasi fəallığın artması, milli şüurun möhkəmlənməsi və müstəqillik ideyasının xalq arasında geniş yayılması Azərbaycanın taleyində yeni mərhələnin başlanmasına şərait yaratdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız öz dövlət müstəqilliyini bərpa etdi. Bu tarixi qərar uzun illər davam edən azadlıq mübarizəsinin, milli həmrəyliyin və dövlətçilik arzularının hüquqi-siyasi ifadəsi idi.

Müstəqilliyin bərpası Azərbaycanın qarşısında yeni imkanlarla yanaşı, ciddi sınaqlar da yaratdı. Ölkə mürəkkəb siyasi proseslər, iqtisadi çətinliklər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və daxili sabitliyin pozulması kimi problemlərlə üzləşdi. Belə şəraitdə dövlət müstəqilliyinin qorunub saxlanılması, milli birliyin möhkəmləndirilməsi və güclü dövlət quruculuğunun təmin edilməsi əsas vəzifələrə çevrildi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkənin gələcək inkişafında mühüm mərhələ oldu. Dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu dövrdə dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi Azərbaycanın strateji məqsədlərindən birinə çevrildi.

Sonrakı illərdə ölkəmiz iqtisadi inkişaf, infrastruktur quruculuğu, beynəlxalq əlaqələrin genişləndirilməsi və müdafiə qabiliyyətinin artırılması istiqamətlərində mühüm nailiyyətlər əldə etdi. Müstəqilliyin qorunması və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi Azərbaycan xalqının tarixi iradəsinin əsl təzahürü oldu.

Ərazi bütövlüyünün və suverenliyin bərpası - müstəqillik tariximizin yeni mərhələsi

Azərbaycanın müasir tarixində ərazi bütövlüyünün və suverenliyin bərpası xüsusi yer tutur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində mühüm hərbi uğurlar qazandı. Vətən müharibəsi xalqımızın birliyini, Ordumuzun gücünü və müstəqil dövlətimizin müdafiə qüdrətini bir daha nümayiş etdirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin vahid məqsəd ətrafında birləşməsi 1988-ci ildə meydanlarda özünü göstərən milli həmrəylik ruhunun müasir dövrdə də davam etdiyini təsdiqlədi.

2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan ölkənin bütün ərazisi üzərində suverenliyini bərpa etdi. Bu hadisə dövlət müstəqilliyinin möhkəmləndirilməsi və konstitusiya quruluşunun təmin edilməsi baxımından mühüm mərhələ oldu. Beləliklə, müstəqilliyin bərpası ilə başlayan və uzun illər ərzində müxtəlif sınaqlardan keçən dövlətçilik tariximiz yeni məzmun qazandı. Ərazi bütövlüyünün və suverenliyin təmin olunması Azərbaycanın gələcək inkişafı, regionda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsi üçün yeni imkanlar yaratdı.

Qarabağda və Şərqi Zəngəzurda quruculuq, bərpa və qayıdış

İşğaldan azad edilmiş ərazilərdə bu gün genişmiqyaslı bərpa və yenidənqurma işləri görülür. Qarabağda və Şərqi Zəngəzurda yollar, tunellər, körpülər, enerji və kommunikasiya xətləri, yaşayış kompleksləri, sosial obyektlər və digər infrastruktur layihələri həyata keçirilir. Bu işlər keçmiş məcburi köçkünlərin tez bir zamanda doğma yurdlarına qayıdışını sürətləndirir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz evlərinə qayıtmaları təkcə sosial və humanitar əhəmiyyət daşımır. Bu proses Azərbaycanın suveren inkişafının, tarixi ədalətin bərpasına yönəlmiş səylərinin və dövlətin öz vətəndaşlarına qayğısının mühüm göstəricisidir. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, eyni zamanda, yeni iş yerlərinin yaradılmasına, bölgələrin ölkəmizin ümumi inkişaf prosesinə inteqrasiyasına xidmət edir. Müasir yaşayış məntəqələrinin salınması və infrastrukturun yenilənməsi azad edilmiş ərazilərin davamlı inkişafı üçün yeni imkanlar formalaşdırır.

Bu gün Azərbaycan müstəqil dövlət kimi beynəlxalq əlaqələrini də genişləndirir, iqtisadi potensialını artırır və regional əməkdaşlıq təşəbbüslərində fəal iştirak edir. Qarşıya qoyulan əsas məqsədlərdən biri qazanılmış nailiyyətləri qorumaq, dayanıqlı sülhü və ölkənin gələcək nəsillər üçün daha güclü dövlət kimi inkişafını təmin etməkdir.

Milli Dirçəliş Günü - tarixi yaddaş və gələcək məsuliyyət

17 Noyabrın əhəmiyyəti yalnız 1988-ci ilin hadisələrini xatırlamaqla məhdudlaşmır. Bu gün xalqımızın milli iradəsinin, azadlıq düşüncəsinin və dövlətçilik ənənələrinin davamlılığını ifadə edir. Milli Dirçəliş Günü Azərbaycan xalqına bir daha xatırladır ki, müstəqillik böyük tarixi mübarizənin nəticəsidir və onu qorumaq hər bir nəslin məsuliyyətidir.

Bu gün müstəqil Azərbaycan dövlətinin inkişafı, ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, azad edilmiş ərazilərdə aparılan quruculuq işləri həmin tarixi mübarizənin əhəmiyyətini daha aydın göstərir. Milli dirçəliş ideyası xalqın öz tarixinə, dilinə, mədəniyyətinə və dövlətçilik irsinə bağlılığının ifadəsi olmaqla yanaşı, gələcəyə inamın da əsas dayaqlarından biridir.

Milli Dirçəliş Günü xalqımızın birlik və həmrəylik tarixini yaşatmaq, müstəqilliyin dəyərini gələcək nəsillərə çatdırmaq və dövlətçilik ənənələrimizi daha da möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-07-2024, 10:23

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB

Cəmiyyət

12-11-2025, 11:42

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il keçir

Siyasət

9-07-2024, 23:07

Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti və diplomatiyası

Siyasət

20-09-2026, 08:26

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

Siyasət

18-10-2026, 10:57

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 15:41
    Polşa ilə hərbi tibb sahəsində əməkdaşlıq inkişaf etdirilir
  • Сегодня, 15:38
    Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisi ilə Dövlət Agentliyi arasında təcrübə mübadiləsi aparılıb
  • Сегодня, 15:34
    Zəfəran mövsümü: yığımın optimal vaxtı və keyfiyyətə təsir edən amillər
  • Сегодня, 15:32
    Neftçalada quldurluq edən iki nəfər saxlanılıb
  • Сегодня, 15:30
    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • Сегодня, 11:33
    ® Mərkəzi Gömrük Hospitalının şöbə rəisi İlqar Tahiroğlu Ümumdünya Gömrük Təşkilatının mükafatına layiq görülüb
  • Сегодня, 11:31
    Hərbi qulluqçulara ali hərbi rütbələr təqdim edilib
  • Сегодня, 11:29
    Milli iradənin tarix yazdığı gün
  • Вчера, 11:45
    Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:43
    16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür
  • Вчера, 11:40
    Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib
  • Вчера, 11:37
    İdarəçilik Akademiyası Qazaxıstanın dövlət qulluqçuları üçün növbəti təlim-təcrübə proqramına başlayır
  • 15-11-2026, 17:18
    Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH
  • 15-11-2026, 17:14
    Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır
  • 14-11-2026, 16:29
    Azərbaycan nefti 102 dollara satılır
  • 14-11-2026, 16:27
    Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb
  • 14-11-2026, 16:25
    Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib
  • 14-11-2026, 16:22
    COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub
  • 14-11-2026, 16:20
    Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir
  • 14-11-2026, 16:18
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
  • 13-11-2026, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • 13-11-2026, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • 13-11-2026, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • 13-11-2026, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • 13-11-2026, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • 13-11-2026, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə