• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Cəmiyyət

11-10-2024, 22:25

Bakı, 11 oktyabr.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük Vətən müharibəsinin gedişini xronoloji ardıcıllıqla təqdim edilir.

11 oktyabr - müharibənin 15-ci günü

• Ermənistan Gəncənin dinc sakinlərini növbəti dəfə hədəfə alıb. Gecə saatlarında şəhərə atılan raketlərdən bir neçəsi yaşayış binalarına düşüb. Ölənlər və yaralananların olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Bu barədə hadisə yerində olan müxbiri xəbər verib.

• Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələri gecə saat 2 radələrində Gəncə şəhərini raket atəşinə tutub. Xain hücum nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan çox çoxmənzilli yaşayış binasına və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

• Gəncədə düşmənin raket atəşi nəticəsində dağılan binada axtarış-xilasetmə işləri yekunlaşıb. Dağıntılar altından xəsarət almış 17 nəfər və 9 cəsəd çıxarılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

• Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində mülki əhaliyə qarşı törətdiyi qanlı terror aktı ilə bağlı dünya birliyinə müraciət edib.

• Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, sursatla dolu 5 yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

• Düşmənin gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometr uzaqdakı Mingəçevirə atdığı raketləri Ordumuzun Hava Hücumundan müdafiə qüvvələri zərərsizləşdiriblər.

• İtirdikləri mövqeləri geri qaytarmaq məqsədilə oktyabrın 10-dan 11-nə keçən gecə hücuma cəhd göstərən düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri məhv ediblər.

• Baş Prokurorluğun məlumatı: Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 11 oktyabr saat 13:00-a olan məlumata görə, 41 mülki şəxs həlak olub, 205 nəfər isə xəsarət alıb, 1165 ev, 57 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb.

Ezam olunmuş müxbirir xəbər verib ki, erməni faşistləri cəbhənin Füzuli-Cəbrayıl istiqamətində dinc əhalinin yaşadığı əraziyə “Toçka-U” raketi atıblar.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-10-2024, 22:06

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Siyasət

8-10-2024, 12:11

Vətən müharibəsinin xronikası: 8 oktyabr

Siyasət

28-09-2024, 12:49

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət

29-09-2024, 12:03

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Cəmiyyət

3-10-2024, 17:40

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 14:02
    Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım aksiyaları davam edir
  • Сегодня, 13:58
    Məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir nəfər həbs edilib
  • Сегодня, 12:10
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
  • Сегодня, 11:59
    Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
  • Вчера, 12:35
    Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir
  • Вчера, 11:01
    FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb
  • Вчера, 10:57
    Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 17-10-2026, 11:20
    Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir
  • 17-10-2026, 11:14
    Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
  • 17-10-2026, 11:11
    Bu gün Füzuli Şəhəri Günüdür
  • 16-10-2026, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • 16-10-2026, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • 16-10-2026, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 16-10-2026, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 16-10-2026, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 15-10-2026, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • 15-10-2026, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • 15-10-2026, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • 15-10-2026, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • 15-10-2026, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 14-10-2026, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • 14-10-2026, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • 14-10-2026, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • 14-10-2026, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • 14-10-2026, 18:57
    İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
  • 13-10-2026, 17:08
    Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • 13-10-2026, 17:05
    YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb
  • 13-10-2026, 12:01
    Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov
  • 13-10-2026, 11:56
    Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
  • 13-10-2026, 11:54
    Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək
  • 13-10-2026, 11:51
    Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar
  • 13-10-2026, 11:49
    Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
  • 13-10-2026, 11:47
    Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
  • 13-10-2026, 11:43
    Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə