• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Agentlik: Süd vəzi xərçənginin diaqnostikası icbari tibbi sığorta hesabına qarşılanır

Cəmiyyət

24-10-2024, 12:45

Bakı, 24 oktyabr.

Süd vəzi xərçəngi ilə mübarizənin əsas yolu erkən diaqnostikadır. Süd vəzi xərçənginin diaqnostikası icbari tibbi sığorta hesabına ödənişsiz şəkildə aparılır.

Bu barədə İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib.

Müxtəlif səbəbli müraciətlər əsasında icbari tibbi sığorta hesabına əhaliyə göstərilən süd vəzinin diaqnostik müayinəsi istiqamətində cari ilin yanvar-sentyabr aylarında 22 294 sayda xidmət göstərilib.

Xəstəliyin əsas simptomlarına süd vəzisində və ya qoltuqaltı nahiyədə bərk, nahamar törəmənin əmələ gəlməsi, gilədən ifrazat, gilənin içəriyə doğru batması, süd vəzisinin ölçülərində böyümə və ya kiçilmə, yerli hərarət və qızartı, şişkinlik, dərinin portağal qabığına bənzər görünüş alması və s. aiddir.

Süd vəzi xərçənginin inkişaf etməsinə təsir edə bilən bir çox risk faktorları var. Məsələn, irsi və yaş faktorları, hormonal dəyişikliklər, 12 yaşdan tez başlayan mensturasiya, gec yaşda menopauza (55 yaşdan sonra), qadının ilk uşağını dünyaya gətirdiyi yaş və hamiləlik sayı, ana südü ilə qidalandırmamaq, siqaret və tütün məhsullarından istifadə, spirtli içkilərin qəbulu, artıq çəki və piylənmə, fiziki aktivliyin aşağı olması və s.

İcbari tibbi sığorta hesabına qarşılanan müayinələrə süd vəzi xərçənginin diaqnostikasında “qızıl standart” sayılan mammoqrafiya müayinəsi, ultrasəs müayinə (USM), maqnit rezonans tomoqrafiya (MRT), məmənin duktoqrafik müayinəsi, biopsiya və digər laborator testlər aiddir.

Süd vəzisinin yoxlanışına hər bir qadın özünü müayinə ilə başlamalıdır. 20 yaşdan yuxarı qadınlara hər menstrual siklin 5-10-cu günləri aralığında, menopauza və ondan sonrakı dövrdə olan qadınlara isə hər ayın eyni günündə güzgü önündə vizual və əl ilə özünü müayinə etməsi tövsiyə olunur. Hər qadın süd vəzilərində baş verən dəyişikliklərə diqqət etməli və hər hansı dəyişiklik olduqda diaqnozun dəqiqləşdirilməsi üçün vaxtında həkimə müraciət etməlidir. Ümumiyyətlə, 20 yaşdan yuxarı qadınlara iki ildən bir ixtisaslı həkim tərəfindən müayinə olunmaq, 40 yaşdan yuxarı qadınlara isə ildə bir dəfə mammoqrafiya müayinəsindən keçmək məsləhət görülür. Mammoqrafiya müayinəsi zamanı alınan radiasiya (şüalanma) digər rentgenoloji müayinələr zamanı alınan radiasiyadan daha aşağı dozadadır. Şübhəli düyün aşkarlanarsa dəqiq diaqnoz biopsiya yolu ilə qoyulur. Biopsiya zamanı süd vəzisindəki törəmədən nümunə alınır və hazırlanmış preparat mikroskop altında incələnir. Bu yolla əldə edilən nəticə dəqiq diaqnozun qoyulmasında mühüm rol oynayır.

Vətəndaşlar “Xidmətlər Zərfi” ilə təminata alınmış sözügedən müayinələrdən tibbi göstərişə əsasən və ya ixtisaslı həkim təyinatı ilə yararlana bilərlər.

Qeyd edək ki, icbari tibbi sığorta ilə qarşılanan süd vəzi xərçənginin diaqnostikası TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında həyata keçirilir.

Xatırladaq ki, oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə ayıdır. Dünyada hər 8 qadından biri bu xəstəlikdən əziyyət çəkir. Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə məlumatlarına əsasən, Azərbaycanda süd vəzi xərçəngi qadınlar arasında yayılmasına görə xərçəng xəstəlikləri arasında birinci yerdədir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

5-07-2024, 11:33

Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

Cəmiyyət

15-08-2024, 19:22

Miomektomiya əməliyyatı icbari tibbi sığorta təminatına daxildir

Cəmiyyət

8-10-2024, 11:58

İcbari tibbi sığorta infeksion xəstəliklərin diaqnostikasını qarşılayır

Cəmiyyət

3-06-2024, 18:44

Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir

Cəmiyyət

30-04-2024, 16:30

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • Сегодня, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • Сегодня, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • Сегодня, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • Сегодня, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • Сегодня, 18:57
    İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
  • Вчера, 17:08
    Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • Вчера, 17:05
    YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb
  • Вчера, 12:01
    Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov
  • Вчера, 11:56
    Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
  • Вчера, 11:54
    Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək
  • Вчера, 11:51
    Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar
  • Вчера, 11:49
    Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
  • Вчера, 11:47
    Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
  • Вчера, 11:43
    Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
  • Вчера, 11:40
    Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:14
    Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • 12-10-2026, 11:12
    Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 12-10-2026, 11:10
    Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva
  • 12-10-2026, 11:07
    Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir
  • 12-10-2026, 10:59
    Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür
  • 12-10-2026, 10:54
    Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb
  • 12-10-2026, 10:47
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 12-10-2026, 10:31
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 16:19
    Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb
  • 10-10-2026, 16:14
    Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar
  • 10-10-2026, 16:10
    Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
  • 9-10-2026, 14:10
    Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb
  • 9-10-2026, 13:57
    Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər
  • 9-10-2026, 13:53
    Bakıda NATO-nun təlim kursu keçirilir
  • 9-10-2026, 12:48
    Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar
  • 9-10-2026, 12:44
    Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək
  • 9-10-2026, 12:41
    Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
  • 9-10-2026, 12:39
    Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi
  • 9-10-2026, 12:36
    Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə