• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aortanın protezləşdirilməsi nəticəsində 256 nəfər qəfil ölümdən xilas edilib

Cəmiyyət

10-02-2025, 10:54

Bakı, 10 fevral.

Aorta anevrizmalarının diaqnostikasında istifadə olunan USM, transezofageal exokardioqrafiya (TEE), rentgenoqrafiya, aortoqrafiya, kontrastlı maddə ilə KT və MRT, koronar angioqrafiya, aorta anevrizmalarının açıq və qapalı üsullarla cərrahi müalicəsi icbari tibbi sığorta təminatına daxildir. 2024-cü ildə icbari tibbi sığorta ilə aorta anevrizmalarının protezləşdirilməsi ilə bağlı 256 əməliyyat icra olunub. Onlardan 143-ü abdominal aortaya digər qreftin endovaskulyar implantasiyası (EVAR) və torakal aortaya qreftin endovaskulyar implantasiyası (TEVAR) adlanan qapalı üsullarla icra olunub. 113 əməliyyat isə aortal qapağın açıq və digər yolla toxuma qrefti ilə dəyişdirilməsi ilə bağlı olub.

Bu barədə İcbari Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aorta anevrizmalarının müalicəsində tətbiq edilən ən minimal invaziv və müasir metod aortaya qreftin endovaskulyar implantasiyasıdır (EVAR və TEVAR). Yerli və ya ümumi anesteziya altında qasıq nahiyəsində açılan 1-2 sm ölçüdə kiçik dəlikdən kateterlə damara daxil olub aortanın zədələnmiş hissəsinə sintetik qreft yeridilir. Əməliyyat zamanı qarın boşluğu və döş qəfəsi açılmadığından daha az travmatik olur. Açıq cərrahi əməliyyatla müqayisədə sağalma müddəti nisbətən qısa və ağrısız keçir.

Lakin anevrizmanın anatomik yerləşməsindən, pasiyentin yaşından və bir sıra digər amillərdən asılı olaraq açıq əməliyyat aparıla bilər. Zədələnmiş hissə çıxarılır və həmin hissə süni qreftlə əvəz olunur. Bəzən isə açıq və qapalı (endovaskulyar) üsul bir yerdə tətbiq edilir (hibrid əməliyyat). Müvafiq əməliyyat üsulunun seçilməsi ilə bağlı qərar müayinələrdən sonra həkim tərəfindən qəbul olunur.

Aorta anevrizmasının icbari tibbi sığorta ilə müayinə və müalicəsi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, göndəriş vərəqəsi əsasında isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Uzun müddət yüksək arterial təzyiq, qanda xolesterinin çox olması, ateroskleroz, sifilis, vərəm, şəkərli diabet, genetik meyillilik, irsi xəstəliklər (Marfan və Ehlers-Danlos sindromu və birləşdirici toxumanın digər irsi xəstəlikləri), tütün məmulatlarının və narkotik vasitələrin istifadəsi, yaşlanma, yol nəqliyyat hadisələri və hündürlükdən düşmə nəticəsində döş qəfəsinin travmaları aorta anevrizmasının inkişafına səbəb ola biləcək əsas risk faktorlarına aid edilir.

Aortanın genişlənməsi uzun müddət simptomsuz inkişaf edə bilər. Bununla belə həyat üçün təhlükəli vəziyyətin yaranmasına səbəb ola bilər. Aorta anevrizmasının ən təhlükəli ağırlaşması aortanın təbəqələrə ayrılması və cırılmasıdır. Həyati təhlükəli bu vəziyyət (aorta diseksiyası) təcili hospitalizasiya və cərrahi müdaxilə tələb edir. Vaxtında müayinə və müalicə olunmadıqda aortanın diseksiyası qəfil ölümə səbəb ola bilər.

Əməliyyatdan sonra bərpa prosesi aorta anevrizmasının növü, ölçüsü və lokalizasiyasına görə dəyişir. Açıq əməliyyatlardan sonra bərpa üçün ən azı 4-6 həftə vaxt tələb olunur. Xəstəxanada yatış müddəti pasiyentin vəziyyətindən, əməliyyatın mürəkkəbliyindən və ağırlaşmanın olub-olmamasından asılıdır. Adətən, əməliyyatdan sonra pasiyentlər 1 həftə xəstəxanada həkim nəzarətində qalmalı olurlar.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

29-12-2023, 19:06

Yeni Klinikada icbari tibbi sığorta çərçivəsində unikal, dəyəri yüksək cərrahi əməliyyat uğurla icra edilib VİDEO 29.12.2023 [17:37

Cəmiyyət

30-01-2025, 12:34

Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Cəmiyyət

15-08-2024, 19:22

Miomektomiya əməliyyatı icbari tibbi sığorta təminatına daxildir

Cəmiyyət

3-06-2024, 18:44

Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir

Cəmiyyət

21-02-2024, 10:56

Şirvan Ürək Mərkəzində ilk dəfə açıq ürək əməliyyatı icra olunub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 14:02
    Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım aksiyaları davam edir
  • Сегодня, 13:58
    Məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir nəfər həbs edilib
  • Сегодня, 12:10
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
  • Сегодня, 11:59
    Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
  • Вчера, 12:35
    Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir
  • Вчера, 11:01
    FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb
  • Вчера, 10:57
    Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 17-10-2026, 11:20
    Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir
  • 17-10-2026, 11:14
    Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
  • 17-10-2026, 11:11
    Bu gün Füzuli Şəhəri Günüdür
  • 16-10-2026, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • 16-10-2026, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • 16-10-2026, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 16-10-2026, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 16-10-2026, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 15-10-2026, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • 15-10-2026, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • 15-10-2026, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • 15-10-2026, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • 15-10-2026, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 14-10-2026, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • 14-10-2026, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • 14-10-2026, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • 14-10-2026, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • 14-10-2026, 18:57
    İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
  • 13-10-2026, 17:08
    Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • 13-10-2026, 17:05
    YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb
  • 13-10-2026, 12:01
    Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov
  • 13-10-2026, 11:56
    Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
  • 13-10-2026, 11:54
    Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək
  • 13-10-2026, 11:51
    Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar
  • 13-10-2026, 11:49
    Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb
  • 13-10-2026, 11:47
    Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
  • 13-10-2026, 11:43
    Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə