• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür

Cəmiyyət

13-02-2025, 13:58

Bakı, 13 fevral.

Bu gün ölkəmizin hərb quruculuğuna öz töhfəsini verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur. Prezident İlham Əliyevin 2012-ci il fevralın 13-də imzaladığı Fərmanla yaradılan Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, xidmətin daha bacarıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə uğurlar qazanıb.

Xidmətin qarşısında qoyulan əsas vəzifələrdən biri səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilidir. Bu baxımdan səfərbərliyin idarə olunması, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi üçün komandalara təyin edilmiş ehtiyatda olan resursların çağırılması, toplanılaraq hərbi hissələrin qəbul məntəqələrinə göndərilməsi məqsədi ilə mütəmadi olaraq məşğələlər keçirilib, həmçinin ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün ötən ilin hazırlıq planına əsasən Müdafiə Nazirliyi ilə birgə təlim toplanışları davam etdirilib.

Xidmətin fəaliyyətinin mühüm istiqamətlərindən biri olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə göndərilməsi işi Prezidentin Sərəncamına uyğun olaraq 2024-cü ildə də uğurla davam etdirilib. Müvafiq işlərin koordinasiya edilməsi məqsədilə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə yanvar, aprel, iyul, oktyabr çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasları keçirilib. Həmin iclaslarda Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə görülən işlər, həmçinin gündəliyə çıxarılan məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müddətli həqiqi hərbi xidmətə çağırışın əsas istiqamətlərindən biri də çağırışaqədərki yaş həddində olan gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğidir. Bu məqsədlə 2024-cü ildə Ağcabədi, Şamaxı, Sabunçu, Lənkəran, Göygöl, Daşkəsən, Neftçala, Gəncə və Biləsuvar rayonlarında yuxarı sinif şagirdlərinin iştirakı ilə gənclər üçün silsilə görüşlər keçirilib.

Prezidentin Fərmanına əsasən, 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilməsinə başlanılıb. Həmçinin ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə pilot layihənin həyata keçirilməsi nəticəsində 2024-cü ilin may ayından etibarən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır.

Ölkəmizdə müasir texnologiyanın rəqəmsallaşdırılması istiqamətində aparılan islahatlarda Xidmətin fəaliyyəti uğurla davam etdirilir. Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinələrdən keçirilməsi üçün verilən göndərişlərin elektronlaşdırılması, həmçinin tibbi müayinə aktlarının elektron şəkildə əldə edilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Səhiyyə Nazirliyi və TƏBİB-in müvafiq altsistemi arasında inteqrasiyalar təşkil olunub. Hazırda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hansı tibb müəssisəsində müayinə edilməsinə dair məlumatların SMS və ya “mygov” portalı vasitəsilə göndərilməsi həyata keçirilir.

Ötən il dövlət qurumlarının fəaliyyətində vətəndaş məmnuniyyəti və şəffaflığın artırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə iş planına uyğun tədbirlər həyata keçirilib. Belə ki, ötən il ərzində qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər haqqında xidməti yoxlamalar aparılaraq 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, 13 əməkdaş isə mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib. 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hər zaman şəhid ailələrinə, müharibə veteranlarına, onların müraciətlərinə həssaslıqla yanaşır və ənənə bu gün də davam edir. Ötən il ərzində 44 günlük Vətən müharibəsində iştirak etmiş bir neçə veteran həqiqi hərbi xidmətə və işə qəbul edilib.

Ölkədə ekologiyanın qorunması, ətraf mühitin sağlamlaşdırılması sahəsində aparılan işlərə töhfə vermək naminə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib. Aksiya “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlər planına uyğun olaraq həyata keçirilib. Bundan başqa ətraf mühitin və təbiətin mühafizəsi məqsədilə "Yaşıl ASAN" ekoloji proqramı ilə əməkdaşlığa başlanılıb və istifadə olunmuş kağız tullantıları toplanaraq təkrar emal üçün təhvil verilib.

Xidmətin hər bir əməkdaşının amalı Vətənə sədaqət, insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti bundan sonra da xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarına sadiq qalacaq, Prezident, Ali Baş Komandan İlham Əliyevin etimadını doğruldacaq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaqdır.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

13-02-2024, 10:07

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür

Hadisə

16-04-2024, 15:44

Həqiqi hərbi xidmətə aprel çağırışı davam edir

Cəmiyyət

8-05-2024, 13:20

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Cəmiyyət

30-04-2024, 16:30

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

Cəmiyyət

7-02-2025, 16:48

Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün müsabiqə elan edir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • 3-11-2026, 10:40
    Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı
  • 3-11-2026, 10:38
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 3-11-2026, 10:35
    Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
  • 2-11-2026, 22:06
    Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 2-11-2026, 22:03
    Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
  • 2-11-2026, 21:59
    Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 2-11-2026, 21:56
    “Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:54
    Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:49
    Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
  • 2-11-2026, 21:46
    DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 2-11-2026, 21:43
    Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
  • 1-11-2026, 14:33
    Media və Yayım Şurası bəyanat yayıb
  • 1-11-2026, 14:30
    Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək
  • 1-11-2026, 14:28
    Paytaxtın Nizami rayonunda yanğın olub
  • 1-11-2026, 14:23
    Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
  • 31-10-2026, 13:43
    Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır
  • 31-10-2026, 13:02
    Rezidentlik sertifikatı necə alınır?
  • 31-10-2026, 13:00
    31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür
  • 31-10-2026, 12:57
    Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub
  • 31-10-2026, 12:54
    Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib
  • 31-10-2026, 12:51
    Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb
  • 31-10-2026, 12:49
    Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  • 30-10-2026, 17:14
    Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
  • 30-10-2026, 17:11
    ® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur
  • 30-10-2026, 17:07
    Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
  • 30-10-2026, 14:12
    Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur
  • 30-10-2026, 14:08
    Pulsuz hüquqi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb
  • 30-10-2026, 14:03
    Baş prokuror Kamerunun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb
  • 30-10-2026, 11:57
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib
  • 30-10-2026, 11:55
    Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir
  • 30-10-2026, 11:52
    Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
  • 29-10-2026, 13:43
    DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
  • 29-10-2026, 13:39
    Komitə sədri: Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil
  • 29-10-2026, 12:20
    Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard dollar olub
  • 29-10-2026, 12:16
    ® Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində genişspektrli tibbi xidmətlər göstərilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə