• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Heyvan bazarlarında biotəhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı çatışmazlıqlar var

Cəmiyyət

18-10-2025, 15:11

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Heyvan bazarlarında biotəhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı çatışmazlıqlar var
18.10.2025.
Heyvan bazarlarında biotəhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı çatışmazlıqlar var
Bakı, 18 oktyabr.

Oktyabrın 25-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında mərhələli şəkildə müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Buna səbəb region ölkələrində heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılmasıdır. Respublikamızın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri hesab olunur. Heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, ölkə ərazisində xəstəliklərin başvermə riskinin artmasına səbəb ola bilər.

Oktyabrın 18-də bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Binəqədi heyvan bazarında monitorinq keçirilib.

İlk baxışdan bazarda vəziyyət heç də ürəkaçan deyildi. Bazardakı ciddi nöqsanlar, xüsusilə ərazidə toplanan müxtəlif çeşidli tullantılar, antisanitar vəziyyət mütəmadi olaraq təmizlik işlərinin aparılmamasının və satış üçün uyğun şəraitin yaradılmamasının ilkin göstəriciləri idi.

Məhdudlaşdırma tədbirləri mərhələli şəkildə keçirilir ki, sahibkarların işlərində maksimal dərəcədə az çətinlik yaransın

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında müvəqqəti məhdudiyyətlərin səbəbi və bazarda aparılan monitorinqin nəticələri barədə məlumat verib: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlara görə, bir sıra ölkələrdə, o cümlədən Cənubi Qafqaz regionunda heyvanlar arasında müxtəlif xəstəliklər yayılıb. Həm ölkə daxilində, həm də ölkələr arasında bu və ya digər heyvanların bir yerdən başqa yerə köçürülməsi zamanı mövsümi amillərin təsirindən müxtəlif xarakterli xəstəliklərin yayılmasına şərait yaranır. Ətraf qonşu ölkələrdə - Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanda ekstensiv heyvandarlıq idarəçiliyi, yəni yaylaqlara və qışlaqlara köçürülməklə olan tipik təsərrüfatçılıq sistemi tətbiq olunur. Yaylaq əraziləri əsasən sərhədyanı ərazilərdir. Heyvanların orada birbaşa təması olmasa da həm virus, həm də bakteriya tipli xəstəliklər qansoran hüceyrələr, nəqliyyat vasitələri vasitəsilə, hava-damcı yolu ilə keçə bilir. Sonra qışlaq ərazilərinə gəlinən dövrdə həmin heyvanların gətirdiyi xəstəliklər ölkəyə yayıla bilər. Həmin risklər nəzərə alınaraq, heyvanların hərəkətinə, ölkə daxilində daşınmasına nəzarət gücləndirilib. Heyvanların daha çox toplanaraq satıldığı yerlərdə xəstəlik yayılma riskləri yaranır. Buna görə də qərar qəbul olunub ki, vəziyyət stabilləşənə qədər heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılsın. Məhdudlaşdırma tədbirləri mərhələli şəkildə keçirilir ki, sahibkarların işlərində maksimal dərəcədə az çətinlik yaransın. Proses oktyabrın 25-dək davam edəcək, ondan sonra növbəti stabilləşmə olana qədər fəaliyyət tam dayandırılacaq. Bizim gəldiyimiz qənaət və qəbul olunan qərarlar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının yayımladığı məlumatlar əsasındadır. Mütəmadi, gündəlik məlumatlar alırıq. Təbii ki, bizim region ölkələrində stabilləşmə barədə məlumatlar daxil olduqdan sonra hər hansı bir məhdudiyyət olmayacaq”.

Binəqədi heyvan bazarında heç bir biotəhlükəsizlik tədbirlərinə əməl olunmur

Monitorinqin nəticələrindən danışan Q.Əbdüləliyev Binəqədi heyvan bazarında biotəhlükəsizlik tələblərinin gözlənilmədiyini bildirib: “Bazarın standartlara cavab verməsi sahibkarın öhdəliyinə düşür. Sahibkar yaratdığı obyektdə bioloji təhlükəsizlik tələblərinin təmin olunmasına cavabdehdir. Həmin tələblər tam təmin olunduqdan sonra bazar fəaliyyət göstərə bilər. Bazar elə yaradılmalıdır ki, ora daxil olan nəqliyyat vasitələri mütləq dezobaryerdən keçərək dezinfeksiya olunmalıdır. Heyvanların avtomobilə yüklənməsi və düşürülməsi şərait olan yerdə aparılmalıdır. Həm satılan, həm də alınan heyvanların qruplaşaraq daşınması üçün ayrıca yerlər ayrılmalıdır. Son dövrlərdə ölkəmizdə heyvanların identifikasiya sisteminin yaradılmasına başlanılıb ki, bu, heyvanın izlənilməsində çox mühüm bir alətdir. Bazara satışa daxil olan heyvanların hamısı identikləşdirildikdən sonra daşınmalıdır. Bazardan kənara daşınan heyvanlar da müvafiq müşayiətedici baytarlıq sənədləri ilə təmin olunmalıdır. Bu gün müşahidə etdik ki, Binəqədi heyvan bazarında heç bir biotəhlükəsizlik tədbirlərinə əməl olunmur. Bunun nümunəsində digər bazarlarda da çatışmazlıqlar var. Ümumiyyətlə, bazara heyvanlar müxtəlif təsərrüfatlardan gəlir. Burada arakəsmələr olmalıdır ki, bir təsərrüfatdan gələn heyvanın digəri ilə təması maksimal dərəcədə az olsun. Satış bitdikdən sonra heyvan toplaşdığı yerlər mütləq dezinfeksiya olunmalı, yuyulub təmizlənməli, tullantılar kənarlaşdırılmalı, ümumi dezinfeksiya işləri aparılmalıdır. Burada biotəhlükəsizlik tələbləri mütləq gözlənilməlidir. Eyni zamanda, bazarlarda heyvan rifahı tələbləri də yerinə yetirilməlidir - yəni, heyvan satışı dövründə su və lazım olduğu halda yemlə təmin edilməlidir. Ümumiyyətlə, bazarların hamısında adi rejimdə dezinfeksiya tələbləri qoyulub. Həmin tələbləri yerinə yetirənlər olsa da, neqativ hallara da rast gəlinir. Alıcıların vəzifəsi ondan ibarətdir ki, bazardan alıb apardığı heyvanın baytarlıq müşayiətedici sənədlərinin olub-olmamasını, heyvanın identikləşməsini araşdırsınlar. Heyvan mütləq identikləşmiş olmalıdır. Heyvan bazardan çıxıb təyinat nöqtəsinə daşınanda da bazardan ona ikinci bir müşayiətedici baytarlıq sənədi verilməlidir. Əks halda həmin şəxslər də inzibati məsuliyyət daşıyırlar”.

O, ət kəsim məntəqələrinin heyvanları haradan ala biləcəyinə dair sualını isə bu cür cavablandırıb: “Bazara gətirilən heyvanlar birbaşa heyvandarlıq təsərrüfatlarına satıla bilər. Burada hər hansı bir məhdudiyyət yoxdur. Sadəcə, bazarların fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətin məqsədi ondan ibarətdir ki, heyvanların bir yerə toplanmasının qarşısı alınsın. Bir yerə toplanıb, təmasda olub, sonra başqa yerə daşınmaq xəstəlik yayılma riski yaradır. Satıcılar öz heyvanlarını təsərrüfatlardan birbaşa sata bilərlər.

Ümumiyyətlə, fermer təsərrüfatları mümkün qədər qapalı şəraitdə fəaliyyət göstərirlər. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti strukturları tərəfindən fermer təsərrüfatlarındakı heyvanlar arasında peyvəndləmələr aparılır, baytarlıq xidmətləri göstərilir, onların müayinəsi həyata keçirilir. Bir sözlə, təsərrüfatın sağlamlıq vəziyyətinə nəzarət olunur, zərurət yarandıqda xidmət göstərilir”.

Heyvanlar arasında dabaq xəstəliyinin geniş yayılması ilə bağlı iddialar şayiədir

Qobustan rayonundan gələn satıcı Tarif Babaverdiyev heyvanlar arasında dabaq xəstəliyinin geniş yayılması ilə bağlı iddiaların əsassız olduğunu deyib: “Heyvanlar arasında dabaq xəstəliyi hər il olur. Amma geniş yayılması ilə bağlı məlumatlar şayiədir. Hazırda heyvanlarımızda belə bir xəstəlik yoxdur. Biz bura mal-qara satmağa gətiririk. Xəstəliklə bağlı bazarların fəaliyyətinə məhdudiyyətlər tətbiq olunacaq. Nə zaman məhdudiyyət aradan qalxsa, o zaman gətirib yenə satacağıq. Heyvanları öz həyətimdə saxlayıram, bazarların fəaliyyətə başlayacağı günü gözləyəcəyəm. Ümumiyyətlə biz heyvanları nəinki Bakıda, hətta rayonlarda bazara aparanda da onlar baytar müayinəsindən keçir. Heyvanları alanda da baytarlığın yoxlanışından keçənləri alırıq. Əgər heyvanda xəstəlik aşkarlanarsa, kimsə onu bazara çıxara bilmir. Heyvanları, onların ətini restoranlara və mağazalara verəndə belə onların sağlam olması barədə müvafiq sənədləri təqdim edirik”.

Qeyd edək ki, AQTA-nın regional bölmələri yerli icra hakimiyyətləri və polis orqanları ilə birlikdə müvəqqəti məhdudlaşdırma qərarının icrasını təmin edəcəklər.

Heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri görüləcək. Sağlamlaşdırma tədbirləri yekunlaşdıqdan sonra bazarların fəaliyyəti bərpa olunacaq.

Bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək. Həmçinin mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəmizə idxalı oktyabrın 25-dən məhdudlaşdırılır.

Ölkə üzrə heyvan kəsimi məntəqələri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcək. Qərara əsasən, kəsim məqsədilə ölkəyə idxal edilən heyvanlar 72 saat ərzində kəsilməlidir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-10-2025, 17:41

AQTA: Oktyabrın 25-dən etibarən heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq

Cəmiyyət

18-10-2025, 15:11

Heyvan bazarlarında biotəhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı çatışmazlıqlar var

Cəmiyyət

18-10-2025, 15:11

Heyvan bazarlarında biotəhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı çatışmazlıqlar var

Cəmiyyət

18-10-2025, 15:11

Heyvan bazarlarında biotəhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı çatışmazlıqlar var

Cəmiyyət

16-02-2024, 15:18

AQTİ-də ölkənin biotəhlükəsizlik statusunun daim nəzarətdə saxlanılması üçün sınaqlar həyata keçirilir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 14:53
    “Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
  • Сегодня, 14:46
    Tibb elmləri doktoru Rəşad Şolan TDTD-nin Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib
  • Сегодня, 14:43
    Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb
  • Сегодня, 10:49
    YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
  • Сегодня, 10:46
    Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
  • Сегодня, 10:44
    Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
  • Сегодня, 10:08
    Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək
  • Сегодня, 10:06
    Paytaxtın bəzi yollarında sıxlıq var
  • 3-11-2026, 10:40
    Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı
  • 3-11-2026, 10:38
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 3-11-2026, 10:35
    Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
  • 2-11-2026, 22:06
    Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 2-11-2026, 22:03
    Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
  • 2-11-2026, 21:59
    Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 2-11-2026, 21:56
    “Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:54
    Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:49
    Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
  • 2-11-2026, 21:46
    DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 2-11-2026, 21:43
    Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
  • 1-11-2026, 14:33
    Media və Yayım Şurası bəyanat yayıb
  • 1-11-2026, 14:30
    Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək
  • 1-11-2026, 14:28
    Paytaxtın Nizami rayonunda yanğın olub
  • 1-11-2026, 14:23
    Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
  • 31-10-2026, 13:43
    Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır
  • 31-10-2026, 13:02
    Rezidentlik sertifikatı necə alınır?
  • 31-10-2026, 13:00
    31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür
  • 31-10-2026, 12:57
    Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub
  • 31-10-2026, 12:54
    Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib
  • 31-10-2026, 12:51
    Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb
  • 31-10-2026, 12:49
    Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  • 30-10-2026, 17:14
    Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
  • 30-10-2026, 17:11
    ® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur
  • 30-10-2026, 17:07
    Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
  • 30-10-2026, 14:12
    Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur
  • 30-10-2026, 14:08
    Pulsuz hüquqi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə