• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

QHT-lərə dövlət dəstəyi yeni mexanizm əsasında aparılacaq

Cəmiyyət

29-12-2025, 18:54

Bakı, 29 dekabr.

Bu gün Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva dəyişiklikləri izah edib: “Hazırda dövlət büdcəsindən QHT-lərə vəsaitlər 2015-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumlar”ın siyahısı üzrə 9 nazirlik (Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi), digər 4 qurum (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Turizm Agentliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya), o cümlədən bu siyahıda adı olmayan digər 3 qurum - Azərbaycan Respublikasının Gənclər Fondu, KOBİA və ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi tərəfindən açılır. İndiyədək bu 16 qurumun QHT-lərlə işinin vahid koordinasiyası aparılmırdı, QHT-lərə dövlət dəstəyinin vahid databankı, təhlili yox idi. Bu isə müəyyən qədər pərakəndəliyə, müxtəlif dövlət qurumları tərəfindən bəzən eyni layihələrə görə təkrar vəsaitin ayrılmasına, dublikat, plagiat layihələrin maliyyələşdirilməsinə səbəb olurdu. Etiraf olunmalıdır ki, ötən 10 illik dövr dövlət büdcəsindən QHT-lərə vəsaitlərin bölüşdürülməsi mexanizminin özünü tam doğrultmadığını nümayiş etdirdi. Bundan sonra QHT-lərə dövlət dəstəyinin yeni mexanizmi işə düşəcək. Belə ki, yuxarıda adları sadalanan dövlət qurumlarının hər biri qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini “bir pəncərə” prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirəcək”.

A.Əliyeva onu da bildirib ki, bu, dövlət büdcəsindən QHT-lərə ayrılan vəsaitlərin bir quruma ayrılması anlamına gəlmir: “Dövlət büdcəsindən QHT-lərə vəsaitlər yenə bu 16 dövlət qurumu tərəfindən veriləcək, lakin bütün bu qurumlar QHT-lərlə işi vahid qurumla - QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə sıx koordinasiya edəcək. Dövlət qurumlarının QHT-lər üçün müsabiqələri bundan sonra QHT Agentliyi ilə birlikdə elan etməsi, tərəflərin ekspertizanı kollegial aparması, nəticələri birlikdə ictimaiyyətə elan etməsi nəzərdə tutulur. Birlikdə keçirilmiş müsabiqənin qaliblərinə vəsaitlərin köçürülməsi, onlarla müqavilələrin bağlanması, bu layihələrin monitorinqi və hesabatlarının qəbulu ilə müvafiq dövlət qurumu yenə özü məşğul olacaq. Bütün təfərrüatlar 3 ay müddətdə işə düşəcək yeni qaydalarda əksini tapacaq. 6 ay ərzində isə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sistemi fəaliyyətə başlayacaq”.

O deyib ki, yeni mexanizm koordinasiyanın güclənməsinə, vahid databaza və uçotun yaranmasına, milli prioritetlərə uyğun səpkidə mövzuların dövlət qurumları arasında bölüşdürülməsinə, prosesin “bir pəncərə” əsasında təşkilinə və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, nəticəyönümlü olmasına xidmət edəcək. “Dövlətimizin başçısının bu yüksək etimadını doğrultmaq üçün Agentlik bundan sonra da əzmlə çalışacaq”, - deyə icraçı direktor vurğulayıb.

A.Əliyeva onu da bildirib ki, 2026-cı il QHT sahəsində qanunvericiliyin də təkmilləşdirilməsi ili olacaq. Dövlətimizin başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, 6 ay ərzində qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq. Bütün dəyişikliklər və yeniliklər QHT-lərlə iş sahəsində şəffaflığın, hesabatlılığın artırılmasına, kollegial qərarların qəbul olunmasına, sağlam mühitin gücləndirilməsinə yönəlib, QHT-lər bunun böyük faydalarını tezliklə hiss edəcək.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

17-02-2025, 15:06

QHT-lər illik maliyyə hesabatlarını aprelin 1-dək təqdim etməlidirlər – Birgə müraciət

Cəmiyyət

27-01-2025, 19:01

Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb - FƏRMAN

Siyasət

21-08-2024, 10:48

Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib

Siyasət

23-08-2024, 18:17

Azərbaycan-Özbəkistan sənədləri imzalanıb YENİLƏNİB -

Cəmiyyət

7-02-2025, 15:44

“Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılır – FƏRMAN

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 17:41
    QHT-lər üçün dövlət sifarişləri üzrə müsabiqə elan edilir
  • Сегодня, 17:37
    Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb
  • Сегодня, 17:34
    DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
  • Сегодня, 11:32
    Ali Məhkəmə: Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil
  • Сегодня, 11:30
    Bu gün Zəngilan Şəhəri Günüdür
  • Сегодня, 11:24
    Fərid Şəfiyev: Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır
  • Вчера, 14:02
    Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım aksiyaları davam edir
  • Вчера, 13:58
    Məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir nəfər həbs edilib
  • Вчера, 12:10
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman
  • Вчера, 11:59
    Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
  • 18-10-2026, 12:35
    Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir
  • 18-10-2026, 11:01
    FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb
  • 18-10-2026, 10:57
    Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 17-10-2026, 11:20
    Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir
  • 17-10-2026, 11:14
    Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
  • 17-10-2026, 11:11
    Bu gün Füzuli Şəhəri Günüdür
  • 16-10-2026, 14:19
    Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar
  • 16-10-2026, 14:13
    Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
  • 16-10-2026, 14:10
    Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 16-10-2026, 14:06
    Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 16-10-2026, 14:04
    Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
  • 15-10-2026, 12:12
    AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir
  • 15-10-2026, 12:10
    Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb
  • 15-10-2026, 12:07
    Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması
  • 15-10-2026, 12:04
    İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər
  • 15-10-2026, 12:00
    Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK
  • 14-10-2026, 19:08
    Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər
  • 14-10-2026, 19:06
    İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub
  • 14-10-2026, 19:03
    Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir
  • 14-10-2026, 19:02
    Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib
  • 14-10-2026, 18:59
    Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
  • 14-10-2026, 18:57
    İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
  • 13-10-2026, 17:08
    Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib
  • 13-10-2026, 17:05
    YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb
  • 13-10-2026, 12:01
    Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə