Türkiyənin altı vilayətdə eyni vaxtda "Qəfəs-43" əməliyyatı həyata keçirilib. Əməliyyat nəticəsində axtarışda olan 23 şübhəli yaxalanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazirin sözlərinə görə, saxlanılan şübhəlilər 12 ölkə tərəfindən İnterpol vasitəsilə qırmız və yaşıl bülletenlər, eləcə də “təcili saxlanılma” qeydi ilə axtarışda olub. Həmin şəxslər qətl, terror cinayətləri, dələduzluq, etibardan sui-istifadə kimi cinayətlərdə şübhəli bilinirlər.