İmişli Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildiriblər ki, tədbirlər zamanı pirotexniki vasitələrin satışını təşkil edən bir nəfər müəyyənləşdirilib. Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.