Dekabrın 16-sı saat 18 radələrində Cəlilabad rayon sakini Alxas Ağayev idarə etdiyi "VAZ-21214" markalı avtomobillə rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.