• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlin yekununa bir aya yaxın vaxt qalıb. 2023-cü ildə bir neçə məhsulun qiymətlərində artma və ya azalma müşahidə edilib. Ümumiyyətlə, 2023-cü ildə yüksək inflyasiya təzyiqləri olub və bu il yüksək inflyasiya göstəriciləri ilə yadda qalıb. Artıq 2023

İqtisadiyyat

1-12-2023, 17:59


İlin yekununa bir aya yaxın vaxt qalıb. 2023-cü ildə bir neçə məhsulun qiymətlərində artma və ya azalma müşahidə edilib. Ümumiyyətlə, 2023-cü ildə yüksək inflyasiya təzyiqləri olub və bu il yüksək inflyasiya göstəriciləri ilə yadda qalıb.
Artıq 2023-cü illə vidalaşmağımıza sayılı günlər qalıb. 2024-cü ilin iqtisadi proqnozları hər kəs tərəfindən səbirsizliklə gözlənilir. Xüsusən də məhsulların qiyməti ilə bağlı məqam daha çox diqqətdədir.
Bəs görəsən, 2024-cü ildə iqtisadiyyatımızı nə gözləyir? Ötən illərlə müqayisədə iqtisadiyyatın vəziyyəti necə olacaq?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, 2024-ci ildə inflyasiya təzyiqləri əvvəlki illərlə müqayisədə zəifləyəcək:
“2024-cü il üçün ümumi qənaət ondan ibarətdir ki, inflyasiya təzyiqləri 2023-cü illə müqayisədə zəifləyəcək. Azərbaycan hökumətinin və beynəlxalq qurumların Azərbaycan üçün gözlənilən qiymətlərin dəyişməsi indeksi və yaxud inflyasiya səviyyəsi təxminən 7-9 faiz arasında dəyişir. Bu da o deməkdir ki, cari illə müqayisədə səviyyə aşağı düşəcək”.
Ekspert qeyd edib ki, son bir neçə ay ərzində ərzaqların ucuzlaşması müşahidə olunub:
“Biz əgər Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarına baxsaq, görərik ki, son, xüsusilə də bir neçə ay ərzində ərzaq qiymətləri azalmaqda davam edir. Hətta oktyabr ayında da bu özünü göstərdi.
Düzdür, bəzi məhsulların, məsələn, şəkər tozunun qiymətində müəyyən mənada artım oldu. Lakin bitki yağı, kərə yağı, taxıl məhsullarının və un məmulatlarının qiymətində azalmalar oldu. Və hələ də davam edir”.
R.Həsənov qeyd edib ki, 2024-cü ildə Azərbaycanda ərzaq məhsullarının qiymətində qismən az artım olacaq:
“Bir sıra məhsulların qiymətində dəyişikliklər daha çox enerji qiymətləri ilə əlaqəli olduğu üçün 2024-cü ildə enerji qiymətlərinin səviyyəsinin təxminən cari səviyyə ilə bənzər formada proqnozlaşdırılmasını nəzərə alsaq, aydın olar.
Beynəlxalq Enerji Agentliyi və ABŞ Enerji Administrasiyasının proqnozlarını nəzərə almış olsaq, digər qeyri-neft məhsullarının, daha doğrusu digər qeyri-ərzaq məhsullarının böyük həcmli bahalaşmasının qarşısını ala bilər.
Və yaxud qiymətlərin sabit qalmasının qarşısını ala bilər. Əsas burada təzyiqlər daha çox əməyin, əmək xərclərinin maliyyələşdirilməsi istiqamətində ortaya çıxacaq. Çünki 2023-cü il yüksək inflyasiya göstəriciləri 2024-cü ildə müvafiq istiqamət üzrə korreksiyanın edilməsinə və əməkhaqlarının artırılmasına səbəb olacaq.
Bu da təxminən məhsulların maya dəyərinin əvvəlki illə müqayisədə üç faizə qədər artmasına gətirib çıxaracaq. Bu istiqamətdə qiymət artımları təzyiqi yarana bilər. Amma təbii ki, burada əhalinin alıcılıq gücü və s. faktorlarda dominantlığını qoruyub saxlayacaq”.
“Başqa bir məqam isə məhz qlobal iqtisadiyyatla bağlı potensial risklər məsələsidir. Çin və Avropa iqtisadiyyatı ilə əlaqədar tərəddüdlər enerji qiymətlərinin ucuzlaşmasına gətirib çıxara bilər. Bu da nəqliyyat xərclərinin aşağı düşməsi və məhsulların qiymətlərinin daha aşağı düşməsi istiqamətində təzyiq yarada bilər.
Yaxın Şərqdə müşahidə edilən İsrail və Fələstin konfliktinin sonradan başqa ölkələrə sıçraması halı daha neqativ bir ssenarinin inkişafına gətirib çıxarmaqla, əsas neft məhsulları axını olan istiqamətlərin, yolların təhlükəyə girməsinə, neft bazarında təklifinin aşağı düşməsinə və qiymətlərin bahalaşması ilə bütövlükdə götürəndə gözlənilməz bir situasiyanın yaranmasına və bu günə qədər, xüsusilə son iki ildə inflyasiyanın qarşısının alınması ilə əlaqədar görülən tədbirlərin, fəaliyyətlərin nəticəsinin zəiflədilməsinə gətirib çıxara bilər. Yəni burada kifayət qədər fərqli faktorların müxtəlif istiqamətlərdə təzyiqləri proqnozlaşdırılır. Amma mən düşünürəm ki, məhz pozitiv istiqamətli meyillərin və ssenarilərin gerçəkləşməsi ehtimalı daha yüksəkdir”, - deyə Rəşad Həsənov fikrini tamamlayıb.

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

1-12-2023, 17:18

İlin yekununa bir aya yaxın vaxt qalıb. 2023-cü ildə bir neçə məhsulun qiymətlərində artma və ya azalma müşahidə edilib. Ümumiyyətlə, 2023-cü ildə yüksək inflyasiya təzyiqləri olub və bu il yüksək inflyasiya göstəriciləri ilə yadda qalıb. Artıq 2023

Gündəm / İqtisadiyyat

16-11-2023, 11:07

Pensiyalar nə qədər artacaq? - Rəqəmlər DƏQİQLƏŞİR

Siyasət

13-11-2023, 12:18

12 noyabr - Konstitusiya Günüdür

İqtisadiyyat

19-10-2023, 11:21

2027-ci ildə qeyri-neft sektorunun iqtisadiyyatda payı 79%-ə kimi artacaq

İqtisadiyyat

2-10-2023, 11:56

Azərbaycan nefti ucuzlaşıb

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 10:49
    YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
  • Сегодня, 10:46
    Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
  • Сегодня, 10:44
    Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
  • Сегодня, 10:08
    Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək
  • Сегодня, 10:06
    Paytaxtın bəzi yollarında sıxlıq var
  • 3-11-2026, 10:40
    Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı
  • 3-11-2026, 10:38
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 3-11-2026, 10:35
    Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
  • 2-11-2026, 22:06
    Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 2-11-2026, 22:03
    Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
  • 2-11-2026, 21:59
    Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 2-11-2026, 21:56
    “Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:54
    Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub
  • 2-11-2026, 21:49
    Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb
  • 2-11-2026, 21:46
    DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 2-11-2026, 21:43
    Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi
  • 1-11-2026, 14:33
    Media və Yayım Şurası bəyanat yayıb
  • 1-11-2026, 14:30
    Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək
  • 1-11-2026, 14:28
    Paytaxtın Nizami rayonunda yanğın olub
  • 1-11-2026, 14:23
    Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
  • 31-10-2026, 13:43
    Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır
  • 31-10-2026, 13:02
    Rezidentlik sertifikatı necə alınır?
  • 31-10-2026, 13:00
    31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür
  • 31-10-2026, 12:57
    Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub
  • 31-10-2026, 12:54
    Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib
  • 31-10-2026, 12:51
    Masazırda mənzildə köməksiz vəziyyətdə qalan vətəndaş xilasedicilər tərəfindən çıxarılıb
  • 31-10-2026, 12:49
    Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
  • 30-10-2026, 17:14
    Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlanıb
  • 30-10-2026, 17:11
    ® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur
  • 30-10-2026, 17:07
    Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
  • 30-10-2026, 14:12
    Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur
  • 30-10-2026, 14:08
    Pulsuz hüquqi yardımla bağlı yeni qanun layihəsi müzakirəyə çıxarılıb
  • 30-10-2026, 14:03
    Baş prokuror Kamerunun və Banqladeşin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri ilə görüşüb
  • 30-10-2026, 11:57
    Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa edilib
  • 30-10-2026, 11:55
    Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə