Bakı, 9 iyun.
İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun iyunun 10-da Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.