• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sizin vasitəçiliyinizə ehtiyac yoxdur, “mister və müsyölər!

Siyasət

14-12-2023, 10:59


Prezident İlham Əliyevin düşünülmüş strategiyası Azərbaycanın xarici siyasətinin uğurlarını həzm edə bilməyən anti-Azərbaycan qüvvələri pat vəziyyətinə salıb. Dünənə qədər ölkəmizin əleyhinə məkrli qətnamə, bəyanat və qərəzli qərarlar qəbul edənlər indi Azərbaycanın humanizm prinsiplərini alqışlayırlar. Bu, bir daha təsdiqləyir ki, ölkəmizə qarşı qərəzli olanlar gec də olsa, səhv yolda olduqlarını dərk edirlər. Müstəqillik yolunda 32 ildir ki, inamla irəliləyən Azərbaycana qarşı belə təhdid və təzyiqlərin arxasında ölkəmizin davamlı müstəqil siyasəti dayanır. Görünür, bəzi güclü dövlətlər, o cümlədən özlərini insan hüquq və azadlıqlarının carçısı kimi təqdim edən bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın sürətli inkişafından və dünya birliyinə inteqrasiyasından təşvişə düşüblər. Elə olmasaydı, yalanla dolu bəyanatları verməkdə növbəyə dayanmazdılar. Bu gün isə yalan üzərində qurulmuş bəyanat sahibləri Azərbaycanın humanizm prinsipləri istiqamətində atdığı addımı alqışlayırlar. Məsələn, ABŞ, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycanın sülh müqaviləsinə yaxınlaşma addımını alqışlayıblar. Fransa isə hələ susur. “Mister və müsyölər”, yaxşı olar ki, gənc müstəqil dövlətlərin daxili işlərinə qarışmayasınız, ikili standartlardan əl çəkəsiniz. O zaman sülh müqaviləsi də imzalanar, qonşuluq münasibətləri də yaxşılaşar.
Bu fikirləri siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
O, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Millerin bəyanatından bəzi məqamları xatırladıb: “Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın iki azərbaycanlı hərbçinin və saxlanılanın otuz iki erməninin azad edilməsini alqışlayır. Bu, tərəflərin sülh müqaviləsi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm etimadın möhkəmləndirilməsidir. Amerikalı diplomat Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın baş naziri Paşinyanı Cənubi Qafqaz xalqları üçün daha dinc və firavan gələcəyə zəmin yaratmaq istiqamətində birgə səylərinə görə alqışlayır. Digər beynəlxalq təşkilatların nümayəndələri də bu fikirdədirlər. Halbuki, dünənə qədər Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etdiyinə görə qınayır, təhdid və təzyiqlərə əl atırdılar. İndi isə dərk edirlər ki, nəyi, necə, nə vaxt etmək lazım olduğunu Prezident İlham Əliyev hamıdan yaxşı bilirmiş. Qərəzli və böhtançılar onu da dərk etməyə başlayıblar ki, kənarda dayansalar, gənc müstəqil dövlətin daxili işlərinə müdaxilə etməsələr və ikili standartlardan əl çəksələr, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ümidverici addımlar atılar. Necə ki, bu günlərdə atıldı”.
Ə.Bədəlov Azərbaycanla Ermənistan arasında əldə edilən son razılaşmaları sülh müstəvisində irəliyə doğru atılmış addım kimi dəyərləndirib. O, ikitərəfli danışıqların kanalının açılmasının müsbət əlamət olduğunu deyib: “Yəni, Azərbaycan Prezident Administrasiyası ilə Ermənistanın Baş naziri Aparatı arasında birbaşa əlaqə yaradılıb. Təbii ki, bu, ümidverici bir haldır. Artıq bunun ilk uğurlu əlamətlərinin şahidi olduq. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda xoş niyyət göstəricisi olaraq, iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Dünən beynəlxalq ictimaiyyət də bu razılığın uğurlu sonluğunun şahidi oldu. Hər iki tərəfdən olan əsirlər azad edilərək valideynlərinə qovuşdular. Göründüyü kimi, əgər “mister və müsyölər” burunlarını müstəqil dövlətlərin daxili işlərinə soxmasalar, sülh müstəvisində irəliyə doğru inamlı addımlar atılar. İki ölkə arasında münaqişələrin nizamlanmasında vasitəçilərin olması yaxşı haldır. Ancaq həmin vasitəçilərin haqqı qoyub nahaqqı müdafiə etmələri, işğalçını öz adı ilə çağıra bilməmələri, terror aktlarına göz yummaları münaqişəni daha da alovlandırır. Necə ki, 28 ilə yaxın bir müddətdə ATƏT-in Minsk qrupu ədalətsizlik etdi və işğalçının tərəfində oldu. Ona görə də Ermənistan-Azərbaycan münaqişəsi 30 ilə yaxın davam etdi. İndi isə artıq vasitəçilərə ehtiyac yoxdur. Bundan sonra əsas qərarlar ikitərəfli qaydada əldə edilən razılaşma əsasında veriləcək”.
Siyasi şərhçi artıq Ermənistanın Azərbaycanın bütün sahələr üzrə ondan qat-qat güclü olduğunu dərk etdiyini bildirib. Belə olmasaydı, Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürməzdi. Ermənistanda hər kəsə bəllidir ki, Azərbaycan nəinki Cənubi Qafqazda, hətta dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Hazırda bir sıra mühüm əhəmiyyətli beynəlxalq miqyaslı iri infrastruktur layihələr Azərbaycanın razılığı olmadan həyata keçirilə bilməz. Elə buna görə də Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdü və hətta, bu işdə ölkəmizi dəstəkləyəcəyini bildirdi. Daha dəqiq desək, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyib. Həm Ermənistan, həm də Azərbaycan tərəfi ümid edir ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcəklər. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
“Buyurun, “mister və müsyölər”. Bütün bu xoşniyyətli hadisələr sizin vasitəçiliyiniz olmadan baş tutub. Ona görə də beynəlxalq hüququn normalarına hörmətlə yanaşaraq, müstəqil dövlətlərin daxili işlərinə müdaxilə etməyin. O zaman sərhədlərin delimitasiya və demarkasiyası da öz həllini tapacaq, sülh müqaviləsi də imzalanacaq”, – deyə Ə.Bədəlov bildirib.

Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 08:23

Azərbaycanın əleyhinə yönəlmiş hesabatlar, qətnamələr, qərarlar-siyasi riyakarlıq nümunəsi

Siyasət

28-11-2023, 15:15

SPECA-nın Zirvə görüşü Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın münasibətlərində yeni mərhələnin başlanğıcı oldu - ŞƏRH

Siyasət

18-11-2023, 13:22

ABŞ-ın 907-ci düzəlişlə bağlı laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır

Siyasət

7-11-2023, 14:26

Qətiyyətli Lider, güclü ordu və ümumxalq birliyi tarixi Zəfəri qaçılmaz etdi - ŞƏRH

Siyasət / Cəmiyyət

24-11-2023, 11:38

Azərbaycanın Ermənistan üzərindəki Qələbəsi ABŞ-ı niyə qıcıqlandırır? ŞƏRH

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 11:50
    Faktiki hava: Bəzi yerlərdə leysan yağır
  • Сегодня, 11:47
    Xüsusi icra məmuru fəaliyyəti üzrə müsabiqədə iştirak edən namizədlərlə müsabiqənin ikinci mərhələsi başlayır
  • Сегодня, 11:44
    Prezident: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur
  • Сегодня, 10:22
    Dünya birjalarında neft bahalaşıb
  • Сегодня, 10:14
    Təhsilverənlərin təkrar sertifikatlaşdırılmasının müsahibə mərhələsi sentyabrın 3-dən başlanır
  • Сегодня, 10:12
    Bakının bəzi yollarında sıxlıq yaranıb
  • Сегодня, 10:09
    Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - Analitik təhlil
  • 29-08-2026, 15:04
    Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb
  • 29-08-2026, 12:46
    Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
  • 29-08-2026, 12:41
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 28-08-2026, 16:31
    Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
  • 28-08-2026, 16:28
    Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb
  • 28-08-2026, 09:56
    Bu ilin ikinci Ay tutulması başlayıb
  • 28-08-2026, 09:54
    Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib
  • 28-08-2026, 09:52
    Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
  • 28-08-2026, 09:51
    34 il, 24 həyat, bir faciə - Ballıqaya
  • 27-08-2026, 16:33
    Bakı-Tbilisi aviareysi ilə gedən sərnişinin üzərində kokain aşkarlanıb
  • 27-08-2026, 16:30
    Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən mühüm açıqlama
  • 27-08-2026, 16:26
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 16:24
    “Eternity-2026” təliminin yekun planlaşdırma konfransı olub
  • 26-08-2026, 15:05
    Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur
  • 26-08-2026, 15:00
    “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
  • 26-08-2026, 14:57
    UNEC ilə Özbəkistan universitetləri arasında birgə elmi tədqiqatlar genişlənir
  • 26-08-2026, 14:49
    Ekspert: Laçın üzərində nəzarətin təmin olunması Qarabağda separatizmin kökünün kəsilməsində mühüm amillərdən olub
  • 26-08-2026, 11:25
    Bakıda yanğın baş verib, 1 nəfər ölüb
  • 25-08-2026, 15:42
    “Brent” neftinin qiyməti 90 dollardan aşağı enib
  • 25-08-2026, 15:39
    BDU-nun tələbəsi adını qazanan şəhid övladları
  • 25-08-2026, 15:34
    Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib
  • 25-08-2026, 15:29
    AQTA monitorinq keçirib, 158,4 kiloqram uyğunsuz dondurma məhsulu məhv edilib
  • 25-08-2026, 14:40
    Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək
  • 25-08-2026, 14:36
    Faiz müqabilində borc verənləri hansı təhlükə gözləyir? - Ali Məhkəmə xəbərdarlıq etdi
  • 24-08-2026, 11:10
    Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 24-08-2026, 11:06
    Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
  • 23-08-2026, 11:41
    Səbinə Əliyeva: Ombudsman və milli insan hüquqları təsisatları süni intellektin təhlükəsiz tətbiqinin təşviqində mühüm rol oynayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə