Tbilisi, 27 fevral.
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək.
Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra məlumat verib. O deyib ki, görüşdə Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq formatının nəticələri yüksək qiymətləndirilib.
Tərəflər həmçinin, yaxın günlərdə üçtərəfli formatda növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılıq əldə ediblər.