• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın ali təhsil ocaqlarında “Kiber klublar birliyinin” yaradılması planlaşdırılır

Cəmiyyət

17-01-2024, 10:57

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə “Kibertəhlükəsizlik təhsili və əməkdaşlıq” mövzusunda tədbir keçirilib.
Assosiasiyadan bildirilib ki, tədbirin əsas məqsədini ali təhsil müəssisələrində yaradılmış kiber klubların fəaliyyəti, o cümlədən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində həyata keçirilən təhsilə, habelə universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə dair ali təhsil müəssisələrinin, AKTA üzvü olan şirkət və təşkilatların, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa formatında müzakirələrin həyata keçirilməsi təşkil edib.
AKTA İdarə Heyətinin sədri tərəfindən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nda təsbit olunmuş aidiyyəti hədəf və məqsədlər, eləcə də müvafiq sahə üzrə təhsilə dair müəyyən olunmuş tədbirlər iştirakçıların diqqətə çatdırılıb. Təhsil müəssisələri ilə dövlət və özəl sektor arasında informasiya təhlükəsizliyi üzrə kadr hazırlığına dair əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub. Həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndəsi tərəfindən ali təhsil müəssisələrinin prioritetlərinin müəyyənləşdirilməsi zamanı Strategiyada müəyyən olunmuş hədəf, məqsəd və tədbirlərin nəzərə alınmasının zəruriliyi qeyd olunub.
Tədbirdə 16 ali təhsil müəssisəsi, - Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Universiteti, Qərbi Kaspi Universiteti, - təmsil olunub və nümayəndələr tərəfindən informasiya texnologiyaları, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə təhsil prosesində əldə olunmuş nailiyyətlər, eləcə də müvafiq sahədə təhsillin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə atılmalı addımlar, ehtiyaclar, həmçinin yaranmış kiberklubların fəaliyyəti ilə bağlı məsələlər səsləndirilib.
Müvafiq sahədə kadr çatışmazlığının mövcudluğu vurğulanıb və kadr potensialının artırılması istiqamətində görülməli tədbirlərlə bağlı müzakirələr aparılıb. Sahə üzrə kadr hazırlığı üçün müasir laboratoriyaların formalaşdırılmasında, eləcə də, mütəxəssislərin tədris prosesinə cəlb olunması və tələbələrin təcrübə keçmələrinə şərait yaradılmasının təmin edilməsində ali təhsil müəssisələrinə dəstək verilməsinin zəruriliyi qeyd olunub. Ali təhsil müəssisələrində fəaliyyət göstərən kiberklubların səmərəliliyinin artırılması məqsədilə “Kiber klublar birliyinin” yaradılmasının və tərəfdaş xarici ölkələrin analoji birlikləri ilə əməkdaşlığının təmin olunmasının əhəmiyyəti vurğulanıb.
Dəyirmi masa müzakirələrində iştirak edən AKTA üzvü olan şirkət və təşkilatların rəhbər və nümayəndələri tərəfindən ali təhsil müəssisələrinə yuxarıda qeyd edilən istiqamətlərdə dəstək verilməsi, həmçinin onlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra təkliflər səsləndirilib, birgə atıla biləcək addımlar müzakirə edilib.
Həmçinin Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə AKTA tərəfindən icra olunan “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi barədə iştirakçılara məlumat verilib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi məqsədilə təkliflər diqqətə çatdırılıb.
Müzakirə olunan məsələlərin aktuallığı və həllinin daha kompleks yanaşma tələb etməsi, habelə aidiyyəti tərəflərin iştirakı ilə mütəmadi və davamlı müzakirələrin təşkil olunmasının əhəmiyyəti nəzərə alınaraq, gələcəkdə bu cür görüşlərin sayının artırılması iştirakçılar tərəfindən məqsədəuyğun hesab olunub.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

8-12-2023, 19:28

Korrupsiyaya qarşı mübarizəyə dair seminar keçirilib

Hadisə

25-10-2023, 21:46

Bakıda şagirdlər dönərdən zəhərlənib? - RƏSMİ AÇIQLAMA

İqtisadiyyat

17-11-2023, 14:05

Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb

Siyasət

28-11-2023, 14:50

Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM

Siyasət

22-11-2023, 23:09

Bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin – direktorların və müəllimlərin qəbulu və yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyasını Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi həyata

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • Сегодня, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Сегодня, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • Вчера, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • Вчера, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • Вчера, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • Вчера, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • Вчера, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • Вчера, 09:56
    TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
  • Вчера, 09:53
    Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb
  • Вчера, 09:49
    Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib
  • Вчера, 09:08
    Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa
  • Вчера, 09:03
    Bu gün Şuşa Şəhəri Günüdür
  • 7-11-2026, 10:08
    Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib
  • 7-11-2026, 10:04
    ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar
  • 7-11-2026, 10:01
    Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • 6-11-2026, 12:04
    Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı
  • 6-11-2026, 12:00
    6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 6-11-2026, 11:56
    Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
  • 6-11-2026, 11:54
    Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
  • 5-11-2026, 14:53
    “Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
  • 5-11-2026, 14:46
    Tibb elmləri doktoru Rəşad Şolan TDTD-nin Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib
  • 5-11-2026, 14:43
    Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb
  • 5-11-2026, 10:49
    YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
  • 5-11-2026, 10:46
    Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
  • 5-11-2026, 10:44
    Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
  • 5-11-2026, 10:08
    Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək
  • 5-11-2026, 10:06
    Paytaxtın bəzi yollarında sıxlıq var
  • 3-11-2026, 10:40
    Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı
  • 3-11-2026, 10:38
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 3-11-2026, 10:35
    Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
  • 2-11-2026, 22:06
    Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 2-11-2026, 22:03
    Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
  • 2-11-2026, 21:59
    Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 2-11-2026, 21:56
    “Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə