Tərtər, 11 May.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Tərtərdə böyük izdihamla qeyd olunub.
Minlərlə tərtərli Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.