Bakı, 2 oktyabr.
Bakıda keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir.
Sərginin keçirildiyi üçüncü gündə pavilyon və stendlərdə ziyarətçi axını, müxtəlif təqdimatlar və nümayişlər diqqət çəkir. Bir tərəfdə ağır hərbi texnikalar, digər tərəfdə ən müasir müdafiə sistemləri təqdim olunur.
"ADEX-2026" ilə eyni məkanda təşkil edilən “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində isə diqqət daxili təhlükəsizlik və xilasetmə sahəsinə yönəlir. Burada mühafizənin təşkili, fövqəladə hallara çevik müdaxilə və insanların təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulan müasir avadanlıq və texnoloji həllər nümayiş olunur.