Bakı, 27 Sentyabr.
27 Sentyabr – Anım Günü. Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir, əbədi ehtiramla anırıq. Bizə Zəfəri yaşadanların ruhları qarşısında baş əyirik. Onların Vətən sevgisi və qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.