• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

Cəmiyyət

28-09-2026, 14:16

Bakı, 28 sentyabr.

Düzgün qidalanma ürək-damar xəstəliklərinin qarşısının alınmasında əsas rol oynayır. İnsan gündəlik qida rasionunu düzgün seçdikdə qanda yağ balansı tədricən yaxşılaşır, damarların daxili səthi daha az zədələnir və qan dövranı normallaşır. Bu isə uzun müddətdə damarların daralmasının qarşısını alır və ürəyin daha az yük altında işləməsini təmin edir. Eyni zamanda, düzgün qidalanma bədən çəkisini sabit saxlayaraq, artıq çəki nəticəsində ürəyə düşən əlavə gərginliyi azaldır və nəticədə həm təzyiqi, həm də ümumi dövran sistemini balanslaşdırır. Düzgün qidalanma yalnız profilaktika vasitəsi deyil, həm də mövcud risklərin zəiflədilməsi baxımından çox ciddi rol oynayır.

Bunu Səhiyyə Nazirliyinin C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Ruqiyyə Qasımova bildirib.

Onun sözlərinə görə, qidalanma ilə xəstəlik arasındakı birbaşa əlaqə elmi cəhətdən sübut edilib: “Süd məhsulları, zeytun yağı, tünd şokolad, tərəvəz, meyvə, qoz-fındıq, balıqdan ibarət balanslı pəhriz ürək-damar xəstəlikləri riskini azaldır. Emal olunmuş ət məhsulları və sənayedə istehsal olunan trans yağ turşuları isə bu riski artırır. Müxtəlif ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri çox vacibdir. Qida insanlar üçün əsas enerji mənbəyidir. Sağlam qida yalnız ürək-damar xəstəlikləri riskini azaltmır, həm də bu vəziyyətlərin müalicəsində əhəmiyyətli dəstəkləyici təsir göstərir”.

Mütəxəssis insanların ürək sağlamlığı ilə bağlı qidalanmada etdiyi səhvlərdən danışarkən bildirib ki, bu əsasən gündəlik vərdişlərdən qaynaqlanır və çox vaxt fərqinə varmadan davam etdirilir: “Məsələn, çoxları yeməyin dadlı olması üçün artıq duzdan istifadə edir və bunun damarlara necə təsir etdiyini nəzərə almır. Bəziləri isə hazır və tez hazırlanan qidaları rahatlıq baxımından üstün tutur, amma bu cür qidaların tərkibində olan gizli yağ və şəkər miqdarı ürək üçün ciddi risk yaradır. Digər bir səhv isə "yüngül" və ya "sağlam" adı ilə təqdim olunan məhsullara həddindən artıq güvənməkdir, çünki bu məhsulların bəzilərində yağ azaldılsa da, onun yerinə başqa zərərli maddələr əlavə olunur. Lif baxımından zəngin qidaların az istifadə olunması, gün ərzində tərəvəzlərin kifayət qədər qəbul edilməməsi də geniş yayılmış problemlərdəndir və bu da damarların təmiz qalmasına mane olur. İnsanların gündəlik qidalanmalarında ürəyə mənfi təsir göstərən bir neçə səhvi müəyyən etmək olar. Onlardan biri kifayət qədər bitki mənşəli qida qəbul etməməkdir. Tərəvəzlər, meyvələr və giləmeyvələr antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malik maddələr olan fitonutrientlərlə zəngindir. Onlar xolesterol metabolizmasına təsir göstərir ki, bu da qan təzyiqini sabitləşdirir və qan damarlarının divarlarını gücləndirir. Bundan əlavə, həftədə bir neçə dəfə qızardılmış qida qəbul etmək təhlükəli ola bilər. Qidaları yağda qızartmaq hüceyrə qocalmasının güclü stimullaşdırıcıları olan inkişaf etmiş qlikasiya son məhsullarının (AGE) əmələ gəlməsini təşviq edir. AGE damar toxumasını sərtləşdirə bilər və damar zədələnməsi riskini artırır. Həddindən artıq şəkər istehlakı piylənməni sürətləndirir ki, bu da birbaşa qan təzyiqinə təsir edir və nəticədə ürəyin yükü artır. Duzlu qidaların həddindən artıq istehlakı isə yüksək təzyiqə, ürək çatışmazlığına və insult riskinə səbəb olur”.

Ruqiyyə Qasımova deyib ki, ürəyin sağlamlığı üçün təmiz su içməyin vacibliyini vurğulamaq lazımdır. Suyun olmaması qanın qatılaşmasına səbəb ola bilər. Nəticədə ürək daha çox işləməli olur ki, bu da qan təzyiqini artırır. Belə hallarda insan infarkt və insultlara qarşı həssas olur.

Meyvə və tərəvəzlərin ürəyin sağlamlığına təsirinin çoxşaxəli olduğunu qeyd edən kardioloq diqqətə çatdırıb ki, bu qidalar damarların daxili səthini qoruyan və zədələnmənin qarşısını alan maddələrlə zəngindir. Eyni zamanda, qanda olan artıq maddələrin təmizlənməsinə kömək edir. Onların tərkibindəki lif maddəsi həzm sistemini yaxşılaşdırmaqla yanaşı, qanda olan artıq yağların səviyyəsini də tədricən aşağı salır və bu, damarların tıxanma riskini azaldır. Bundan başqa, bu qidalar bədəndə maye və mineral balansını qoruyaraq təzyiqin normada qalmasına dəstək olur və nəticədə ürək daha stabil şəkildə fəaliyyət göstərir. Müxtəlif rəngli meyvə və tərəvəzlərin birlikdə istifadə olunması isə bu qoruyucu təsiri daha da gücləndirir:”Taxıl və paxlalılarla yanaşı, meyvə-tərəvəzlər liflərin əsas mənbəyidir. Lif zərərli xolesterolu xaric etməyə və qan təzyiqini normallaşdırmağa kömək edir. Bu, xüsusilə hipertoniyası olanlara vacibdir. Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır. Bu qida maddələri qan damarlarının divarlarını və ürək əzələlərini gücləndirir. Vitaminlər də sağlam qidalanmanın vacib hissəsidir. Ürək üçün A, B və C vitaminləri ilə zəngin olan meyvələr faydalıdır. Tərəvəzlərin gündəlik istifadəsinin ürək-damar sisteminə müsbət təsiri, insult və infarkt riskini azaltdığını çoxsaylı tədqiqatlarda sübut edilib. Bu, bir çox tərəvəzlərdə beta-karotin və müxtəlif vitaminlərin yüksək miqdarda olması ilə əlaqədardır”.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-07-2024, 10:23

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB

Siyasət

1-06-2026, 20:43

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib

Siyasət

5-06-2024, 10:37

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB

Cəmiyyət

16-09-2026, 11:23

Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür

Siyasət

27-08-2025, 10:37

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • 8-11-2026, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • 8-11-2026, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • 8-11-2026, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • 8-11-2026, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə