• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Seyid Yəhya Bakuvi irsi fəlsəfə tariximizin qızıl səhifəsidir

Cəmiyyət

26-09-2026, 09:44

Bakı, 26 sentyabr.

XV əsr Azərbaycan sufi mütəfəkkiri Seyid Yəhya Bakuvinin həyatı və yaradıcılığı əsrlərdən bəri tədqiqatçıların diqqətini cəlb edir. Xəlvətilik təriqətinin görkəmli nümayəndəsi olan Seyid Yəhya Bakuvinin zəngin bədii-fəlsəfi irsi Azərbaycan və Türkiyədə bir sıra alim və tədqiqatçılar tərəfindən araşdırılıb.

Bu barədə açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva deyib.

Alim bildirib ki, Seyid Yəhya Bakuvi Şirvan və Bakı şəhərlərində IX-XII əsrlərdən etibarən formalaşaraq inkişaf edən zəngin ədəbi-fəlsəfi mühitin XV əsrdə xəlvətilik anlayışı ilə yeni mərhələyə yüksələn nümayəndələrindən biridir.

“Təxminən XIV əsrin sonlarında Şamaxıda dünyaya gəlmiş Seyid Yəhya Bakuvi 1420-ci ildən Bakıda yaşayıb və ömrünün böyük hissəsini burada keçirib. Bakı şəhərinin siyasi-iqtisadi, ədəbi və fəlsəfi mühiti hələ XI-XII əsrlərdə, Şirvanşahlar dövründə böyük şöhrət qazanmışdı. Şirvanşahların paytaxtı kimi inkişaf edən Bakı şəhərinin mövqeyi tarixi mənbələrdə və dövrün poeziyasında öz əksini tapmışdır. XV əsrdə də Bakı ədəbi mühiti öz milli-mənəvi, fəlsəfi dəyərlərini, əzəmətini qorumaqda idi”, – deyə Z.Allahverdiyeva vurğulayıb.

Müsahibimiz qeyd edib ki, XVII əsrdə yaşamış Mehmet Nəzmi Əfəndinin “Hədiyyətül-ixvan” əsərində Seyid Yəhya Bakuvinin Bakıda uzun müddət xəlvətilik ideyalarını təbliğ etdiyi, müridlər yetişdirdiyi və burada vəfat etdiyi haqqında məlumat verilir.

“Seyid Yəhya Bakuvinin Bakı ilə bağlı fəaliyyəti onun irşad ənənələrinin və elmi-fəlsəfi görüşlərinin şəhərin intellektual mühiti ilə sıx bağlı olduğunu göstərir. Bu baxımdan Bakı yalnız onun yaşadığı məkan deyil, həm də yaradıcılığının və mənəvi-fəlsəfi irsinin formalaşdığı mühüm mədəni mühit kimi qiymətləndirilə bilər”, – deyə alim əlavə edib. O vurğulayıb ki, Seyid Yəhya Bakuvinin “Şəfaül-əsrar” (“Sirlərin şəfası”), “Əsrarüt-talibin” (“Taliblərin sirləri”), “Mənazilül-aşiqin” (“Aşiqlərin məqamları”), “Kəşfül-qülub” (“Qəlblərin kəşfi”), “Rümuzül-işarət” (“İşarələrin rəmzləri”), “Məkarimül-əxlaq” (“Əxlaqın nəcibliyi”) və digər əsərləri Azərbaycan dini-fəlsəfi ədəbiyyatının qiymətli nümunələrindəndir.

“Seyid Yəhya Bakuvinin yaradıcılığında bədii nümunələr də mühüm yer tutur. Onun Həllac Mənsura həsr etdiyi “Qisseyi-Mənsur” əsəri Azərbaycan poeziyasının epik ənənələri baxımından xüsusi əhəmiyyət daşıyır. Əsərdə xalq dilinin xüsusiyyətləri, yüksək bədii ifadə vasitələri və rəmzlər diqqəti cəlb edir”, – deyə Z.Allahverdiyeva söyləyib. O, “Qisseyi-Mənsur” əsərində Həllac Mənsurun daşqalaq edilməsinin təsvir olunduğu hissənin də diqqətçəkən nümunələrdən olduğunu bildirib. Alimin sözlərinə görə, əsərdə işlədilən “yekrəng”, yəni “birrəng” ifadəsi insanın Allahla vəhdəti ideyasını ifadə edən rəmzi məna daşıyır.

Zəhra Allahverdiyeva vurğulayıb ki, Seyid Yəhya Bakuvinin yaradıcılıq irsi Azərbaycan fəlsəfi və ədəbi fikir tarixinin mühüm istiqamətlərindən birini təşkil edir: “Onun əsərləri dini-fəlsəfi düşüncə tariximizin hələ tam araşdırılmamış, zəngin və qiymətli səhifələrindəndir. Bu irsin daha geniş tədqiqi Seyid Yəhya Bakuvinin Azərbaycan və ümumilikdə Şərq fəlsəfi fikir tarixindəki mövqeyinin daha dərindən öyrənilməsinə imkan verə bilər”.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-07-2024, 10:23

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB

Cəmiyyət

13-09-2026, 14:21

AMEA-da Pakistan ədəbiyyatı üzrə yeni tədqiqatlar aparılır

Siyasət

5-06-2024, 10:37

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB

Cəmiyyət

3-06-2025, 12:40

Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib YENİLƏNİB

Siyasət

24-08-2026, 11:06

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 12:39
    Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
  • Вчера, 12:35
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Вчера, 12:33
    Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb
  • Вчера, 11:18
    Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
  • Вчера, 11:16
    Ali Məhkəmə özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri qaytarılması qaydasına aydınlıq gətirib
  • Вчера, 11:11
    Bakıda “Eternity-2026” təliminin açılışı olub
  • 12-11-2026, 17:48
    Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
  • 12-11-2026, 15:52
    Təhlükəsizlik kəməri iki gənci xilas edə bilərdi...
  • 12-11-2026, 15:50
    Daxili işlər naziri Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
  • 12-11-2026, 13:02
    Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
  • 12-11-2026, 13:00
    Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb
  • 12-11-2026, 12:58
    Bu gün Dünya Keyfiyyət Günüdür
  • 12-11-2026, 12:55
    Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi münasibətləri dövlətlərin strateji tərəfdaşlığının inkişafında mühüm yer tutur
  • 11-11-2026, 16:02
    Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək?
  • 11-11-2026, 15:58
    Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib
  • 11-11-2026, 15:55
    Xocavənddə traktor minaya düşüb, xəsarət alan var
  • 11-11-2026, 15:52
    Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
  • 11-11-2026, 12:19
    Nazir müavini: Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər
  • 11-11-2026, 12:17
    İrandan külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
  • 11-11-2026, 12:15
    Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq
  • 11-11-2026, 12:13
    Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb
  • 11-11-2026, 12:11
    NİİM sükan arxasında “TikTok”da canlı yayım açan sürücülərə müraciət edib
  • 10-11-2026, 14:01
    Noyabrın 10-u Ümumdünya Elm Günüdür
  • 10-11-2026, 13:57
    Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib
  • 10-11-2026, 13:54
    Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib
  • 10-11-2026, 13:52
    Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
  • 10-11-2026, 13:49
    10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar
  • 9-11-2026, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • 9-11-2026, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 9-11-2026, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • 8-11-2026, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • 8-11-2026, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • 8-11-2026, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • 8-11-2026, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • 8-11-2026, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə