Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasının 20-ci ildönümü ilə bağlı xatirəsi respublikamızın hər yerində olduğu kimi, cənub bölgəsində də dərin hörmətlə anılıb.
Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarında anım tədbirləri keçirilib.
Anım tədbirlərində rayonların rəhbər şəxsləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.