• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şəkərli diabetlə mübarizədə yeni mərhələ: dövlət təminatı və müasir müalicə imkanları

Cəmiyyət

Сегодня, 10:47

Bakı, 27 noyabr.

Şəkərli diabet müasir dövrdə geniş yayılmış xroniki xəstəliklərdən biridir və uzunmüddətli müalicə, davamlı tibbi nəzarət, eləcə də kompleks yanaşma tələb edir. Xəstəliyə lazımi səviyyədə nəzarət edilmədikdə ürək-damar sistemi, böyrəklər, gözlər və sinir sistemi ilə bağlı ciddi ağırlaşmalar yarana bilər. Buna görə də diabetin müalicəsində əsas məqsəd yalnız qanda qlükoza səviyyəsini normallaşdırmaq deyil, həm də ağırlaşmaların qarşısını almaq, pasiyentin həyat keyfiyyətini qorumaq və aktiv həyat tərzini davam etdirməsinə şərait yaratmaqdır. Bu baxımdan şəkərli diabet xəstələrinin dövlət təminatının genişləndirilməsi ilə bağlı qəbul edilən yeni qərar mühüm əhəmiyyət daşıyır. Qərar dərman preparatlarının, müasir tibbi texnologiyaların və özünənəzarət vasitələrinin əlçatanlığının artırılmasına, həmçinin pasiyentlərin ixtisaslaşmış tibbi xidmətlərlə təminatının genişləndirilməsinə yönəlib.

Bunu açıqlamasında Xətai Tibb Mərkəzinin endokrinoloqu Zərifə Əliyeva deyib.

Z.Əliyeva qeyd edib ki, dövlət dəstəyinin genişləndirilməsinin əsas göstəricilərindən biri bu məqsədlə ayrılan maliyyə vəsaitinin artırılmasıdır: “Belə ki, 2026-cı ildə şəkərli diabet xəstələrinin təminatı üçün 69 milyon manat vəsait ayrılıb, 2027-ci ildə isə bu məbləğin 104 milyon manata çatdırılması nəzərdə tutulur. Hazırda 270 mindən çox vətəndaş dövlət proqramı çərçivəsində dərman preparatları və özünənəzarət vasitələri ilə təmin olunur. Maliyyələşmənin artırılması müalicə vasitələrinə çıxışın genişləndirilməsi və ailələrin üzərinə düşən maddi yükün azaldılması baxımından əhəmiyyətlidir. Qərarda nəzərdə tutulan mühüm yeniliklərdən biri insulin təminatı normalarının artırılmasıdır. İnsulinin gündəlik təminat norması 40 vahiddən 80 vahidədək, pubertat dövründə olan uşaqlar üçün isə 100 vahidədək yüksəldilir. İnsulinə ehtiyac pasiyentin yaşından, bədən çəkisindən, fiziki aktivliyindən, qidalanmasından və hormonal vəziyyətindən asılı olaraq dəyişir. Xüsusilə yeniyetməlik dövründə insulin tələbatı arta bilər. Buna görə təminat normalarının genişləndirilməsi fərdi müalicə ehtiyaclarının qarşılanmasına kömək edəcək. Eyni zamanda, müasir analoq insulinlərin təminatdakı payının 2030-cu ilədək 80 faizə çatdırılması hədəflənir. Bu preparatlar fərqli təsir müddətləri sayəsində müalicənin pasiyentin ehtiyaclarına uyğun seçilməsinə imkan yaradır”.

Həkim vurğulayıb ki, qərarın xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri uşaqların müasir diabet texnologiyaları ilə təminatıdır. Aşağı dozada insulinə ehtiyacı olan 0-7 yaşlı uşaqlar həkim təyinatı əsasında insulin pompaları ilə təmin ediləcək. İnsulin pompaları insulinin gün ərzində daha dəqiq və fərdi ehtiyaca uyğun verilməsinə imkan yaradır. Bu, xüsusilə kiçik yaşlı uşaqlarda müalicənin çevik idarə olunması baxımından vacibdir. Bununla yanaşı, 3-18 yaşlı uşaqlara qlükoza səviyyəsinin davamlı monitorinqi üçün hər ay iki sensorun verilməsi nəzərdə tutulur. Davamlı qlükoza monitorinqi texnologiyası gün ərzində göstəricilərdə baş verən dəyişiklikləri izləməyə, qlükozanın yüksəlmə və enmə tendensiyalarını vaxtında müəyyən etməyə imkan verir. Bu texnologiyalar gecə saatlarında baş verə biləcək hipoqlikemik epizodların aşkarlanmasına, valideynlərin nəzarət imkanlarının genişlənməsinə və uşaqların gündəlik həyatının asanlaşmasına kömək edə bilər.

O, şəkərli diabetin müalicəsinin yalnız dərman və insulin istifadəsindən ibarət olmadığını bildirib: “Düzgün və balanslaşdırılmış qidalanma, müntəzəm fiziki aktivlik, bədən çəkisinin nəzarətdə saxlanılması, pasiyentin maarifləndirilməsi və həkim müayinələrinə vaxtında müraciət etməsi kompleks müalicənin vacib hissələridir. Pasiyent hipoqlikemiyanın əlamətlərini tanımalı, belə vəziyyətlərdə necə davranacağını bilməli və müalicə prosesində fəal iştirak etməlidir. Yeni qərarda profilaktik və ixtisaslaşmış müayinələrin də nəzərdə tutulması diqqətəlayiqdir. Endokrinoloq müayinəsinin üç ayda bir, oftalmoloq və ümumi cərrah müayinələrinin isə ildə bir dəfə həyata keçirilməsi planlaşdırılır. Bu müayinələr diabetik retinopatiya, sinir sistemi və aşağı ətraflarla bağlı problemlərin erkən aşkarlanması baxımından əhəmiyyətlidir. Diabetli pasiyentlərdə böyrək funksiyasının, arterial təzyiqin, lipid profilinin və ürək-damar risklərinin də mütəmadi qiymətləndirilməsi vacibdir. Əsas məqsəd yalnız yaranmış ağırlaşmaları müalicə etmək deyil, onların qarşısını almaqdır”.

Şəkərli diabetin həm də sosial və iqtisadi yük yaradan xəstəlik olduğunu vurğulayan həkim qeyd edib ki, uzunmüddətli müalicə, dərmanlar, insulin, ölçmə vasitələri və müayinələr ailələr üçün əlavə xərclər deməkdir: “Dövlət təminatının genişləndirilməsi pasiyentlərin müalicəyə davamlı çıxışına, ailələrin maddi yükünün azalmasına və müasir tibbi imkanlardan daha geniş istifadə etməsinə şərait yarada bilər. Nəticə etibarilə şəkərli diabet xəstələrinin dövlət təminatının genişləndirilməsi yalnız dərman və tibbi ləvazimatların artırılması deyil, xəstəliyin idarə olunmasına kompleks yanaşmanın gücləndirilməsidir. Xüsusilə uşaqların insulin pompaları və davamlı qlükoza monitorinqi sensorları ilə təminatı, müasir preparatlara çıxışın genişləndirilməsi və profilaktik müayinələrin təşkili mühüm əhəmiyyət daşıyır. Əsas məqsədimiz diabetlə yaşayan hər bir insanın xəstəliyini effektiv idarə etməsinə, ağırlaşma riskini azaltmasına və keyfiyyətli, aktiv həyat sürməsinə dəstək olmaqdır”.

Paylaş:
Digər xəbərlər

Siyasət

21-07-2024, 10:23

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB

Cəmiyyət

4-09-2025, 12:11

İnternet üzərindən dərman satışı: Qanunvericilik və məsuliyyət - ARAŞDIRMA

Cəmiyyət

28-09-2026, 14:16

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

Siyasət

1-06-2026, 20:43

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib

Cəmiyyət

23-10-2026, 12:07

® Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 10:50
    Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib
  • Сегодня, 10:47
    Şəkərli diabetlə mübarizədə yeni mərhələ: dövlət təminatı və müasir müalicə imkanları
  • Сегодня, 10:45
    Konstitusiya Məhkəməsinin Plenumunda Ali Məhkəmənin müraciəti əsasında qərar qəbul edilib
  • Сегодня, 10:43
    Dövlət Miqrasiya Xidməti ölkəyə gələn Rusiya vətəndaşlarına müraciət edib
  • Сегодня, 10:40
    Parisdə Azərbaycanın dini və mədəni müxtəliflik modeli diqqət mərkəzində olub
  • 25-11-2026, 17:58
    Sənan Hacıyev: Dövlət rüsumunun azaldılması ədalət mühakiməsinə çıxış imkanlarını genişləndirəcək
  • 25-11-2026, 17:54
    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb
  • 25-11-2026, 12:11
    Bir neçə şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri açıqlanıb
  • 25-11-2026, 12:09
    Dörd yüz tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub
  • 25-11-2026, 12:07
    Bu gün Kəlbəcər Şəhəri Günüdür
  • 25-11-2026, 12:03
    Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib
  • 25-11-2026, 12:01
    Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur
  • 23-11-2026, 17:21
    Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib
  • 23-11-2026, 17:18
    Media və Yayım Şurası onlayn və çap mediası subyektləri üçün müsabiqə elan edib
  • 23-11-2026, 17:13
    Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM
  • 23-11-2026, 17:08
    Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
  • 23-11-2026, 11:45
    Bakıda İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək
  • 23-11-2026, 11:43
    Azərbaycan AİPA-nın 47-ci Baş Assambleyasında təmsil olunub
  • 23-11-2026, 11:10
    Prokurorluq orqanlarında işləmək arzusunda olan şəxslər üçün müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
  • 23-11-2026, 11:07
    Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb
  • 23-11-2026, 11:04
    Lökbatanda yük və minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb
  • 22-11-2026, 13:20
    Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
  • 22-11-2026, 13:18
    Ermənistan əməkdaşlığı imitasiya etməməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir
  • 22-11-2026, 13:16
    “e-qanun.ai” axtarış platformasında emal edilən sorğuların sayı 4 milyonu keçib
  • 22-11-2026, 13:14
    108 yaşlı Azərbaycan ədliyyəsi: islahatlar və yeni inkişaf mərhələsi
  • 21-11-2026, 22:45
    Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib
  • 21-11-2026, 22:41
    Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
  • 21-11-2026, 22:39
    Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 21-11-2026, 21:31
    Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
  • 20-11-2026, 12:36
    Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib
  • 20-11-2026, 12:34
    Qubada keçirilən beynəlxalq elmi konfransa 6 ölkədən 101 məqalə təqdim olunub
  • 20-11-2026, 12:30
    Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edilib
  • 20-11-2026, 12:27
    Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
  • 20-11-2026, 12:21
    Qarakənd faciəsindən 35 il ötür
  • 19-11-2026, 16:38
    Polşanın hərbi təhsil üzrə nümayəndə heyəti Azərbaycana səfər edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə