• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib

Cəmiyyət

Сегодня, 10:50

Bakı, 27 noyabr.

Ali Məhkəmənin Cinayət kollegiyası həkim vəzifəsində çalışmış şəxsin səhlənkarlıq və vəzifə saxtakarlığında ittiham olunmasına dair cinayət işi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Ali Məhkəmədən verilən məlumata görə, irəli sürülmüş ittihama əsasən, həkim mama-ginekoloq öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, hamilə qadının doğuşdan əvvəlki vəziyyətini düzgün qiymətləndirməyib və zəruri müayinə üsullarını seçməyib. Belə ki, dölün ana bətnində kəskin hipoksiya (oksigen çatışmazlığı) vəziyyətində olması təxirəsalınmaz cərrahi müdaxilə üçün tibbi göstəriş olduğu halda, həkim əməliyyatın vaxtında həyata keçirilməsini təmin etməyib. Nəticədə ana bətnindən vaxtında götürülməyən döl əməliyyatdan qısa müddət sonra perinatal mərkəzdə ölüb.

Həkim daha sonra cinayət məsuliyyətindən yayınmaq və yol verdiyi səhlənkarlığı ört-basdır etmək məqsədilə doğuşun gedişini və nəticələrini əks etdirən, rəsmi sənəd hesab olunan “Doğum tarixi” sənədinə bilə-bilə həqiqətə uyğun olmayan məlumat daxil edib. Belə ki, dölün perinatal mərkəzə daxil olarkən diri olması ekspertiza rəyləri, şahid ifadələri və tibbi sənədlərdə ürək döyüntüsünün eşidilməsinə dair qeydlərlə təsdiqləndiyi halda, həkim tərəfindən qəbul zamanı dölün ölü olması barədə qeyd aparılıb.

Birinci instansiya məhkəməsinin hökmü ilə həkim Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmdən müdafiəçi tərəfindən apellyasiya şikayəti verilib. Apellyasiya instansiyası məhkəməsi həkimin cinayət qanunvericiliyində nəzərdə tutulan vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gələrək birinci instansiya məhkəməsinin hökmünü vəzifə saxtakarlığına dair hissədə ləğv edib və əməlində cinayət tərkibi olmadığına görə ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə bəraət verib. Bununla yanaşı, məhkəmə şəxsin Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilmiş əməlini həmin Məcəllənin 142.4-cü maddəsinə tövsif edib. Nəticədə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə həkim müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmədən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Apellyasiya instansiyası məhkəməsinin hökmündən kassasiya protesti verilib.

Ali Məhkəmənin Cinayət kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq cinayət-hüquqi tövsifin aparılması və cinayət qanununun geriyə qüvvəsinin tətbiqi zamanı maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğu qənaətinə gəlib. Məhkəmə kollegiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət tərkibinin bütün elementlərini qarşılıqlı əlaqədə araşdırmayıb. Xüsusilə, vəzifə saxtakarlığı ilə bağlı ittiham üzrə əməlin obyektiv cəhətini yoxlamadan, yalnız şəxsin vəzifəli şəxs statusuna malik olmamasını əsas götürərək ona bəraət verib.

Ali Məhkəmə bildirib ki, Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan vəzifə saxtakarlığı cinayətinin subyekti yalnız vəzifəli şəxs ola bilər. Lakin şəxsin vəzifəli şəxs statusuna malik olmaması onun rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı hərəkətlərinin avtomatik olaraq cinayət-hüquqi xarakterini itirməsi demək deyil.

Belə hallarda məhkəmə əməlin digər cinayət-hüquqi normalar baxımından qiymətləndirilməsinin mümkünlüyünü də araşdırmalıdır. Bu baxımdan məhkəmə kollegiyası diqqətə çatdırıb ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində də rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub. Vəzifə saxtakarlığından fərqli olaraq, həmin maddənin tətbiqi üçün şəxsin vəzifəli şəxs statusuna malik olması tələb edilmir. Apellyasiya instansiyası məhkəməsi həkimin vəzifəli şəxs olmaması barədə nəticəyə gəlməklə kifayətlənməməli, ittihamda göstərilən hərəkətlərin obyektiv cəhətini araşdırmalı və əməlin Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməsinin mümkünlüyünə hüquqi qiymət verməli idi.

Cinayət kollegiyası, həmçinin səhlənkarlıqla bağlı əməlin Cinayət Məcəlləsinin 314.2-ci maddəsindən həmin Məcəllənin 142.4-cü maddəsinə tövsif edilməsi zamanı cinayət qanununun geriyə qüvvəsinin tətbiqi məsələsinə aydınlıq gətirib. Qeyd olunub ki, cinayət hüququnun ümumi qaydasına əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə məsuliyyət onun törədildiyi vaxt qüvvədə olan qanunla müəyyən edilir. Bununla belə, əməlin cinayət sayılmasını aradan qaldıran, cəzanı yüngülləşdirən və ya cinayət törətmiş şəxsin vəziyyətini başqa şəkildə yaxşılaşdıran qanunun geriyə qüvvəsi vardır. Lakin yeni cinayət-hüquqi normanın geriyə şamil edilməsi üçün şəxsin əməlinin törədildiyi vaxt qüvvədə olan qanuna əsasən cinayət təşkil etməsi zəruri şərtdir.

Baxılan iş üzrə isə apellyasiya instansiyası məhkəməsi həkimin vəzifəli şəxs statusuna malik olmadığı qənaətinə gəlməsinə baxmayaraq, onun əməlini törədildiyi dövrdə qüvvədə olmayan Cinayət Məcəlləsinin 142.4-cü maddəsinə tövsif edib. Ali Məhkəmə bildirib ki, həm vəzifə saxtakarlığı, həm də səhlənkarlıq cinayətlərinin subyekti vəzifəli şəxs olduğundan, apellyasiya instansiyası məhkəməsinin eyni subyekt əlamətinə malik cinayət tərkiblərinə fərqli hüquqi yanaşma nümayiş etdirməsi hökmün əsaslandırılmasında ziddiyyət yaradıb.

Məhkəmə kollegiyasının mövqeyinə görə, şəxsin əməlində əvvəlki qanunla nəzərdə tutulmuş cinayət tərkibinin mövcudluğu müəyyən edilmədən sonradan qüvvəyə minmiş daha yüngül cinayət qanununun tətbiq edilməsi Cinayət Məcəlləsinin 10.3-cü maddəsinin tələblərinə uyğun deyil.

Göstərilənlər nəzərə alınaraq, Ali Məhkəmənin qərarı ilə kassasiya protesti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunub və cinayət işi yeni məhkəmə baxışına təyin edilib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

30-10-2026, 17:11

® Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Siyasət

21-07-2024, 10:23

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB

Siyasət

7-11-2024, 11:20

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir

Cəmiyyət

13-08-2026, 12:26

Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz

Cəmiyyət

13-07-2024, 10:33

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 26 il keçir

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 10:50
    Ali Məhkəmə həkimin səhlənkarlığına görə cinayət məsuliyyəti məsələsinə aydınlıq gətirib
  • Сегодня, 10:47
    Şəkərli diabetlə mübarizədə yeni mərhələ: dövlət təminatı və müasir müalicə imkanları
  • Сегодня, 10:45
    Konstitusiya Məhkəməsinin Plenumunda Ali Məhkəmənin müraciəti əsasında qərar qəbul edilib
  • Сегодня, 10:43
    Dövlət Miqrasiya Xidməti ölkəyə gələn Rusiya vətəndaşlarına müraciət edib
  • Сегодня, 10:40
    Parisdə Azərbaycanın dini və mədəni müxtəliflik modeli diqqət mərkəzində olub
  • 25-11-2026, 17:58
    Sənan Hacıyev: Dövlət rüsumunun azaldılması ədalət mühakiməsinə çıxış imkanlarını genişləndirəcək
  • 25-11-2026, 17:54
    Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb
  • 25-11-2026, 12:11
    Bir neçə şəhərdaxili, şəhərətrafı və şəhərlərarası avtobus marşrutu üzrə müsabiqələrin qalibləri açıqlanıb
  • 25-11-2026, 12:09
    Dörd yüz tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub
  • 25-11-2026, 12:07
    Bu gün Kəlbəcər Şəhəri Günüdür
  • 25-11-2026, 12:03
    Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib
  • 25-11-2026, 12:01
    Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur
  • 23-11-2026, 17:21
    Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib
  • 23-11-2026, 17:18
    Media və Yayım Şurası onlayn və çap mediası subyektləri üçün müsabiqə elan edib
  • 23-11-2026, 17:13
    Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM
  • 23-11-2026, 17:08
    Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
  • 23-11-2026, 11:45
    Bakıda İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək
  • 23-11-2026, 11:43
    Azərbaycan AİPA-nın 47-ci Baş Assambleyasında təmsil olunub
  • 23-11-2026, 11:10
    Prokurorluq orqanlarında işləmək arzusunda olan şəxslər üçün müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
  • 23-11-2026, 11:07
    Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb
  • 23-11-2026, 11:04
    Lökbatanda yük və minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb
  • 22-11-2026, 13:20
    Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib
  • 22-11-2026, 13:18
    Ermənistan əməkdaşlığı imitasiya etməməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir
  • 22-11-2026, 13:16
    “e-qanun.ai” axtarış platformasında emal edilən sorğuların sayı 4 milyonu keçib
  • 22-11-2026, 13:14
    108 yaşlı Azərbaycan ədliyyəsi: islahatlar və yeni inkişaf mərhələsi
  • 21-11-2026, 22:45
    Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib
  • 21-11-2026, 22:41
    Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb
  • 21-11-2026, 22:39
    Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 21-11-2026, 21:31
    Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub
  • 20-11-2026, 12:36
    Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib
  • 20-11-2026, 12:34
    Qubada keçirilən beynəlxalq elmi konfransa 6 ölkədən 101 məqalə təqdim olunub
  • 20-11-2026, 12:30
    Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edilib
  • 20-11-2026, 12:27
    Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
  • 20-11-2026, 12:21
    Qarakənd faciəsindən 35 il ötür
  • 19-11-2026, 16:38
    Polşanın hərbi təhsil üzrə nümayəndə heyəti Azərbaycana səfər edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə