Bakı, 23 noyabr.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Hadisə yerində aparılan əməliyyat zamanı “VOYAH” markalı minik avtomobili ilə yük avtomobilinin toqquşduğu və minik avtomobilində olan iki nəfərin həyatını itirdiyi müəyyən edilib.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü Anar Kərimovun və sərnişin Ada Süleymanovanın meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.