Bakı, 4 iyun.
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edilir :
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.