• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Cəmiyyət

Сегодня, 14:19

Bakı, 8 oktyabr.

Tovuz Rayon Məhkəməsində şəxsin şərəf və ləyaqətinin müdafiəsi, sosial şəbəkələrdə yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxılıb.

Tovuz Rayon Məhkəməsindən verilən məlumata görə, işin hallarına görə, iddiaçı cavabdehə qarşı şərəf və ləyaqətin müdafiəsi, yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

İddia ərizəsində göstərilib ki, cavabdeh müxtəlif sosial şəbəkələrdə, o cümlədən “YouTube”, “TikTok” və “Instagram” platformalarında yayımlanan videomateriallarda iddiaçının və onun ailə üzvlərinin ünvanına alçaldıcı ifadələr işlədib, onların şəxsi və ailə həyatına aid məsələləri ictimai müzakirəyə çıxarıb.

İddiaçı məlumatların təkzib edilməsini və cavabdehdən 100 min manat mənəvi ziyanın tutulmasını tələb edib.

Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və videomaterialları araşdıraraq müəyyənləşdirib ki, cavabdehin işlətdiyi ifadələr iddiaçının və onun ailə üzvlərinin şəxsi həyatına müdaxilə xarakteri daşıyıb, onların şərəf və ləyaqətini alçaldıb.

Məhkəmə qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə və İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququ var. Şəxsin ailə münasibətləri, uşaqların mənşəyi və digər şəxsi məlumatları üstün ictimai maraq olmadan kütləvi müzakirə predmetinə çevrilə bilməz. Hətta məlumatlar həqiqətə uyğun olsa belə, onların şəxsi həyata müdaxilə məqsədilə ictimailəşdirilməsi hüquqa zidd ola bilər.

Vurğulanıb ki, uşaqların doğulma şəraitinə görə fərqləndirilməsi və onların mənşəyi ilə bağlı alçaldıcı ifadələrin işlədilməsi yolverilməzdir. Belə davranış uşaqların hüquqlarına, psixoloji sağlamlığına və sosial rifahına mənfi təsir göstərə bilər.

Məhkəmənin mövqeyinə görə, ifadələrin hüquqi qiymətləndirilməsi zamanı onların ümumi konteksti, işlədildiyi şərait və konkret şəxsə ünvanlanıb-ünvanlanmadığı nəzərə alınmalıdır. Şəxsin adının birbaşa çəkilməməsi onun şərəf və ləyaqətinin pozulmasını istisna etmir. Eyni zamanda, mübahisəli ifadələrin sosial şəbəkələrdə dəfələrlə təkrarlanması davranışın sistemli və məqsədyönlü xarakter daşıdığını göstərib.

Məhkəmə diqqətə çatdırıb ki, Konstitusiyanın 47-ci maddəsi ilə təmin edilən fikir və söz azadlığı mütləq hüquq deyil. Sosial şəbəkələrdə ifadə azadlığından istifadə digər şəxslərin şərəf, ləyaqət və şəxsi həyatına hörmət edilməsi öhdəliyini aradan qaldırmır. Real həyatda qüvvədə olan etik və hüquqi normalar rəqəmsal mühitdə də qorunmalıdır. Kibernetikanın vermiş olduğu imkanlardan kiber etika qaydalarına riayət edilmədən istifadə hüquq pozuntusuna gətirib çıxara bilər.

Həmçinin bildirilib ki, ictimaiyyət arasında tanınan şəxslərin daha geniş tənqidə məruz qala bilməsi onların şəxsi həyatı ictimaiyyətə açıq olmayan ailə üzvlərinin də eyni müdaxilələrə dözmək öhdəliyi daşıması demək deyil.

Mənəvi ziyanın məbləği müəyyən edilərkən hüquq pozuntusunun xarakteri, yayılma miqyası, vurulmuş mənəvi zərər, cavabdehin davranışı və maddi imkanlarına dair sübutlar nəzərə alınıb. Məhkəmə vurğulayıb ki, mənəvi ziyana görə kompensasiya həm pozulmuş hüquqların müdafiəsinə, həm də gələcəkdə oxşar hüquq pozuntularının qarşısının alınmasına xidmət etməlidir.

Yekunda Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilib.

Cavabdehin sosial şəbəkələrdə işlətdiyi ifadələr iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilib.

Cavabdehdən iddiaçının xeyrinə 7000 manat mənəvi ziyan və 90 manat dövlət rüsumunun tutulması qət edilib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

30-01-2026, 14:48

Bundan sonra canlı yayımlarda baş verən şəxsiyyət hüquqlarının pozulması hallarında media subyektləri də məsuliyyət daşıyacaq

Cəmiyyət

13-08-2026, 12:26

Ali Məhkəmə: Valideyn aliment öhdəliyi müqabilində valideynlik hüququndan imtina edə bilməz

Cəmiyyət

17-02-2025, 15:08

Ali Məhkəmə: Vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir

Cəmiyyət

8-07-2024, 11:15

Ali Məhkəmə ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Cəmiyyət

8-07-2024, 11:19

Ali Məhkəmə ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı mübahisəli hüquqi məsələni müzakirəyə çıxarır

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 14:22
    120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
  • Сегодня, 14:19
    Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir
  • Сегодня, 14:13
    Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir
  • Сегодня, 12:45
    Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb
  • Сегодня, 12:42
    Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
  • Сегодня, 12:40
    Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
  • Сегодня, 12:37
    Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir
  • Сегодня, 12:34
    Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub
  • Сегодня, 12:32
    Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • Вчера, 12:06
    Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu
  • Вчера, 12:02
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • Вчера, 12:00
    Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
  • Вчера, 11:55
    Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb
  • Вчера, 11:51
    Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır
  • Вчера, 11:48
    Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb
  • Вчера, 11:46
    XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib
  • 6-10-2026, 13:25
    Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq
  • 6-10-2026, 13:20
    Vətən müharibəsinin xronikası: 6 oktyabr
  • 6-10-2026, 13:16
    Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
  • 6-10-2026, 13:13
    Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib
  • 6-10-2026, 13:09
    Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb
  • 6-10-2026, 13:05
    XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb
  • 6-10-2026, 13:01
    Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK
  • 5-10-2026, 12:53
    Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur
  • 5-10-2026, 12:51
    Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir
  • 5-10-2026, 12:48
    Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ
  • 5-10-2026, 12:45
    “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans
  • 5-10-2026, 12:43
    Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
  • 4-10-2026, 14:58
    Vətən müharibəsinin xronikası: 4 oktyabr
  • 4-10-2026, 14:54
    Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib
  • 4-10-2026, 14:50
    Bu gün Cəbrayıl Şəhəri Günüdür
  • 4-10-2026, 14:40
    Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb
  • 3-10-2026, 12:54
    Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür
  • 3-10-2026, 12:52
    Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir
  • 3-10-2026, 12:50
    Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə