Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 kilometr/saat aşağı salınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
İdarəetmə Mərkəzi sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələrini xahiş edir.