• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Çətin və təhlükəli olsa da, işlərinin öhdəsindən uğurla gəlirlər - qadın minaaxtaranlarla söhbət

Cəmiyyət

15-02-2024, 19:19

Azərbaycan Dövlət İnformasiya Agentliyi
REGİONLAR
Çətin və təhlükəli olsa da, işlərinin öhdəsindən uğurla gəlirlər - qadın minaaxtaranlarla söhbət FOTO
15.02.2024 [18:23]
Jurnalistlər Ağdamda qadın minaaxtaranların fəaliyyəti ilə tanış olublar.
Ağdam rayonunun işğaldan azad edilmiş Nəmirli kəndi ərazisinə mediatur təşkil olunub.Jurnalistlər minatəmizləmə əməliyyatlarına cəlb olunan qadın minaaxtaranların fəaliyyətini yaxından izləyiblər.
Əvvəlcə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər şəhərindəki Peşə Təlim Mərkəzində məlumatlandırma görüşü keçirilib. BAMF-in prezidenti Umud Mirzəyev “Qadın minaaxtaranlar layihəsi” haqqında məlumat verib. Bildirib ki, layihə BAMF tərəfindən Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə həyata keçirilir. BAMF-in rəhbərlik etdiyi layihə çərçivəsində Avropa İttifaqının dəstəyi ilə yalnız qadınlardan ibarət 2 komanda, ABŞ Dövlət Departamentinin dəstəyi ilə isə bir qadın və bir kişi minaaxtaran komanda yaradılmışdır. Layihə heyəti üçün ötən il iyunun 19-da başlayan minaaxtarma kursu sentyabr ayında başa çatıb. Daha sonra onlar sahədə fəaliyyət göstərə bilmələri üçün ANAMA tərəfindən akkreditasiya olunublar. İşə başlamaq üçün hazır vəziyyətə gətirilən komandalar ötən il sentyabrın 25-də Ağdam rayonu Baş Qərvənd kəndi ərazisindəki həm döyüş, həm də mina sahəsində fəaliyyətə başlayıblar. Hazırda, ümumilikdə, 25 qadın minaaxtaran, 2 qadın paramedik, 3 kişi qrup rəhbəri, onların müavinləri və 11 kişi minaaxtaran fəaliyyət göstərməkdədir.
Hər iki komanda Ağdamın Nəmirli kəndi ərazisində fəaliyyətini davam etdirir. Ümumilikdə isə indiyədək 595 min 258 kvadratmetr ərazi təmizlənib, 8 ədəd tank əleyhinə mina, 12 ədəd piyada əleyhinə mina və 71 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
BAMF Azərbaycanda mina təhlükəsi ilə mübarizə proqramına 2000-ci ildən sonra qoşulmuş və bu gün də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əsas və yeganə QHT tərəfdaşlarından biridir. BAMF-in komandası son 20 ildə ümumilikdə 12 min hektardan çox ərazini minalardan və PHS-dən təmizləmişdir.
BAMF-in nümayəndəsi Ruslan İbrahimbəyli media nümayəndələrinə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici söhbət aparıb. Diqqətə çatdırılıb ki, 2020-ci il noyabrın 10-dan 2024-cü il fevralın 14-dək 345 nəfər mina qurbanı var, onlardan 280 nəfər xəsarət alıb, 65 nəfər həlak olub.
Media nümayəndələri sonra Nəmirli kəndi ərazisində qadın minaaxtaranların fəaliyyəti ilə tanış olublar.
Qadınlarla minaaxtarma qrupunun sahə rəhbəri Nizami Abbasov məlumat verib ki, hazırda Nəmirli kəndi ərazisində gündəlik 103 kvadratmetr sahədə təmizləmə aparılır. Bu günə qədər ərazidən 33 piyada əleyhinə, 5 nəqliyyat əleyhinə mina, 2 partlamamış hərbi sursat aşkar edilib.
BAMF-in prezidenti Umud Mirzəyev jurnalistlərə müsahibəsində bildirib ki, mina problemi Azərbaycanın hazırda ən əsas problemidir. Bu problemin çözülməsinə həm də Azərbaycan qadınları öz töhfəsini verirlər: “İlkin olaraq 43 qadın müraciət edib. Layihənin icrasına 30-a yaxın xanımla başlanılıb və ANAMA da hərtərəfli dəstək verir. Hazırda olduğumuz ərazilər Qarabağda minalarla ən çox çirkləndirilmiş ərazidir. Bu ərazilərdən bir az o tərəf keçmiş təmas xəttidir. Minatəmizləmə işləri üç üsulla - əllə, itlərlə və siçovullarla aparılır. Hazırda havaların soyuq keçməsi səbəbindən ərazidə siçovullardan istifadə olunmur. Yaz aylarında yenidən siçovullardan da istifadə ediləcək".
Həmsöhbət olduğumuz qadın minaaxtaranlar çətin və təhlükəli olmasına baxmayaraq, işlərinin öhdəsindən gəldiklərini deyib, bu humanitar fəaliyyətlə məşğul olduqları üçün qürur hissi keçirdiklərini bildiriblər.
Flora Şəkərova bu barədə danışarkən deyib: “Hələ uşaqkən Birinci Qarabağ müharibəsi zamanından həmişə arzulayırdım ki, Vətənimə xidmət edim. Beş yaşımdan başlayaraq idmanla məşğul olmuşam. İdman müəllimi, məşqçi kimi fəaliyyət göstərmişəm. Eşidəndə ki, qadın minaaxtaranlar layihəsinə başlanılır, müraciət etdim. Beləliklə istəyim reallaşdı. Əvvəlcə təlim keçdik. Təlim zamanı bir qədər çətinlik oldu. Sonradan öyrəndik, minaaxtaran işini mənimsədik. İndi heç bir çətinliyimiz yoxdur. Daha çox Ermənistan istehsalı olan piyada əleyhinə minalarla, müxtəlif sursatlarla rastlaşırıq. Təhlükəli olsa da, işimdən qürur duyuram”.
Digər minaaxtaran Seyran Babayeva isə bildirib: “Ağdam rayonunun Abdal-Gülablı kəndindənəm. Hazırda Nəmirli kəndində minalarla çox çirkli bir ərazidə işləyirik. Bu iş bizim üçün çox qürurvericidir. Əvvəl təlimdə bir qədər çətinlik olsa da, artıq heç bir çətinlik duymuruq. Olduqca diqqət və məsuliyyət tələb edən işdir”.
Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan 2024-cü ilin fevralın 14-dək işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən aparılan minatəmizləmə fəaliyyəti zamanı 118 min 502,6 hektar ərazi təmizlənib, 62 min 228 ədəd partlamamış hərbi sursat, 31 min 175 ədəd piyada əleyhinə mina və 18 min 790 ədəd tank əleyhinə mina (cəmi 112.193 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

5-02-2024, 19:44

ANAMA azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan mina və hərbi sursat barədə məlumatı açıqlayıb

Cəmiyyət

28-11-2023, 16:24

Qadın minatəmizləyən: “Qorxu hissimiz yoxdur”

Cəmiyyət

18-12-2023, 17:15

ANAMA azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan mina və hərbi sursat barədə məlumatı açıqlayıb

İdman

2-10-2023, 11:23

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Hadisə

10-10-2023, 13:05

Ana içkiyə görə körpəsini bıçaqladı

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 16:44
    Mərdəkan şossesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var
  • Сегодня, 16:37
    Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Сегодня, 16:35
    Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb
  • Вчера, 17:48
    Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır
  • Вчера, 17:45
    Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
  • Вчера, 15:23
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
  • Вчера, 15:21
    Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
  • Вчера, 15:16
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • Вчера, 09:56
    TƏBİB tərəfindən müharibə iştirakçılarına göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
  • Вчера, 09:53
    Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb
  • Вчера, 09:49
    Mətbuat Şurası: Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib
  • Вчера, 09:08
    Zəfər salnaməsi: qəhrəmanlıqdan Böyük Qayıdışa
  • Вчера, 09:03
    Bu gün Şuşa Şəhəri Günüdür
  • 7-11-2026, 10:08
    Lənkəranda ağacəkmə aksiyası çərçivəsində 2200 ting əkilib
  • 7-11-2026, 10:04
    ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar
  • 7-11-2026, 10:01
    Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
  • 6-11-2026, 12:04
    Sosial şəbəkələrdə təhqirə məruz qalanlar hüquqlarını necə qoruya bilərlər? - Hakim açıqladı
  • 6-11-2026, 12:00
    6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 6-11-2026, 11:56
    Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
  • 6-11-2026, 11:54
    Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib
  • 5-11-2026, 14:53
    “Müasir dilçilik istiqamətləri” monoqrafiyasında metodoloji və nəzəri yanaşmalar
  • 5-11-2026, 14:46
    Tibb elmləri doktoru Rəşad Şolan TDTD-nin Azərbaycandakı rəsmi nümayəndəsi təyin edilib
  • 5-11-2026, 14:43
    Azərbaycanda arı xəstəliklərinə qarşı epizootoloji monitorinq aparılıb
  • 5-11-2026, 10:49
    YAP Sədrinin müavini ICAPP Daimi Komitəsinin 46-cı iclasında iştirak edib
  • 5-11-2026, 10:46
    Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
  • 5-11-2026, 10:44
    Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
  • 5-11-2026, 10:08
    Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər təşkil ediləcək
  • 5-11-2026, 10:06
    Paytaxtın bəzi yollarında sıxlıq var
  • 3-11-2026, 10:40
    Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı
  • 3-11-2026, 10:38
    Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb
  • 3-11-2026, 10:35
    Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib
  • 2-11-2026, 22:06
    Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • 2-11-2026, 22:03
    Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər
  • 2-11-2026, 21:59
    Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib
  • 2-11-2026, 21:56
    “Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə