• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Adil Əliyev: Yaradılacaq birgə universitet Azərbaycan-Türkiyə münasibətlərinin növbəti simvoludur

Cəmiyyət

21-02-2024, 21:19

Müasir dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət tapmaq mümkün deyil. Eyni tarix, eyni soy-kök, eyni dinin və dilin daşıyıcısı olan xalqlarımız arasındakı çoxəsrlik dostluq münasibətləri hər iki dövlətin prezidentlərinin səyləri ilə müttəfiqlik səviyyəsinə qədər yüksəlib. Bu gün ölkələrimiz arasında mövcud olan möhkəm dostluq, qardaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirir.
Bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
A.Əliyev qeyd edib ki, məhz belə yaxın münasibətləri olan iki dövlətin bir-birinin uğurlarını öz uğuru kimi dəyərləndirməsi və dostluq əlaqələrinə verdiyi töhfə xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Lakin bu münasibətlərə həsəd aparan, Azərbaycanın və Türkiyənin güclənməsini, bir-birinə verdiyi yüksək dəstəyi qəbul edə bilməyən, dövlətlərimizin qüdrətlənməsini istəməyən qüvvələr hələ də qalmaqdadır.
“2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Zəfər yürüşümüz zamanı qardaş ölkənin verdiyi mənəvi dəstək misilsiz idi. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin müharibənin ilk günlərindən göstərdiyi ədalətli mövqe Azərbaycan xalqının yaddaşlarında əbədi qalacaqdır. Belə ki, müharibəyə Ermənistan tərəfindən daxil olmaq istəyən, düşmənə açıq-aşkar dəstək verən güclər qardaş Türkiyənin sərt mövqeyini hiss edərək bu yanaşmadan çəkindilər. Bizə ən böyük mənəvi dəstəyi verən, haqq-səsimizin dünyaya çatdırılmasında bütün imkanlarını səfərbər etmiş qardaş ölkəyə ədalətli mövqeyinə görə hər zaman minnətdar olacağıq”, - deyən Milli Məclis sədrinin müavini vurğulayıb ki, Türkiyənin müharibə və postmüharibə dövründə nümayiş etdirdiyi mövqe hər kəsə aydındır, çünki qardaş ölkə bu gün yerləşdiyi regionun deyil, dünyada söz sahibi olan ölkələrdən biridir, regiondakı sabitliyin, sülhün qarantıdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanan Bəyannamənin isə tarixi əhəmiyyəti var.
O diqqətə çatdırıb ki, bu gün ölkəmiz qardaş Türkiyə vasitəsilə Avropaya qaz ixrac edir, bu, həm iqtisadi baxımından rentabellidir, həm də Avropanın qaz təchizatçısı kimi ölkəmizin nüfuzuna xüsusi önəm qatır. Məhz artan ticarət dövriyyəsi, qurulan logistik əlaqələr yüklərin daşınmasında rolumuzu ön plana çıxarır.
2024-cü il fevralın 7-də ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin xalqın yekdil iradəsi ilə yenidən dövlət başçısı seçilməsindən dərhal sonra ilk rəsmi səfəri də məhz qardaş Türkiyəyə oldu. Bu əlamətdar səfər iki ölkə arasındakı münasibətlərə verilən yüksək dəyərin bariz nümunəsidir.
Qarşılıqlı müsbət təcrübələrdən yararlanmaq olduqca mühümdür, Azərbaycan Prezidentinin çıxışında Türkiyənin ordu modelinin ölkəmizdə tətbiq olunması ilə bağlı qeyd etdiyi məqam xüsusilə aktualdır. Belə ki, İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı Ordumuz tərəfindən yüksək peşəkarlıqla icra edilmiş hərbi əməliyyatlar qəhrəman əsgərlərimizin şücaəti ilə birlikdə bu modelin uğurlu olduğunu bir daha nümayiş etdirdi.
Səfər zamanı hər iki dövlət başçısının mətbuata birgə açıqlamaları, imzalanan sənədlər dövlətlərimizin qüdrətlənməsinə, mənafelərinə xidmət edəcək. Türkiyə-Azərbaycan birgə ali təhsil müəssisəsinin qurulması barədə imzalanmış Sazişin isə xüsusilə mühüm əhəmiyyəti var.
Türkiyənin təhsil sahəsində zəngin təcrübəsindən ölkəmizin istifadə etməsinə xüsusilə yardımçı olacaq Universitet dostluğumuzun növbəti rəmzidir. Bu təhsil ocağı xüsusilə də gələcək nəslin vahid dəyərlər ətrafında birləşməsində, milli-mənəvi dəyərlərə və soy kökümüzə bağlı yetişməsində, yad təsirlərdən kənarda qalmasında mühüm rol oynamaqla bərabər, müasir elmin imkanlarından istifadə etməyimizə töhfə verəcək.
“Gələcək nəslin ölkəmizi sevdiyi kimi, qardaş Türkiyəyə də hər zaman məhəbbət ruhunda yetişməsi olduqca vacibdir. Bizə hər zaman dəstək verən, bu gün Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizə qarşı həyata keçirilən diskriminasiyanı ilk pisləyən ölkə məhz Türkiyədir. Haqq-ədalət öz yerini tapmayana, yəni Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli münasibətə son qoyulmayanadək qardaş ölkə öz dəstəyini nümayiş etdirəcək”, - deyə A.Əliyev vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

30-01-2024, 16:03

Prezident İlham Əliyev Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət

4-02-2024, 14:35

Tengiz Txilava: Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycan ilə strateji tərəfdaşlıq münasibətləri davam edəcək

Siyasət

22-11-2023, 08:31

Nikoloz Samxaradze: Azərbaycanın və Gürcüstanın hakim partiyalarının dostluq münasibətləri xalqlarımızın rifahına xidmət edir

Siyasət

29-09-2023, 22:03

Milli Məclisin sədri Sahibə Qafarova Ukrayna Ali Radasının sədri ilə görüşüb

Siyasət

1-02-2024, 00:00

Vitse-spiker Adil Əliyev növbəti dəfə vətəndaş qəbulu keçirib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Вчера, 11:04
    Sentyabrın 12-si Ümumdünya İlk Tibbi Yardım Günüdür
  • Вчера, 11:01
    Bu gün Beynəlxalq Miqrenlə Mübarizə Günüdür
  • Вчера, 10:58
    Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir
  • 11-09-2026, 16:37
    Orta ixtisas müəssisələrinə boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
  • 11-09-2026, 16:34
    Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra olunub
  • 11-09-2026, 16:32
    Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb
  • 11-09-2026, 16:29
    Diplomatik korpusun nümayəndələri Xankəndi tikiş fabrikində olublar
  • 11-09-2026, 12:53
    Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb
  • 11-09-2026, 12:49
    Diplomatik korpusun nümayəndələri Xankəndi Zəfər parkında
  • 11-09-2026, 12:45
    Diplomatik korpusun nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar
  • 11-09-2026, 12:39
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb
  • 10-09-2026, 12:21
    Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 10-09-2026, 12:19
    Azərbaycan neftinin qiyməti 113 dolları ötüb
  • 10-09-2026, 12:15
    Ceyhun Bayramov: Azərbaycanın donor ölkə kimi meydana çıxması əhəmiyyətlidir
  • 10-09-2026, 10:24
    Kolleclərdə boş qalan yerlər üzrə ixtisas seçimi bu gün başa çatır
  • 10-09-2026, 10:22
    Xocalıda mina partlayıb, ANAMA-nın əməkdaşı xəsarət alıb
  • 10-09-2026, 10:19
    Şəkidə istirahət mərkəzində 2 nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
  • 10-09-2026, 10:16
    Sentyabrın 10-u Ümumdünya İntiharların Qarşısının Alınması Günüdür
  • 9-09-2026, 11:14
    Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi yenidən başlayır
  • 9-09-2026, 11:13
    Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür
  • 9-09-2026, 11:08
    Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib
  • 9-09-2026, 11:05
    Milli Məclisin sədri Nyu-Yorkda İƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb
  • 8-09-2026, 08:53
    Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
  • 8-09-2026, 08:53
    Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
  • 8-09-2026, 08:53
    Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
  • 7-09-2026, 13:10
    “AzerGold” “Söyüdlü” qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 7-09-2026, 13:07
    M2 nömrəli ekspres avtobusların sərnişinləri həm ön, həm də orta qapıdan ödəniş edə biləcəklər
  • 7-09-2026, 13:03
    Muxtar Babayev: Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır
  • 7-09-2026, 12:59
    Azərbaycanın və İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyəti müzakirə edilib
  • 6-09-2026, 17:04
    Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
  • 6-09-2026, 17:00
    Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
  • 6-09-2026, 11:25
    Cəsarət Hüseynzadə: Şuşanın divarlarına öz adımızı yazmağa deyil, onun adına layiq davranmağa borcluyuq
  • 6-09-2026, 11:22
    Ağdam rayonunda mina partlayışı baş verib
  • 6-09-2026, 11:19
    Şəhid adı daşa yazılmır: Xatirəni əbədiləşdirmək, yoxsa milli irsimizə iz salmaq?
  • 6-09-2026, 11:14
    Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə