“Azərbaycanın milli mübarizəsində Qafqaz İslam Ordusu böyük rol oynayıb. Bu ordunun komandanı olmuş Nuru Paşa türk xalqının böyük oğludur. Böyük sərkərdənin Türk dünyası üçün önəmi bu gün onun xatirəsini əbədi edir”.
Bu sözləri Milli Müdafiə Universitetinin professoru, ehtiyatda olan polkovnik, tarix elmləri doktoru Mehman Süleymanov bildirib.
“Azərbaycan ordu quruculuğunda Nuru Paşanın böyük rolu olub. Müzəffər zəfər yolu keçmiş qəhrəman zabitin adı Azərbaycan hərb tarixində daim yaşayacaq” ,- deyə o qeyd edib.