• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Yazarlar
  • Hadisə
  • Şou-biznes
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xankəndi şəhərində Novruz tonqalının alovlandırılması bayram əhval-ruhiyyəsini ikiqat artırmış oldu

Cəmiyyət

20-03-2024, 11:01

Azərbaycan Dövlət İnformasiya Agentliyi
CƏMİYYƏT
Xankəndi şəhərində Novruz tonqalının alovlandırılması bayram əhval-ruhiyyəsini ikiqat artırmış oldu.
“Azərbaycan xalqı Novruz bayramını yüksək əhval-ruhiyyə ilə qarşılayır. Çünki müstəqillik tariximizdə ilk dəfə olaraq bu bayramı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası şəraitində qeyd edirik. Martın 18-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Novruz tonqalını alovlandırması isə bayram əhval-ruhiyyəsini ikiqat artırmış oldu. Çünki uzun illər idi ki, Xankəndi erməni separatizminin yuvasına çevrilmişdi. Artıq bu ağrılı-acılı günlər arxada qaldı”.
Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, artıq Azərbaycanın hər bir guşəsində bayram tonqalları yandırılır. Prezident İlham Əliyev Xankəndidən xalqımızı bayram münasibətilə təbrik edərkən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının tarixi əhəmiyyətindən bəhs edib, xalqımızın, ordumuzun, gənclərimizin şücaətindən bəhs edib. Xüsusilə, antiterror tədbirlərinin səbəbini bir daha vurğulayıb. Dövlətimizin başçısı deyib: “Əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Keçən ilin Novruz bayramı təbriklərimdə mən bu barədə danışmışdım və təəssüf hissimi bildirmişdim ki, İkinci Qarabağ müharibəsindəki onların məğlubiyyəti onlara dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi. Bütün bunlar beynəlxalq hüquqa tamamilə ziddir və ən əsası Azərbaycan xalqının iradəsinə ziddir…Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq”.
Onun sözlərinə görə, bir zamanlar Azərbaycanla “şərt dili ilə danışan” Ermənistan artıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir. Təbii ki, bu məsələdə 44 günlük müharibədə qazanılan qələbənin, “Dəmir yumruğ”un payı böyükdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Ötən il oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi şəhərində, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızı ucaltmaqla xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı.
1923-cü ildə keçmiş SSRİ tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması xalqımız üçün ciddi problemlər yaratdı. Məhz 100 il sonra tarixi ədalət zəfər qazandı. Ötən 100 il ərzində xalqımız nə qədər əzab çəksə də, tarix bizi nə qədər sınağa çəksə də, əyilmədik, sınmadıq. Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda Azərbaycan bayrağını ucaltmaqla dövlətimizin və xalqımızın gücünü bütün dünyaya nümayiş etdirdi. Çox qürurvericidir ki, Xankəndi şəhərinin mərkəzi meydanı “Zəfər” meydanı adlandırılacaq. Eləcə də bu şəhərdə separatçıların inşa etdiyi tikililər sökülür. Dövlət başçısının dediyi kimi, Xankəndi tarixən xalqımıza məxsus olub, lakin sovetlər hakimiyyəti dövründə burada ermənilər üstünlük təşkil edib. Buna baxmayaraq, şəhərin inkişafında, quruculuq işlərində azərbaycanlı mütəxəssisləri yaxından iştirak ediblər. Cənab Prezident çıxışında bu məqamı faktlarla vurğuladı: “Bax, təkcə bu misallar onu göstərir ki, bu şəhəri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində olan bütün şəhərləri, kəndləri salan, yaradan, memarlığının müəllifi olan, inşaat işlərində iştirak edən Azərbaycan xalqının nümayəndələri idi. Bu binalar bizim tarixi sərvətimizdir. Onlar qorunur, qorunacaq və gördüyünüz kimi, indi əsaslı təmir edilir. Durduğum yerdə isə separatçılar qondarma parlament binası inşa etmişdilər. Gördüyünüz kimi, artıq burada heç bir bina yoxdur. Bu, azmış kimi, onlar elə Şuşada ikinci parlament binasını inşa etməyə çalışırdılar, onun inşa işləri başlamışdır, amma çatdıra bilməmişlər və o bina söküldü”.
Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə böyük quruculuq işlərinin aparıldığını deyən Pərvin Kərimzadə qeyd edib ki, artıq keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, bu qayıdışın sevincini yaşayırlar. Azərbaycan xalqı böyük və güclü xalq olaraq bu torpaqlarda bayramları təntənə ilə qeyd edəcək, xoş günlər, firavanlıq içində yaşayacaq.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

15-03-2024, 23:03

ADAU-da Novruz şənliyi keçirilib

Siyasət

18-03-2024, 16:30

Azərbaycan Prezidenti: Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını təcəssüm etdirir

Siyasət

18-03-2024, 16:32

Prezident: Bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir

Siyasət

20-03-2024, 10:56

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Cəmiyyət

18-03-2024, 23:06

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Yazarlar
Ad gününüz mübarək, Sevil xanım!
20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Ocak 16, 2025 XƏBƏR
Ad gününüz mübarək, Sevil xanım!
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür
Şərqdə ilk opera yazan qadın bəstəkar - Şəfiqə Axundova
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Hadisə
7-07-2026, 13:14
Mərdəkanda faciə: Bir ailənin iki üzvü dənizdə batıb
13-05-2026, 13:07
Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12-05-2026, 10:38
Sabirabaddakı yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
12-05-2026, 09:38
Lökbatanda yanğın ərazisində xilasedicilər tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilir
11-05-2026, 12:19
Yüksək sürət gənc motosikletçinin həyatına son qoyub
11-05-2026, 12:12
Son 2 gündə 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Son xəbərlər
  • Сегодня, 13:38
    Mühəndislik Universiteti ilə Koreya Universitetinin ikili diplom proqramına qəbulun qeydiyyat və imtahan tarixləri açıqlanıb
  • Сегодня, 13:35
    Dövlət İmtahan Mərkəzi memarlıq ixtisasına qəbul olmaq istəyənlərə müraciət edib
  • Сегодня, 13:32
    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib
  • Сегодня, 11:43
    Azərbaycan nefti 86 dollara satılır
  • Сегодня, 11:41
    Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
  • Сегодня, 11:39
    Bakıda otelin saunasında yanğın baş verib, qonaqlar təxliyə olunub
  • Сегодня, 11:36
    Xarici işlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb
  • Сегодня, 11:34
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin 10 azərbaycanlı heyət üzvü təxliyə edilib
  • Сегодня, 11:30
    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • Вчера, 13:39
    Daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
  • Вчера, 13:35
    Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
  • Вчера, 13:30
    DSX-nin hərbi hissəsində “Açıq qapı” günü təşkil edilib
  • Вчера, 13:27
    Bakıda 15 İyul şəhidləri anılıb
  • Вчера, 13:25
    Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib
  • Вчера, 13:23
    Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? – Hakimdən hüquqi izah
  • Вчера, 13:18
    Baş nazir Əli Əsədov Qətərin Azərbaycandakı səfirliyində olub
  • Вчера, 13:16
    XİN: Odessa sahillərində hücuma məruz qalan gəminin azərbaycanlı kapitanının axtarışları davam edir
  • 14-07-2026, 12:23
    İcbari tibbi sığorta fondu ilə bağlı yeni hüquqi tənzimləmə təsdiqlənib
  • 14-07-2026, 12:20
    Milli Məclis dövlət qulluğu və media ilə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib
  • 14-07-2026, 12:14
    Panel müzakirə: “Media obyektivində sülh quruculuğu və ictimai diskurs”
  • 14-07-2026, 12:09
    Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb
  • 14-07-2026, 12:07
    Hikmət Hacıyev: Qlobal medianın gələcəyini müzakirə etmək üçün Şuşa Forumundan daha uyğun məkan tapmaq çətindir
  • 14-07-2026, 12:04
    Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub
  • 14-07-2026, 12:02
    Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
  • 13-07-2026, 19:04
    Sürücülər üçün imtahan təşkil ediləcək
  • 13-07-2026, 19:01
    Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir
  • 13-07-2026, 18:58
    Rusiyanın səhiyyə naziri Azərbaycanda səfərdədir: Əməkdaşlığın inkişafına böyük önəm veririk
  • 13-07-2026, 18:52
    "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib
  • 13-07-2026, 18:49
    Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
  • 12-07-2026, 13:36
    Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə ilk test imtahanı keçirilir
  • 12-07-2026, 13:33
    Bu gün bir çox ölkədə Beynəlxalq Fotoqraflar Günü kimi qeyd olunur
  • 12-07-2026, 13:29
    Tovuz döyüşləri: Zəfərin astanasında
  • 11-07-2026, 12:14
    Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
  • 11-07-2026, 12:11
    Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub
  • 11-07-2026, 11:18
    Abbas Abbasov: Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Sevil Ağayeva
  • Telefon: (+99450) 852 18 82
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Şou-biznes
  • Yazarlar
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ASELA.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə