Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) hərbi qulluqçunun mina partlayışı nəticəsində xəsarət alması hadisəsi ilə bağlı açıqlama verib.
DSX-nin mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, Qazax rayonu istiqamətində bir nəfər hərbi qulluqçu piyada əleyhinə mina partlayışı nəticəsində ayağının baş barmağından xəsarət alıb. “Ona zəruri tibbi yardım göstərilib”, - deyə DSX-dən bildirilib.