Bakı, 25 avqust.
“Brent” markalı xam neftin bir barelinin qiyməti 90 dollardan aşağı düşüb.
Hazırda Londonun ICE birjasında “Brent”in bir bareli 89,66 dollara ticarət olunur və qiymət gün ərzində 2,5 faiz azalıb. Nyu-Yorkun NYMEX birjasında isə “Light” markalı xam neftin bir barelinin qiyməti 82,50 dollar civarındadır.
Ekspertlərin fikrincə, ABŞ-nin İrana iqtisadi təzyiqi artırmaq planı neft qiymətlərinin aşağı istiqamətli dəyişməsinə təsir göstərir.