Bakı, 5 iyun.
May ayında Londonun ICE birjasında “Brent” markalı xam neftin bir barelinin orta qiyməti 107,5 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin orta qiyməti isə 99,1 dollar təşkil edib.
Bu barədə Dünya Bankının aylıq hesabatında deyilir.
Bildirilir ki, cari ilin yanvar-mart aylarında “Brent” neftinin bir barelinin orta qiyməti 80,5 dollar, mart ayında 103,7 dollar, apreldə 120,4 dollar olub. Qeyd edilən dövrlərdə “Light” markalı neftin bir barelinin orta qiyməti müvafiq olaraq 72 dollar, 91,2 dollar, 98,6 dollar təşkil edib.
Banka görə, ötən ilin sonuncu rübündə “Brent” neftinin bir barelinin orta qiyməti 63,7 dollar, “Light”ın bir barelinin orta qiyməti isə 59,2 dollar olub.